Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5857/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7098/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 25 noyabr 2006-cı il tarixdə anadan olmuş X4 və 03 may 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4209/2015 saylı, 18 mart 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdehndna uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 25 fevral 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq, ona ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinn 2(001)-7098/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında Bakı şəhəri “Səadət Sarayı”nda bağlanmış 3535 saylı nikah pozulmuş, birgə nikahlarından anadan olan 25 noyabr 2006-cı il təvəllüdlü X4 və 03 may 2008-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmış və saxlanılmaları üçün hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hər iki oğlu məktəblidir və bu gün onların gündəlik tələbatlarının ödənilməsində çətinlik çəkir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, alimentin məbləği 2018-ci ildə təyin edilmişdir. 2018-ci ildən isə mütəmadi olaraq aliment məbləği artırılsa da, 5 il ərzində cavabdehə qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, cavabdehin şəraitini nəzərə almaqla, ona uşaqların saxlanılmasında könüllü iştirak etməsini təklif etmişdir. Lakin cavabdeh uşaqların saxlanılmasında ona dəstək olmur. İstəyir ki, oğlu məktəbi bitirəndən sonra əsgərliyə getməmişdən əvvəl universitetə daxil olsun. Hazırki dövrdə bunun üçün tək məktəb təhsili kifayət etmir. Uşaqları əlavə hazılıqlara qoymuşdur. Lakin yenə də, bəzi fənnlərdən hazırlıqlara gedə bilmirlər. Cavabdeh isə bunun müqabilində ona “sən alimentin hesabına yaşayırsan” demişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, uşaqlar böyüyüblər və onların tələbatları artıb. Cavabdeh uşaqlarına mənəvi dəstək olmur. Dəfələrlə cavabdehə yığaraq uşaqlarla münasibət qurmasını bildirmiş ki, uşaqlarla əlaqə saxlasın ki, uşaqlar ürəkli böyüsünlər. Böyük oğlu 11-ci sinifdə oxuyur, hazırlıqlara gedir. Kiçik oğlu isə peşə məktəbində oxuyur. Ona valideynləri maddi dəstək olurlar. Nikahları 4- 5 il bundan əvvəl pozulmasına baxmayaraq cavabdeh 7-8 il bundan əvvəl ikinci dəfə qeyrirəsmi nikaha daxil olub. Hazırda Ramana qəsəbəsində atasından qalan evdə yaşayır. X7 vəzifəsində işləyir və aylıq əmək haqqı430 manat təşkil edir. Cavabdehin 750 manat aliment borcu vardır.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ödənişləri çatdıra bilmir və hal-hazırda işsizdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 250 manatdan artıq aliment ödəməyə imkanı yoxdur. İşləmir və maddi durumu ağırdır, çətinlik çəkir. Onun qolunda problem var, bu səbəbdən ağır işlərdə işləyə bilmir. Arada fəhləlik edir. Bundan başqa ikinci dəfə nikaha daxil olmuş və ikinci nikahdan bir övladı var. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 7098/2018 saylı qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh Zilimxa oğlu arasında 27 noyabr 2005-ci il tarixdə Bakı şəhəri “Səadət Sarayı”nda bağlanmış 3535 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 25 noyabr 2006-cı il təvəllüdlü X1 və 03 may 2008-ci il təvəllüdlü X2 anaları X3 himayəsində qalmaları, 25 noyabr 2006-cı il təvəllüdlü X1 və 03 may 2008-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 125 manat olmaqla, ümumilikdə 250 manat sabit pul məbləğində alimentin tutularaq, X5 ödənilməsi və s. qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. Musayeva (Şəkərova) Sona Camal qızı ilə Cavabdeh Zilimxa oğlu arasında 27 noyabr 2005-ci il tarixdə Bakı şəhəri “Səadət Sarayı”nda bağlanmış 3535 № ilə qeyd edilmiş nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 7098/2018 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulan 25 noyabr 2006-cı il təvəllüdlü X1 və 03 may 2008-ci il təvəllüdlü X2 anaları X3 yanında qalmaları müəyyən edilmişdir.
9. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7098/2018 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay, hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.
10. Tələbini isə uşaqların tələbatlarının artması, özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir. Həmçinin əvvəlki məhkəmə iclasında bildirmişdir ki, cavabdehin 750 manat aliment borcu var.
11. “Azemis” Elektron Məhkəmə sistemindən müəyyən edilmişdir ki, cavabdehlə bağlanan və qüvvədə olan hər hansı əmək müqaviləsi yoxdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
13. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
14. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
15. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
16. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
17. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
20. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.
21. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
22. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
23. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2018-ci ildən uşaqların tələbatının, maddi xərclərinin onların yaşları ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərinə yaxın məbləğdə maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay, hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.
24. Belə ki, yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas olmadığı kimi, bu əsasla da alimentin artırılması tələbi bütün tərəflərin diqqəlayiq mənafeləri nəzərə alınmaqla həll edilməlidir. Burada bütün tərəflər dedikdə uşaq, aliment alan və alan ödəyən şəxs başa düşülür. Hər bir halda bütün məsələlər uşaqların mənafelərinin üstünlüyü baxımından qiymətləndirilməlidir. Çünki hazırda artırılması tələb edilən həddə aliment qətnamə ilə tutulan alimentin məbləğindən təqribən 2 dəfə çoxdur. Bu özlüyündə alimentin müəyyən edildiyi vaxtdan aliment ödəyən şəxsin gəlirlərinin ən azı 2 dəfə artmış olmasını şərtləndirir. Lakin işin hallarından cavabdehin gəlirlərində bu həddə artımın olması müəyyən edilmir. Bununla belə məhkəmə bütün tərəflərin mənafeyini nəzərə almaqla artırılması tələb olunan alimentin miqdarının hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir.
25. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
26. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
30. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
31. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7098/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, 25 noyabr 2006-cı il təvəllüdlü X1 və 03 may 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7098/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 25 noyabr 2006-cı il təvəllüdlü X1 və 03 may 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev