Məhkəmə qərarları › İş №2(001)-5924/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5924/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5924/2020 06.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, «xxxxxxx» KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddia ərizəsini və əlavə olunmuş sənədləri xx xxxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: «xxxxxxx» KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddənin məzmunundan görünür ki, əgər müqavilə yazılı formada bağlanmışdırsa, onun ləğvi haqqında razılaşma da yazılı formada bağlanmalıdır. Belə olduğu təqdirdə iddiaçı mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün qanunvericiliyin tələbinə görə müqavilənin ləğvi barədə qarşı tərəfə yazılı formada təklif verməli, təklifdə müddət göstərildiyi halda həmin müddətdə, müddət göstərilmədiyi halda isə otuz gün müddətində cavab almadıqda məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı tərəfindən yuxarıda göstərilən tələblərə riayət olunmamış, iddia ərizəsinə cavabdehə ünvanlanan bildiriş qoşma edilsə də, bildirişin çatması barədə müvafiq sübut əlavə edilmişdir. Hesab edirəm ki, iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsində nəzərdə tutulan qaydaya əməl etmədiyinə və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyinə görə ilkin iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar