Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5854/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********36891 olan İphone 11 markalı telefon, Apple Adapter üçün 2.430 manat ödənilməmiş hissə, 727,2 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Hoffmann markalı soyuducu, Samsung markalı paltaryuyan üçün 744,8 manat ödənilməmiş hissə, 64,2 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Apple markalı qulaqlıq üçün 479,1 manat ödənilməmiş hissə, 144 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Apple markalı qulaqlıq üçün 375 manat ödənilməmiş hissə, 111,6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Samsung Galaxy markalı qulaqlıq üçün 89,8 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Hoffmann markalı blender üçün 26,1 manat ödənilməmiş hissə, 6,6 manat dəbbə pulu, ümumilikdə 5.225,4 manat borc və 84,42 manat ödənilmiş dövlət rüsumu, cəmi 5.309,82 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********36891 iPhone 11 markalı telefon, Apple Adapter, HOFFMANN Soyuducu, Samsung Paltaryuyan, 2 ədəd Apple qulaqlıq, Samsung Galaxy qulaqlıq, HOFFMANN Blender almış və nəticədə 6.442 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2.430 manat (12 ay x 202.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********36891 iPhone 11 markalı telefon, Apple Adapter üçün ümumilikdə 3.157,2 manat olmaqla ondan, 2.430 manat ödənilməmiş hissə, 727,2 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1.744,8 manat (24 ay x 72,7 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Soyuducu, Samsung Paltaryuyan üçün ümumilikdə 2.025,6 manat olmaqla ondan, 1.744,8 manat ödənilməmiş hissə, 280,8 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 720 manat (12 ay x 60 manat + 0 manat ilkin ödəniş) Apple qulaqlıq üçün ümumilikdə 623,1 manat olmaqla ondan, 479,1 manat ödənilməmiş hissə, 144 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 375 manat (6 ay x 62.5 manat + 0 manat ilkin ödəniş) Apple qulaqlıq üçün ümumilikdə 486,6 manat olmaqla ondan 375 manat ödənilməmiş hissə, 111,6 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 manat (12 ay x 30 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy qulaqlıq üçün ümumilikdə 116,8 manat olmaqla ondan 89,8 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 105,3 manat (9 ay x 11.7 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Blender üçün ümumilikdə 32,7 manat olmaqla ondan 26,1 manat ödənilməmiş hissə, 6,6 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 590,3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 20 iyul 2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onu üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilədə olan Hoffmann markalı soyuducu, Samsung markalı paltaryuyan məhsulları xx.xx.2022-ci il tarixdə geri qaytarmış və məhsullar 1.000 manat qiymətləndirilərək borcundan silinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23106914 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2.430 manat olan İphone 11, Apple Adapter, Paket Apple qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 23106914 saylı müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23176785 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.744,8 manat olan HOFFMAN soyuducu və Samsung paltaryuyan sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 23176785 saylı müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22224739 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 720 manat olan X2 sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 22224739 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23116476 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 375 manat olan Apple Airpods 2 sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 6 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 23116476 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22114189 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 360 manat olan X1 sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 22114189 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22114189 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 360 manat olan X1 sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 22114189 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22201585 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 105,3 manat olan olan HOFFMAN blender sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 9 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 22201585 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 20 iyul 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 29 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 2.430 manat, dəbbə pulu 727,2 manat olmaqla, cəmi 3.157,2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 744,8 manat, dəbbə pulu 64,2 manat olmaqla, cəmi 809 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 479,1 manat, dəbbə pulu 144 manat olmaqla, cəmi 623,1 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 375 manat, dəbbə pulu 111,6 manat olmaqla, cəmi 486,6 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 89,8 manat, dəbbə pulu 27 manat olmaqla, cəmi 116,8 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 26,1 manat, dəbbə pulu 6,6 manat olmaqla, cəmi 32,7 manat məbləğində borc vardır. Cavabdeh İddiaçınə ümumilikdə 5.225,4 manat məbləğində borcu vardır. 30 avqust 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 84,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün dəbbə pulu ödəyəcəyini vəd etmişdirsə, kreditor dəbbə pulunin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, iş materiallarından görünür ki, yuxarıda qeyd olunan müqavilələr üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilələrdə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin müqavilələr üzrə hesablanmış dəbbə pulu məbləği azaldılmalı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3 manat məbləğində müəyyən edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 23106914 saylı müqavilə üzrə əsas borc 2.430 manat, dəbbə pulu 100 manat olmaqla, cəmi 2.530 manat, xx.xx.2021-ci il tarixli, 23176785 saylı müqavilə üzrə əsas borc 744,8 manat, dəbbə pulu 30 manat olmaqla, cəmi 774,8 manat, xx.xx.2021-ci il tarixli, 22224739 saylı müqavilə üzrə əsas borc 479,1 manat, dəbbə pulu 20 manat olmaqla, cəmi 499,1 manat, xx.xx.2021-ci il tarixli, 23116476 saylı müqavilə üzrə əsas borc 375 manat, dəbbə pulu 20 manat olmaqla, cəmi 395 manat, xx.xx.2020-ci il tarixli, 22114189 saylı müqavilə üzrə əsas borc 89,8 manat, dəbbə pulu 10 manat olmaqla, cəmi 99,8 manat, xx.xx.2021-ci il tarixli, 22201585 saylı müqavilə üzrə əsas borc 26,1 manat, dəbbə pulu 3 manat olmaqla, cəmi 29,1 manat məbləğində borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 84,42 manat məbləğində dövlət rüsumunun 60 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 23106914 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 2.430 (iki min dörd yüz otuz) manat, dəbbə pulu 100 (bir yüz) manat olmaqla, cəmi 2.530 (iki min beş yüz otuz) manat məbləğində borc tutulsun. xx.xx.2021-ci il tarixli, 23176785 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 744,8 (yeddi yüz qırx dörd manat, səksən qəpik) manat, dəbbə pulu 30 (otuz) manat olmaqla, cəmi 774,8 (yeddi yüz yetmiş dörd manat, səksən qəpik) manat məbləğində borc tutulsun. xx.xx.2021-ci il tarixli, 22224739 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 479,1 (dörd yüz yetmiş doqquz manat, on qəpik) manat, dəbbə pulu 20 (iyirmi) manat olmaqla, cəmi 499,1 (dörd yüz doxsan doqquz manat, on qəpik) manat məbləğində borc tutulsun. xx.xx.2021-ci il tarixli, 23116476 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 375 (üç yüz yetmiş beş) manat, dəbbə pulu 20 (iyirmi) manat olmaqla, cəmi 395 (üç yüz doxsan beş) manat məbləğində borc tutulsun. xx.xx.2020-ci il tarixli, 22114189 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 89,8 (səksən doqquz manat, səksən qəpik) manat, dəbbə pulu 10 (on) manat olmaqla, cəmi 99,8 (doxsan doqquz manat, səksən qəpik) manat məbləğində borc tutulsun. xx.xx.2021-ci il tarixli, 22201585 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 26,1 (iyirmi altı manat, on qəpik) manat, dəbbə pulu 3 (üç) manat olmaqla, cəmi 29,1 (iyirmi doqquz manat, on qəpik) manat məbləğində borc tutulsun. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun 60 (altmış) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5854/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5854/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver