Məhkəmə qərarları › İş №2(001)-5935/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5935/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5935/2021 22.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə ləğv prosesində olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 28 noyabr 2012-ci il tarixli, 17-446 saylı kredit müqaviləsinə əsasən yaranmış 2972 manat əsas, 2342 manat faiz, 300 manat cərimə borcu olmaqla cəmi 5614 manat, 26 dekabr 2012-ci il tarixli, 17-617 saylı kredit müqaviləsi üzrə yaranmış 3093 manat əsas, 2500 manat faiz, 300 manat faiz borcu olmaqla cəmi 5893 manat məbləğində pul vəsaitinin və ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manatın Cavabdeh bankın xeyrinə tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2015ci il tarixli, 2(004)-3741/2015 saylı məhkəmə əmrinə əsasən, ərizə təmin edilmişdir. Sonradan Cavabdeh məhkəmə əmrinə etirazla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 12 aprel 2021-ci il tarixli, 2(004)- 2988/2021 saylı qərardadına əsasən, məhkəmə əmri ləğv edilərək materiallar iddia icraatına keçirilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(004)-2988/2021 saylı qərardadına əsasən, mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, bankla cavabdeh arasında iki kredit müqaviləsi bağlanmışdır. Hər iki müqavilənin şərtlərinə əsasən, cavabdeh götürdüyü kredit məbləğini faizləri ilə birlikdə müqavilələrdə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini lazımınca icra etməməsi səbəbindən iddia tələbində göstərilən məbləğdə borcu yaranmışdır. Sonda T.Y.Baloğlanov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, banka borcu olduğunu qəbul edir. Lakin, bank tərəfindən faiz və cərimə borcu əsassız olaraq çox göstərilmişdir. Digər tərəfdən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(006)-5076/2019 saylı qətnaməsinə əsasən, vurulmuş ziyana görə 8697 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla 8727 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən alınaraq mənə ödənilməsi qərara alınmışdır. Həmin qətnamə üzrə icra vərəqəsi Nəsimi rayon İcra Şöbəsinin icraatındadır və indiyədək icra olunmamışdır. Sonda Cavabdeh hazırki tələblə Nəsimi rayon İcra Şöbəsinin icraatında olan, izahatında barəsində qeyd etdiyi icra vərəqəsindəki tələbin əvəzləşdirilməsi, habelə hazırki tələbdə göstərilən faiz və cərimə miqdarının azaldılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - 28 noyabr 2012-ci il tarixli, 17-446 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 30 faizlə 4600 manat məbləğində kredit verilmişdir. - 26 dekabr 2012-ci il tarixli, 17-617 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 30 faizlə 3300 manat məbləğində kredit verilmişdir. - 19 mart 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 noyabr 2012-ci il tarixli, 17-446 saylı kredit müqaviləsi üzrə 2972 manat əsas, 2342 manat faiz, 300 manat cərimə borcu vardır. - 19 mart 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26 dekabr 2012-ci il tarixli, 17-617 saylı kredit müqaviləsi üzrə 3093 manat əsas, 2500 manat faiz, 300 manat cərimə borcu vardır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(006)- 5076/2019 saylı qətnaməsinə əsasən, vurulmuş ziyana görə 8697 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla 8727 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən alınaraq Cavabdeh ödənilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini tam icra etmədiyinə görə banka borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia hər iki kredit müqaviləsi üzrə əsas və faiz borcuna münasibətdə iddia tələbində göstərilən məbləğə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqavilələrində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 28 noyabr 2012-ci il tarixli müqavilə üzrə 2972 manat məbləğində əsas borca tənasübsüz olaraq 300 manat məbləğində dəbbə pulunun, habelə, 26 dekabr 2012-ci il tarixli müqavilə üzrə 3093 manat məbləğində əsas borca tənasübsüz olaraq 300 manat dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə hesablanmış 300 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq hər müqavilə üzrə 50 məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 540.2-ci maddəsinə əsasən, tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. - 543-cü maddəsinə əsasən, əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə Cavabdeh İddiaçı ASC-yə 28 noyabr 2012-ci il tarixli müqavilə üzrə 2972 manat əsas, 2342 manat faiz, 50 manat cərimə borcu olmaqla cəmi 5364 manat, 26 dekabr 2012-ci il tarixli müqavilə üzrə 3093 manat əsas, 2500 manat faiz, 50 manat cərimə borcu olmaqla cəmi 5643 manat, beləliklə, hər iki müqavilə üzrə ümumilikdə 11007 manat məbləğində borcunun olması müəyyən edildiyindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, lakin icra olunmamış 10 oktyabr 2019-cu il tarixli, 2(006)-5076/2019 saylı qətnaməsinə əsasən, 8727 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən tutularaq Cavabdeh ödənilməsi qərara alındığından Cavabdeh həmin qətnamə üzrə tələbi hazırki qətnamə ilə İddiaçı ASC-nin tələbinin 8727 manat hissəsi ilə əvəzləşdirilməli, 28 noyabr 2012-ci il tarixli müqavilə üzrə əsas, faiz və cərimə, habelə 26 dekabr 2012-ci il tarixli müqavilə üzrə əsas borcun tam, faiz borcunun isə müəyyən hissəsi İddiaçı ASC-nin 8727 manatlıq öhdəliyindən çıxılmalı, beləliklə, Cavabdeh 26 dekabr 2012-ci il tarixli müqavilə üzrə 2230 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla ümumilikdə 2280 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən, iddia qismən təmin edildiyinə görə ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 5 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-yə 28 noyabr 2012-ci il tarixli müqavilə üzrə 2972 manat əsas, 2342 manat faiz, 50 manat cərimə borcu olmaqla cəmi 5364 manat, 26 dekabr 2012-ci il tarixli müqavilə üzrə 3093 manat əsas, 2500 manat faiz, 50 manat cərimə borcu olmaqla cəmi 5643 manat, beləliklə, hər iki müqavilə üzrə ümumilikdə 11007 manat məbləğində borcunun olması müəyyən edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, lakin icra olunmamış 10 oktyabr 2019-cu il tarixli, 2(006)-5076/2019 saylı qətnaməsi üzrə müəyyən edilmiş, Cavabdeh İddiaçı ASC-dən 8727 manat məbləğində pul vəsaiti tələbi hazırki qətnamə ilə İddiaçı ASC-nin Cavabdeh 11007 manat pul tələbi ilə əvəzləşdirilsin, beləliklə, Cavabdeh 26 dekabr 2012-ci il tarixli, 17-617 saylı kredit müqaviləsi üzrə 2230 manat faiz borcu, 50 manat cərimə olmaqla ümumilikdə 2280 manat məbləğində pul vəsaiti tutularq LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 5 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar