Məhkəmə qərarları › İş №2(001)-5889/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5889/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5889/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Planet markalı çarpayı, Planet markalı tumba, Doshek üçün 352 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 270 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86145 olan Samsung Galaxy A10 markalı telefon, Hoco markalı Micro Card, Trust Primo markalı Powerbank üçün 330 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********65008 olan Hoffmann X Ultra markalı telefon üçün 288 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72004 olan X6 8 markalı telefon üçün 590 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Xiaomi markalı Mi band 4, Mİ markalı Powerbank üçün 156 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********77314 olan Samsung Galaxy A10 markalı telefon, X7 qoruyucu üzlük, Canyon markalı Powerbank üçün 360 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu, ümumilikdə 2.368 manat pulun, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” MMCyə ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı hakim iddiaçının vəsatətinə əsasən iddia ərizəsini geri qaytara bilər. Məhkəmə ərizəni və mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı “xxxxxxxxxxx” MMC-yə geri qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 170-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar