Məhkəmə qərarları › İş №2(001)-5871/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5871/2020

03.11.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5871/2020 03.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs2 qeyd etməklə şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,ərizəçi xx.xx.2002-ci il tarixdə anadan olmuş, X3, anası isə X6 olmuşdur. X2 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. X3 2016-cı ilin may ayında Azərbaycan Respublikasını tərk edərək Gürcüstan Respublikasından keçməklə Türkiyə Respublikasına işləmək adı ilə getmişdir. Onunla 2017-ci ilin mart ayına kimi əlaqə olsa da, 2017-ci ilin mart ayından əlaqə kəsilmişdir. Ərizəçinin nənəsi X9 ərizəsi əsasında Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində araşdırma aparılmış, araşdırma zamanı ərizəçinin atası F.Qəmbərovun xx xxx 2016-cı il tarixdə respublikanın hüdüdlarını tərk edərək Gürcüstana getməsi müəyyən edilmişdir. Toplanmış materialda cinayət hadisəsi olmadığından xx.xx.2017-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Onun axtarışları heç bir nəticə verməmiş və bu günə kimi onun barəsində heç bir məlumat olmamışdır. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 32 saylı, xx xxxxx 2019-cu il tarixli sərəncamı ilə ərizəçinin nənəsi X13 ərizəçi üzərində himayəçi təyin edilmişdir. Qeyd olunanlardan da görünür ki, F.Qənbərovun olduğu yer məlum deyildir, həmçinin o , iki ildən artıqdır ki, yaşayış yerində görünməmişdir. Ona görə də ərizəçinin atası, xx.xx.1979-cu il təvəllüdlü X8 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Onun bədbəxt hadisə nəticəsində həlak olması ehtimalı yüksəkdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 nümayəndəsi X10 ərizəçinin ərizəsinə etiraz etmədi və işin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... apanlmış araşdırma nəticəsində vət. X5 itkin düşməsi müəyyən edilməmişdir. Toplanmış materialdan görünür ki, vət.X9 oğlu xx.xx.1979-cu il təvəllüdlü X8 ilə əlaqəni 2017-ci ilin mart ayından itirmişdir. F.Qənbərov respublikanın hüdudlarını isə xx.xx.2016-cı ildən tərk edərək Gürcüstan Respublikasına getmişdir. Belə olan halda toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilməlidir”. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 82 nömrəli sərəncamında aşağıdakılar göstərilmişdir: “ ... Komissiyaya təqdim edilən sənədlərlə müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Ərizəçi X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir (xx.xx.2015-ci il tarixli AZ-İ Ns 720372 saylı öüm haqqında şəhadətnamə) və atası X1 Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin xx.xx.2017-ci il tarixli Qərarından görünür ki, 2016-cı ilin may ayında Türkiyə Respublikasına işləmək adı ilə getmiş və 2017-ci ilin mart ayından onunla əlaqə saxlamaq mümkün olmamışdır. Hal-hazırda yetkinlik yaşına çatmayan Ərizəçi nənəsi X12 himayəsində yaşayır, onun saxlanılması və təlim-tərbiyəsi ilə Roza Qəmbərova məşğul olur”. İş materiallarında olan Azərbaycan Respublikası DİN Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli arayışında aşağıdakılar göstərilmişdir: “ ... X14 xx.xx.2017-ci ildə oğlu X5 itkin düşməsi ilə bağlı Binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət etmişdir. X5 2016-cı ilin may ayında itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixdə ölkəni tərk edərək Gürcüstan Respublikasına getmişdir”. Yuxarıda sadalanan sənədlərdən aşkar şəkildə görünür ki, X5 harada olması barədə uzun müddətdir ki, heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 313-cü maddəsinə müvafiq olaraq, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Mülki Prosessual Məcəllənin 314-cü maddəsinə görə, hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Mülki Prosessual Məcəllənin 315-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Mülki Prosessual Məcəllənin 316-cı maddəsinə görə, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Beləliklə, müəyyən edilmişdir ki, X8 xx.xx.2016-cı il tarixdə ölkəni tərk edərək Gürcüstan Respublikasına getmişdir. Həmin tarixdən onun olduğu yer məlum deyil və o, yaşayış yerində görünməyib. Sonuncu dəfə onunla əlaqə 2017-ci ilin mart ayında olmuş və hal-hazırda ailə üzvlərinin onun harada olması barədə məlumatları yoxdur. Ona görə də, ərizə təmin edilməli, xx.xx.1979-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X8 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X8 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar