Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5847/2021 24.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Bank Respublika ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank Respublika ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bank Respublika ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bank Respublika ASC ilə Cavabdeh arasında bağlanmış 023CASA200230002 saylı 23.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə qaytarmaq, illik 23% ödəmək şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. Bank qarşısında öhdəliklərini icra etməyən Cavabdeh banka 24.06.2021-ci il tarixinə əsas borca görə 3457,8 manat, faiz borcuna görə 332,8 manat olmaqla cəmi 3790,6 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Ona görə də Cavabdeh ilə Bank Respublika ASC arasında bağlanmış 023CASA200230002 saylı 23.01.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə, həmin müqaviləyə əsasən cavabdehdən əsas borca görə 3457,8 manat, faiz borcuna görə 332,8 manat olmaqla cəmi 3790,6 manat borcun və dövlət rüsumuna görə 30 manatın Bank Respublika ASCnin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Bank Respublika ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 23.01.2020-ci il tarixli 023CASA200230002 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 21.01.2022-ci il tarixinədək qaytarmaq illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.01.-ci bəndinə əsasən davam edən 30 bank günü ərzində borcalan ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəlləri üzrə ödəmək iqtidarında olmadıqda kreditverən bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. Bank Respublika ASC-nin 23.01.2020-ci il tarixli 023CASA200230002 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 24.02.2020-ci il tarixdən 21.01.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 4000 manat, faiz borcuna görə 1028,86 manat olmaqla cəmi 5028Ş86 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bank Respublika ASC-nin 23.01.2020-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank borcalan Cavabdeh ayrılmış kreditə görə 4000 manat vermişdir. Bank Respublika ASC-nin 24.06.2021-ci il tarixli arayışından müəyyən olunur ki Cavabdeh 23.01.2020-ci il tarixli 023CASA200230002 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3457,8 manat, faiz borcuna görə 332,8 manat olmaqla cəmi 3790,6 manat borcu vardır. Bank Respublika ASC-nin Cavabdeh ünvanladığı 02.10.2020-ci il tarixli 396 saylı bildirişdən müəyyən olunur ki, bank borcalana borcun ödənilməsini təklif edərək, əks halda kredit müqaviləsinin ləğv edilməsi, borcun vaxtından əvvəl geri qaytarılmasının tələb edilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyindən iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, əsas borca görə 3457,8 manat, faiz borcuna görə 332,8 manat olmaqla cəmi 3790,6 manat borc tələbi əsaslıdır, ona görə də, iddia ərizəsi tam həcmdə təmin edillir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Bank Respublika ASC ilə Cavabdeh arasında bağlanmış 23.01.2020-ci il tarixli 023CASA200230002 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 23.01.2020-ci il tarixli 023CASA200230002 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 3457,8 manat, faiz borcuna görə 332,8 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 3820,6 manat Bank Respublika ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5847/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5847/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver