Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5889/2022 06.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A21s” (İMEİ kodu **********03189) markalı telefon üçün 50 manat ödənilməmiş hissə və 5 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “X4 9S” (İMEİ kodu **********00676) markalı telefon üçün 224,7 manat ödənilməmiş hissə və 22,3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mİ LED TV, Yupiter asqı, X2 üçün 1483,2 manat ödənilməmiş hissə və 148,8 manat cərimə olmaqla, cəmi 1934 manat borcun və 39,34 ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, “Samsung Galaxy A21s” (İMEİ kodu **********03189) markalı telefon, “X4 9S” (İMEİ kodu **********00676) markalı telefon, “Xiaomi Mİ” LED TV, “Yupiter” asqı, “X2” almış və nəticədə 1934 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 450 manat olan “Samsung Galaxy A21s” (İMEİ kodu **********03189) markalı telefonu ilkin ödəniş 150 manat olmaqla, 12 ay müddətinə, hər ay 25 manat ödəmək şərti ilə almış, nəticədə ümumilikdə 55 manat olmaqla ondan 50 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 5 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 557 manat olan “X4 9S” (İMEİ kodu **********00676) markalı telefonu ilkin ödəniş 17 manat olmaqla, 12 ay müddətinə, hər ay 45 manat ödəmək şərti ilə almış, nəticədə ümumilikdə 247 manat olmaqla, ondan 224,7 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 22,3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1483,2 manat olan “Xiaomi Mİ” LED TV, “Yupiter” asqı, “X2” ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 82,4 manat ödəmək şərti ilə almış, nəticədə ümumilikdə 1632 manat olmaqla, ondan 1483,2 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq, 148,8 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 732,3 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 21144550 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 150 manat olmaqla, 12 ay müddətinə hər ay 25 manat ödəmək şərti ilə, dəyəri 450 manat olan “Samsung Galaxy A21s” markalı telefon (İMEİ kodu **********03189) satmışdır. X3 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy A21s” markalı telefon (İMEİ kodu **********03189) Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 21255908 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 17 manat olmaqla, 12 ay müddətinə hər ay 45 manat ödəmək şərti ilə, dəyəri 557 manat olan “X4 9S” (İMEİ kodu **********00676) markalı telefon satmışdır. X3 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “X4 9S” (İMEİ kodu **********00676) markalı telefon təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 23150291 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 82,40 manat ödəmək şərti ilə, dəyəri 1483,20 manat olan “Xiaomi Mİ LED” TV, “Yupiter” asqı, “X2” satmışdır. X3 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Xiaomi Mİ” LED TV, “Yupiter” asqı, “X2” Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat əsas borc və 5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 224,7 manat əsas borc və 22,3 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1483,2 manat əsas borc, 148,8 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat əsas borc və 5 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 224,7 manat əsas borc və 22,3 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1483,2 manat əsas borc və 148,8 manat cərimə borcu alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 39,34 dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 (əlli) manat məbləğində əsas borc və 5 (beş) manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 224,7 (iki yüz iyirmi dörd manat 70 qəpik) manat məbləğində əsas borc və 22,3 (iyirmi iki manat 30 qəpik) manat məbləğində cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1483,2 (bir min dörd yüz səksən üç manat 20 qəpik) manat məbləğində əsas borc və 148,8 (bir yüz qırx səkkiz manat 80 qəpik) manat məbləğində cərimə və 39,34 (otuz doqquz manat 34 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1973,34 (bir min doqquz yüz yetmiş üç manat 34 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5889/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5889/2022
06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver