Məhkəmə qərarları › İş №2(001)-5880/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5880/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5880/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Venus dolab üçün 504 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Çaydan Vinzer, Bıçaq dəsti Vinzer, Qazan dəsti Shosman, Qazan Shosman üçün 251 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2 Aksesuar, İmei Kod **********09881 Hoffmann X Ultra markalı telefon üçün 168 manat ödənilməmiş hissə, 16 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2 LG Kondisioner üçün 1.605 manat ödənilməmiş hissə, 160 manat cərimə, ümumilikdə 2.779 manat borc və 47,79 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2019-cu il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən Venus dolab, Çaydan Vinzer, Bıçaq dəsti Vinzer, Qazan dəsti Shosman, Qazan Shosman, 2 Aksesuar, İmei Kod **********09881 Hoffmann X Ultra markalı telefon, 2 LG Kondisioner almış və nəticədə 2.779 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.656 manat (23 ay x 72 manat + 0 manat ilkin ödəniş) 2 Venus dolab üçün ümumilikdə 554 manat olmaqla ondan, 504 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 527,8 manat (12 ay x 41,9 manat + 25 manat ilkin ödəniş) Çaydan Vinzer, Bıçaq dəsti Vinzer, Qazan dəsti Shosman, Qazan Shosman üçün ümumilikdə 276 manat olmaqla ondan, 251 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 336 manat (12 ay x 28 manat + 0 manat ilkin ödəniş) 2 Aksesuar, İmei Kod **********09881 Hoffmann X Ultra markalı telefon üçün ümumilikdə 184 manat olmaqla ondan, 168 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3.852 manat (18 ay x 214 manat + 0 manat ilkin ödəniş) 2 LG kondisioner üçün ümumilikdə 1.765 manat olmaqla ondan, 1.605 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 160 manat cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə LG Kondisioner və yeni qızıl zəmanətdən imtina etmiş və məhsul 1.926 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2020-ci ildir. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 321 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1.926 manat, ümumilikdə 2.247 manat təşkil edir. Digər 3 müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 1.596,8 manat təşkil edir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 07 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onu üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00560985 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.656 manat olan Venus dolab qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 23 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00560985 saylı müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20214965 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 527,8 manat olan Çaydan Vinzer, Bıçaq dəsti Vinzer, Qazan dəsti Shosman, Qazan Shosman sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20214965 saylı müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 20057277 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 336 manat olan Hoffman X Ultra, 2 aksessuar yeni qızıl zəmanət və telefon quraşdırma xidməti ilə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20057277 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21020861 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 3.852 manat olan 2 LG kondisioner qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 21020861 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 07 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 23 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh müqavilə şərtlərini pozduğuna görə öz razılığı əsasında LG kondisioneri yeni qızıl zəmanət ilə birlikdə qaytarılmış, 1.926 manat dəyərində qiymətləndirilmiş və ümumi borcdan silinmişdir. Qalan borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 16 avqust 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnun xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 504 manat, cərimə 50 manat olmaqla, cəmi 554 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 251 manat, cərimə 25 manat olmaqla, cəmi 276 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 168 manat, cərimə 16 manat olmaqla, cəmi 184 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 1.605 manat, cərimə 160 manat olmaqla, cəmi 1.765 manat məbləğində borc vardır. Cavabdehnun İddiaçınə ümumilikdə 2.779 manat məbləğində borcu vardır. 17 avqust 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 47,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə cərimə (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə hərəkətin edildiyi andan tutulmalıdır. Cərimənun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən cərimə haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimənu azalda bilər. Eyni zamanda, iş materiallarından görünür ki, yuxarıda qeyd olunan müqavilələr üzrə tərəflər arasında cərimə haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilələrdə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimənun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin müqavilələr üzrə hesablanmış cərimə məbləği azaldılmalı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 30 manat, 07.046.2020-ci il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 13 mart 2019-cu il tarixli, 00560985 saylı müqavilə üzrə əsas borc 504 manat, cərimə 30 manat olmaqla, cəmi 534 manat, 24 yanvar 2020-ci il tarixli, 20057277 saylı müqavilə üzrə əsas borc 168 manat, cərimə 5 manat olmaqla, cəmi 173 manat, 07 aprel 2020-ci il tarixli, 20214965 saylı müqavilə üzrə əsas borc 251 manat, cərimə 15 manat olmaqla, cəmi 266 manat, 15 iyul 2020-ci il tarixli, 21020861 saylı müqavilə üzrə əsas borc 1.605 manat, cərimə 50 manat olmaqla, cəmi 1.655 manat məbləğində borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 47,79 manat məbləğində dövlət rüsumunun 43 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 13 mart 2019-cu il tarixli, 00560985 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 504 (beş yüz dörd) manat, cərimə 30 (otuz) manat olmaqla, cəmi 534 (beş yüz otuz dörd) manat məbləğində borc tutulsun. 24 yanvar 2020-ci il tarixli, 20057277 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 168 (bir yüz altmış səkkiz) manat, cərimə 5 (beş) manat olmaqla, cəmi 173 (bir yüz yetmiş üç) manat məbləğində borc tutulsun. 07 aprel 2020-ci il tarixli, 20214965 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 251 (iki yüz əlli bir) manat, cərimə 15 (on beş) manat olmaqla, cəmi 266 (iki yüz altmış altı) manat məbləğində borc tutulsun. 15 iyul 2020-ci il tarixli, 21020861 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 1.605 (bir min altı yüz beş) manat, cərimə 50 (əlli) manat olmaqla, cəmi 1.655 (bir min altı yüz əlli beş) manat məbləğində borc tutulsun. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun 43 (qırx üç) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar