Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5818/2022 09.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızına qarşı “əsas və faiz borcunun qaytarılması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızına qarşı “əsas və faiz borcunun qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh1 yaşayış ünvanı kimi “ünvan 1r cavabdeh Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızının yaşayış yeri kimi “Bakı şəhəri, Yasamal rayonu,1-ci Alatava küçəsi, ev 31a” kimi qeyd edilərək, iddia ərizəsi iddiaçının seçiminə görə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Lakin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nion MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanından qeydiyyatdan çıxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh1 ünvan 2 ünvanından qeydiyyatdan çıxdığından və onun rəsmi yaşayış yeri müəyyən edilmədiyindən, işə ərazi aidiyyəti üzrə Bakı şəhər Binəqədi Rayon məhkəməsində deyil, digər cavabdehin rəsmi yaşayış yeri üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Cavabdeh1 yaşayış yerinin Binəqədi rayonunun ərazisində olmadığına görə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı digər cavabdehin rəsmi qeydiyyatda olduğu ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməli, habelə iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 82,53 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızına qarşı “əsas və faiz borcunun qaytarılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbi ilə bağlı cavabdeh Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızının rəsmi qeydiyyatda olduğu ərazi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ var. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 82,53 (səksən iki manat 53 qəpik) manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* №-li qəbz) dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5818/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5818/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver