Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5751/2024 17.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 15 fevral 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 16 dekabr 2011-ci il təvəllüdlü X3 və 16 sentyabr 2014-cü il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Cavabdeh ilə aralarında mütəmadi olaraq söz-söhbətləri olduğuna görə, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 15 fevral 2011-ci il tarixdə aralarında olan nikahlarının pozulması, birgə nikah dövründə anadan olmuş 16 dekabr 2011-ci il təvəllüdlü X1 və 16 sentyabr 2014-cü il təvəllüdlü X2 onunla qalmasının müəyyən olunması və uşaqların saxlanması üçün hər ay cavabdehdən 154 manat, iki uşağa görə isə ümumilikdə 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi irəli sürmüşdür. xx.xx.2018-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Almaz Süleymanovanın sədrliyi ilə) qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ilə aralarında olan 15 fevral 2011-ci il tarixli nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 16 dekabr 2011-ci il təvəllüdlü X1 və 16 sentyabr 2014-cü il təvəllüdlü X2 nikah pozulduqdan sonra, anasının, yəni onun yanında qalması, 16 dekabr 2011-cu il təvəllüdlü X1 və 16 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay bir uşağa görə 154 manat olmaqla, iki uşağa görə 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Bundan başqa, 13 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Halhazırda azyaşlı uşaqları onunla qalırlar və o, hesab edir ki, bu günki bahalıqla əlaqədar olaraq, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşağa görə sabit pul məbləğində 154 manat, iki uşağa görə 308 manat aliment çox azdır. Bu səbədən də, o, alimentin artırılmasına dair məhkəmədən əvvəl mediasiyaya müraciət etmək qərarına gəlmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, o, ailə münasibətləri ilə əlaqədar olan mübahisələrə görə, mediasiya şurasına müracət etmişdir. Orada onun müraciətinə əsasən mediator təyin edilmiş, mediatora onun tərəfindən 51 manat dövlət rüsumu və poçt xərcinə görə 10 manat ödənilmiş, 21 avqust 2024-cü tarixli, MŞB/8/2024-01804 nömrəli Bakı 8 saylı Mediyasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bir uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat pul uşaqların saxlanılmalarına çatmır, uşaqların geyimləri, qidalanmaları, fərdi müəllim hazırlıqları nəzərə alınsa, qeyd olunan aliment məbləği ilə uşağı saxlamaqda olduqca çətinlik çəkir. O, hesab edir ki, indiki bahalıqla əlaqədar olaraq, bir uşağın saxlanılması üçün 154 manat pul məbləği uşağın yaşayış minimumundan az olduğundan, hər bir uşağa görə 81 manat artırılaraq, bir uşağa görə 235 manat, iki uşağa görə cəmi 470 manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə, yəni Bakı 8 saylı Mediyasiya Təşkilatı çəkdiyi 51 manat dövlət rüsumu və 10 manat poçt xərcinə görə, bundan başqa uşaqların doğum şəhadətnamələrinin və qətnamənin təsdiqinə görə 15.40 manat pul məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Beləliklə, o, hesab edir ki, göstərdiyi səbəblərə görə, onun Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası tam əsaslı olduğundan təmin olunmalıdır. Ona görə də, bu işin həlli üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5060/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər bir uşağın saxlanılması üçün 154 manat müəyyən edilmiş aliment miqdarının hər uşaq üçün 81 manat artırılaraq, 16 dekabr 2011-ci il təvəllüdlü X1 və 16 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər bir uşağa hər ay 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması, Bakı 8 saylı Mediyasiya Təşkilatına 51 manat, poçt xidmətinə görə 10 manat və məhkəmə xərclərinə görə 15.40 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda cavabdehlə birgə nikahlarından olan övladlarının tələbatlarının artmasını, cavabdehin hazırki günədək 4000 manatadək aliment borcunun olmasını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, qeyri-rəsmi nikah münasibətindən himayəsində bir azyaşlı övladının olmasını, hazırda ailə sürücüsü işləməsini və hər ay 750 manat məbləğində əmək haqqı almasını, bundan başqa hazırki iş üzrə iddiaçıya aliment borcunun olmasını əsas gətirməklə, hər ay 400 manat məbləğində aliment ödəməyə gücünün çatdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5060/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Binəqədi rayon qeydiyyat şöbəsində 15 fevral 2011-ci il tarixdə, 131 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları, xx.xx.2011ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 manat olmaqla, 308 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01804 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:00-dan 12:00-dək keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt və kargüzarlıq xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında operator, telefaksçı vəzifəsində işləməklə, aylıq əmək haqqısı 464.2 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar, onların nikahları Binəqədi rayon qeydiyyat şöbəsində 131 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5060/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2011-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində 131 nömrə ilə qeydə alınmış nikahın pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması və xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bununla yanaşı, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5060/2018 saylı 20 sentyabr 2018-ci il tarixli icra sənədinin icrası başladıqdan sonra (hər ay hər 154 manat, ümumilikdə 308 manat məbləğində alimentin ödənilməsi) icrası başladıqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsə də, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hazırki vəziyyətinin tələb olunan alimenti ödəməyə imkanının olmaması özü-özlüyündə cavabdehin bir ata kimi aliment ödənilməsi, uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən, artan tələbatlarının qarşılanması öhdəliyindən azad etməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia tələbi təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5060/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Mülki iş üzrə məhkəmə xərcləri 60 manat mediasiya xərclərindən, 39.44 manat dövlət rüsumundan və 15.40 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaitindən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5060/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 15.4 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh 39.44 manat dövlət rüsumu Azərbaycan Respublikasının dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-5751/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5751/2024
17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver