Məhkəmə qərarları › İş №2(001)-5835/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5835/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5835/2020 10.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 24.110,52 manat əsas borc, 2.310,74 manat faiz borcu olmaqla ümumilikdə 26.421,26 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 30.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ilə xx xxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020ci il tarixədək Cavabdeh1 banka xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 24.110,52 manat əsas borc, 2.310,74 manat faiz borcu olmaqla ümumilikdə 26.421,26 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, iş həcminin çoxluğunun nəzərə alınmasını, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirmişdir ki, o, şadlıq sarayının təmiri üçün bankdan 30.000 manat məbləğində kredit götürmüşdür. Lakin, respublika üzrə yayılmış koronovirus epidemiyasına görə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar olaraq şadlıq saraylarının fəaliyyəti məhdudlaşdırılmış, bu səbəbdən də götürülmüş kreditin ödənilməsində çətinlik yaranmışdır. Digər cavabdehlər onun kreditinə görə zamindirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh1 ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 24-MZ-2-0-465-19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətində, illik 30 faiz ödəmək şərti ilə 30.000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixli, 24-MZ-2-0-465-19 saylı Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, qeyd olunan kredit müqaviləsi əsasında götürülmüş kreditin aylıq məbləği hissə-hissə olmaqla xx xxxxxx 2022-ci il tarixə kimi qaytarılması razılaşdırılmışdır. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli, 24-MZ-2-0-465-19 saylı kredit müqaviləsi üzrə 24.110,52 manat əsas, 2.310,74 manat faiz borcu olmaqla, cəmi 26.421,26 manat borcu vardır. xx xxxxxx 2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 24-MZ-2-0-465-19 saylı kredit müqaviləsi əsasında borc alana verilmiş kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx xxxx 2020-ci il tarixli xəbərdarlıqdan və xəbərdarlığın çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətlərindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından görünür ki, “xxxxxx” X1 hazırkı adı İddiaçı ASC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən, öhdəliyin icrası üçün ödənilməli olan 24.110,52 manat əsas borc, 2.310,74 manat faiz borcu olmaqla cəmi 26.421,26 manat borc cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddianın təmin edilməsi əsas götürülməklə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 24.110,52 manat əsas borc, 2.310,74 manat faiz borcu olmaqla, cəmi 26.421,26 (iyirmi altı min dörd yüz iyirmi bir manat, 26 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar