Məhkəmə qərarları › İş №2(001)-5900/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5900/2023

15.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5900/2023 15.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu. Salyan Rayon Məhkəməsindən ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(057)- 1282/2023 nömrəli mülki işin materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tərtib etdiyi xx.xx.2023-cü il tarixli 0173/23 saylı “daşınmaz əmlakın qiymətləndirilməsinə dair” hesabatın ləğv edilərək, sahəsi 83.9 m2, dörd otaqdan ibarət, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilin likvid dəyərinin 280.000(iki yüz səksən min) manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(057)-1282/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əsasında qeydə alınmış 2(057)-1282/2023 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və həmin Qərardadda işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1 və 44.2.2-ci maddələrinə istinad edilməklə, “Cavabdeh MMC-nin hüquqi ünvanının ünvan 2şdır. Məhkəmə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə -2(057)-1282/2023 nömrəli işin materialları ilə tanış olub hesab edir ki, Salyan Rayon Məhkəməsi həmin işi baxılması üçün ərazi aidiyyəti üzrə məhz Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də, ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün 2(057)-1282/2023 nömrəli mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatdan müəyyən olunur ki, Cavabdeh MMC-nin hüquqi ünvanı “ünvan 3sı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron çıxarışında göstərilən ünvan (VÖEN **********) "xxxx" MMC-yə məxsus deyil. Çünki diqqət yetirilsə aydın olar ki, ünvan 4 ünvanın üzərində “vergi uçotu orqanın ünvanı” göstərilmişdir, vergi orqanının adı isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsidir. (bax səhifə 48). Göründüyü kimi, Salyan Rayon Məhkəməsi işi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərərkən "xxxx" MMC-nin hüquqi ünvanına deyil, məhz həmin MMC-ni vergi uçotuna almış orqanın ünvanına istinad etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanının Binəqədi rayonu ərazisində deyil, Salyan rayonu ərazisində yerləşdiyi müəyyən olunur. Ona görə də, hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olması mübahisəlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara əsasən hazırkı mülki iş üzrə ərazi aidiyyəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ M: Salyan Rayon Məhkəməsindən ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(057)- 1282/2023 nömrəli mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar