Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5870/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı 29.09.2019-cu il, 14.10.2019-cu il, 15.12.2019-cu il, 15.12.2019-cu il, 12.01.2020-ci il, 12.01.2020-ci il, 13.01.2020-ci il tarixli müqavilələrə əsasən 3 ədəd Sony Playstation-4, 3 ədəd Playstation-4 pultu, imei kodu **********76378 X2 10+ markalı telefonu, Samsung Led televizoru, Alyans-Tebriz masanı, Venetsiya mebelini almış, müqavilə öhdəlikərini yerinə yetirmədiyindən 29.09.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 823 manat, dəbbəyə görə 247 manat, 14.10.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 1750 manat, dəbbəyə görə 525 manat, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 779 manat, dəbbəyə görə 183 manat, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 893 manat, dəbbəyə görə 197 manat, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 110,4 manat, dəbbəyə görə 32,6 manat, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 1006,8 manat, dəbbəyə görə 145,2 manat, 13.01.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 1488 manat, dəbbəyə görə 342 manat borcu yaranmışdır. Ona görə də 29.09.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 823 manat, dəbbəyə görə 247 manat, 14.10.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 1750 manat, dəbbəyə görə 525 manat, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 779 manat, dəbbəyə görə 183 manat, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 893 manat, dəbbəyə görə 197 manat, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 110,4 manat, dəbbəyə görə 32,6 manat, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 1006,8 manat, dəbbəyə görə 145,2 manat, 13.01.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 1488 manat, dəbbəyə görə 342 manat olmaqla cəmi 8180 manat borcun və dövlət rüsumuna görə 30 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, müqavilələr üzrə aldığı əşyaları oğluna vermişdir. İddiaçının tələb etdiyi cərimə borcu ilə razı deyildir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 29.09.2019-cu il tarixli 00947774 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1404 manat olan Sony Playstation-4, Playstation-4 pultunu hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 141 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. 29.09.2019-cu il tarixli 00947774 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 31.10.2019-cu il tarixdən 30.09.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 103 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 14.10.2019-cu il tarixli 00982336 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 2520 manat olan imei kodu **********76378 X2 10 + markalı telefonu, quraşdırma xidmətini hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 252 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. 14.10.2019-cu il tarixli 00982336 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 27.11.2019-cu il tarixdən 27.10.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 175 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 15.12.2019-cu il tarixli 01109502 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1224 manat olan Samsung Led televizoru hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 123 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. 15.12.2019-cu il tarixli 01109502 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 17.02.2020-ci il tarixdən 17.07.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 68 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 15.12.2019-cu il tarixli 01129488 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 940 manat olan Alyans-Tebriz masanı, Venetsiya mebel əşyasını hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 94 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. 15.12.2019-cu il tarixli 01129488 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 30.03.2020-ci il tarixdən 30.08.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 47 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 12.01.2020-ci il tarixli 20033804 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 110,4 manat olan Playstation-4 pultu hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 12 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. 12.01.2020-ci il tarixli 20033804 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 25.02.2020-ci il tarixdən 25.07.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 18,4 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 12.01.2020-ci il tarixli 20033783 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1050,8 manat olan Sony Playstation-4-ü hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 106 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. 12.01.2020-ci il tarixli 20033783 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 25.02.2020-ci il tarixdən 25.01.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 83,9 manat olmaqla hissə-hissə ödənilməlidir ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 13.01.2020-ci il tarixli 20036182 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1167 manat olan Sony Playstation-4, Playstation-4 pultunu hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 117 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. 13.01.2020-ci il tarixli 20036182 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 25.02.2020-ci il tarixdən 25.01.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 95,5 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı 16.06.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. ABC Telecom MMC-nin 11.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 29.09.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 823 manat, dəbbəyə görə 247 manat, 14.10.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 1750 manat, dəbbəyə görə 525 manat, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 779 manat, dəbbəyə görə 183 manat, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 893 manat, dəbbəyə görə 197 manat, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 110,4 manat, dəbbəyə görə 32,6 manat, 12.01.2020ci il tarixli müqaviləyə əsasən əsas borca görə 1006,8 manat, dəbbəyə görə 145,2 manat, 13.01.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 1488 manat, dəbbəyə görə 342 manat borcu olmaqla cəmi 8180 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyindən 29.09.2019-cu il tarixli 00947774 saylı müqavilə üzrə əsas borca görə 823 manat, 14.10.2019-cu il tarixli 00982336 saylı müqavilə üzrə əsas borca görə 1750 manat, 15.12.2019-cu il tarixli 01109502 saylı müqavilə üzrə əsas borca görə 779 manat, 15.12.2019-cu il tarixli 01129488 saylı müqavilə üzrə əsas borca görə 893 manat, 12.01.2020-ci il tarixli 20033804 saylı müqavilə üzrə əsas borca görə 110,4 manat, 12.01.2020-ci il tarixli 20033783 saylı müqavilə üzrə əsas borca görə 1006,8 manat, 13.01.2020-ci il tarixli 20036182 saylı müqavilə üzrə əsas borca görə 1146 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının bağladığı müqavilələr üzrə cavabdehdən əsas borc tələblərini əsasəsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 15.07.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən 29.09.2019-cu il tarixli 00947774 saylı müqavilə üzrə 10 manat, 14.10.2019-cu il tarixli 00982336 saylı müqavilə üzrə 50 manat, 15.12.2019-cu il tarixli 01109502 saylı müqavilə üzrə 10 manat, 15.12.2019-cu il tarixli 01129488 saylı müqavilə üzrə 10 manat, 12.01.2020-ci il tarixli 20033804 saylı müqavilə üzrə 5 manat, 12.01.2020ci il tarixli 20033783 saylı müqavilə üzrə 30 manat, 13.01.2020-ci il tarixli 20036182 saylı müqavilə üzrə 30 manat iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 29.09.2019-cu il tarixli 00947774 saylı müqavilə üzrə əsas borca görə 823 manat, dəbbəyə görə 10 manat, 14.10.2019-cu il tarixli 00982336 saylı müqaviləyə əsasən əsas borca görə 1750 manat, dəbbəyə görə 50 manat, 15.12.2019-cu il tarixli 01109502 saylı müqaviləyə əsasən əsas borca görə 779 manat, dəbbəyə görə 10 manat, 15.12.2019-cu il tarixli 01129488 saylı müqaviləyə əsasən əsas borca görə 893 manat, dəbbəyə görə 10 manat, 12.01.2020-ci il tarixli 20033804 saylı müqaviləyə əsasən əsas borca görə 110,4 manat, dəbbəyə görə 5 manat, 12.01.2020-ci il tarixli 20033783 müqaviləyə əsasən əsas borca görə 1006,8 manat, dəbbəyə görə 30 manat, 13.01.2020ci il tarixli 20036182 saylı müqaviləyə əsasən əsas borca görə 1146 manat, dəbbəyə görə 30 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 6683,2 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5870/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5870/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver