Məhkəmə qərarları › İş №2(001)-589/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-589/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-589/2021 27.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh MTK-Cavabdeh-ya qarşı 8082,80 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh MTK-Cavabdeh-ya qarşı 8082,80 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı 07.04.2008-ci il tarixdə MTK-Cavabdeh-dan müqavilə üzrə mənzil, yəni Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 955 saylı məhəllədə inşa edilən 20 mərtəbəli yaşayış evinin 2-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 151,7 m2 olan 3 otaqlı 93 saylı mənzili iddiaçı tərəfindən hər m2 üçün 918,50 manat ümumilikdə 139336 manat ödəməklə almışdır. 04.06.2020-ci il tarixdə iddiaçının mənzilinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət haqqında № ********** saylı çıxarış verilmişdir. Həmin çıxarışda mənzilin ümumi sahəsi 142,9 m2 göstərilmişdir. İddiaçı bu barədə MTK-Cavabdeh-ya bildirsə də heç bir məhəl qoymamışlar. Müqavilədə göstərilmiş sahənin mövcud vəziyyətdə 8,8 m2 sahənin olmaması və iddiaçını aldadaraq həmin sahənin pulunu almışlar. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyalarm, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İddiaçı qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddiaçının mülkiyyətində olan mənzilinin müqavilə üzrə hər m2 görə alınmış pulun mövcud vəziyyətdə mənzilinin yaşayış sahəsinin ölçüləri düzgün olmayaraq az olduğundan yaranmış fərqin 8,8 m2 hər m2 918,50 manat hesablanmaqla ümumilikdə 8082,8 manat cavabdeh MTK-Cavabdeh-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh MTK-Cavabdeh-nın nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflər arasında bağlanan 07.04.2008-ci il tarixli müqaviləyə əsasən MTK Cavabdeh öz öhdəliyini yerinə yetirərək sahəsi 151,7 m2 olan Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 955 saylı məhəllə, 21 saylı evin 93 saylı mənzilini iddiaçı təhvil vermişdir. Ekspert tərəfindən aparılan hesablamalar nəticəsində mənzilin faktiki sahəsinin 154,75 m2 olması müəyyən edilmişdir. İddiaçının mənzili təhvil aldıqdan sonra Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə istinad edib pul tələb etməsi düzgün deyildir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahidin və ekspertin ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2.-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İcraçı MTK-Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış 07.04.2008-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı ilə payçı öz aralarında yaşayış evinin tikintisi ilə əlaqədar pay barədə müqavilə imzalamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin əsas predmeti Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 20 mərtəbəli yaşayış evinin 2-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 151,7 m2 olan izolə olunmuş 3 otaqlı 93 saylı mənzildən ibarətdir. Müqavilənin 2.1-ci bəndinə əsasən payçı ona düşən mənzilin sahəsinin hər m2 üçün 918,50 manat olmaqla 139336 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olunan 07.04.2008-ci il tarixli öhdəlikdən müəyyən olunur ki, payçı İddiaçı X.Şuşinski küçəsi 955-ci məhəllə 2-ci blok İİ korpus 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 151,7 m2 olan 3 otaqlı 93 saylı mənzil üçün ilkin ödəniş olaraq 41750 manat ödəməyi, qalan 97586 manat məbləği isə 2008-ci ilin may ayından 2009-cu ilin aprel ayınadək aylıq 8130 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. MTK-Cavabdeh-nın 07.04.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 41750 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 07.05.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8130 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 07.06.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8130 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 07.07.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8130 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 05.08.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8130 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 06.09.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8130 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 06.10.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8130 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 06.11.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8130 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 02.12.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8130 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 06.01.2009-cu il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8130 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 06.02.2009-cu il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8130 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 07.03.2009-cu il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8130 manat pay ödənişi etmişdir. MTK-Cavabdeh-nın 07.04.2009-cu il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı MTK-Cavabdeh-ya 8156 manat pay ödənişi etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.06.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı evin 93 saylı ümumi sahəsi 142,9 m2 olan mənzili (yeni qaydalarla: AZ 1007 Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsi 102, M8, m4) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 09.04.2021-ci il tarixli 10/3347 saylı rəyindən müəyyən olunur ki, tədqiqat Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı evin 93 saylı mənzili üzrə aparılmış, tədqiqatın aparılması üçün mənzilə baxış keçirilərək, ekspert tərəfindən müvafiq ölçü işləri aparılmışdır. Mülki iş materiallarından görünür ki, 07.04.2008-cı il tarixli 183 saylı payçı müqaviləsindən görünür ki, MTK-Real Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən MTK-Real Mənzil-Tikinti Kooperativ Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı evin ümumi sahəsi 151,7 m2 olan 93 saylı mənzil İddiaçı satılmışdır. Eyni zamanda mülki iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyəstrindən 04.06.2020-ci il tarixli çıxarışa əsasən ümumi sahəsi 142,9 m2 olan tədqiq olunan mənzil İddiaçı mülkiyyətindədir. Həmin idarə tərəfindən 03.06.2020-ci il tarixdə verilmiş texniki pasportun məlumatlarına əsasən, yaşayış otaqlarının sahəsi 22,7 m2, 23,1 m2, 29,3 m2, mətbəxin sahəsi 23,6 m2, sanitar qovşağının sahələri 10,4 m2, dəhlizin sahəsi 29,4 m2 və balkonun sahəsi 2 m2 və 2,4 m2 təşkil edir. Ekspertiza tərəfindən qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04.12.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarının 3.8. bəndində aşağıdakılar göstərilir: 59.2. bəndi - Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. bəndi - Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə daxil edilmir. 3.8. bəndi - Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Rəydən daha sonra müəyyən olunur ki, podratçı MTK Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış 07.04.2008-ci il tarixli 183 saylı müqaviləyə əsasən payçıya təhvil verilən Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı evin 93 saylı mənzilinin (yeni qaydada AZ 1007 Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 102, M8, m4) faktiki sahəsi 154,75 m2 təşkil edir. Podratçı MTK Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış 07.04.2008-ci il tarixli 183 saylı müqaviləyə əsasən payçıya təhvil verilən Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı evin 93 saylı mənzilinin (yeni qaydada AZ 1007 Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 102, M8, m4) müqavilədə qeyd olunan 151,7 m2 mənzilin sahəsi podratçı tərəfindən yaşayış və yardımçı sahələrinin daxili sahələri (bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan) nəzərə alınmaqla hesablanmışdır. Podratçı MTK Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış 07.04.2008-ci il tarixli 183 saylı müqaviləyə əsasən payçıya təhvil verilən Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı evin 93 saylı mənzilinin (yeni qaydada AZ 1007 Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 102, M8, m4) sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 144,8 m2 olmaqla, həmin normativ aktların tələblərinə əsasən düzgün hesablanmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 tərtib etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.04.2021-ci il tarixli 10/3347 saylı rəyini müdafiə edərək ifadəsində göstərmişdir ki, podratçı MTK Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış 07.04.2008-ci il tarixli 183 saylı müqaviləyə əsasən payçıya təhvil verilən Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı evin 93 saylı mənzilinin (yeni qaydada AZ 1007 Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 102, M8, m4) faktiki sahəsi 154,75 m2 təşkil edir. Podratçı MTK Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış 07.04.2008-ci il tarixli 183 saylı müqaviləyə əsasən payçıya təhvil verilən Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı evin 93 saylı mənzilinin (yeni qaydada AZ 1007 Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 102, M8, m4) müqavilədə qeyd olunan 151,7 m2 mənzilin sahəsi podratçı tərəfindən yaşayış və yardımçı sahələrinin daxili sahələri, bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan nəzərə alınmaqla hesablanmışdır. Podratçı MTK Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış 07.04.2008-ci il tarixli 183 saylı müqaviləyə əsasən payçıya təhvil verilən Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı evin 93 saylı mənzilinin (yeni qaydada AZ 1007 Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 102, M8, m4) sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 144,8 m2 olmaqla, həmin normativ aktların tələblərinə əsasən düzgün hesablanmamışdır. Rəydə texniki səhfə yol verilərək “hesablanmamışdır” sözündə “a” hərfi yazılmamışdır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı yaşayış binasının layihəsinin tərtib olunmasında iştirak etmişdir. Layihə üzrə mənzilin nəzərdə tutulmuş sahəsi ilə iddiaçıya təhvil verilmiş sahə eynidir. Sonradan ölçülər aparılarkən iddiaçının mənzili təmir edərkən bütün otaq boyu alçipandan istifadə etməsi, mənzildə dekarativ dəyişikliklər aparması nəzərə alınmamıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri). Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən cavabdeh iddiaçıya sahəsi 151,7 m2 olan mənzili inşa edib təhvil verməyi öhdəsinə götürmüş, faktiki olaraq sahəsi 154,75 m2 olan mənzili iddiaçıya təhvil vermişdir. İddiaçı mənzilə dair mülkiyyət hüquqları qeydə alındıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən aparılan ölçülərə əsasən Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı evin 93 saylı mənzilinin ümumi sahəsinin 142,9 m2 olmasını müəyyən edərək tələbinin hüquqi əsası olaraq Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-59.3-cü maddələrinə istinad edib artıq ödədiyi 8082,8 manatın geri qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 01.01.2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1.-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2.-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3.-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Həmin Məcəllənin 59.4.-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Həmin Məcəllənin 59.5.-ci maddəsinə əsasən mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Məhkəmə qeyd edir ki, qüvvədə olan MM-in mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsinə görə, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi barədə aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının tələbi, iddiaçının mənzilə dair mülkiyyət hüquqlarını qeydə alarkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən və iş üzrə keçirilən ekspertiza tədqiqatı zamanı ekspert tərəfindən mənzilin sahəsinə dair aparılan hesablamalar 01.01.2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsaslandığından, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələblərinin yalnız mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qeydiyyata alınması zamanı nəzərə alınması mükün olduğundan, tərəflər arasında bağlanmış 07.04.2008-ci il tarixli podrat müqaviləsinə əsasən cavabdeh öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyindən, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi olmadığından, onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edildiyindən iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı MTK-Cavabdeh-ya qarşı 8082,80 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar