Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-594/2022 11.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 07.11.2018-ci il tarixli müqavilə üzrə LG televizor, Sonorous Surefix asqı üçün 49 manat əsas borc, 10 manat cərimə, 19.05.2019-cu il tarixli müqavilə üzrə Marvin çarpayı, dolab, termo, tumba, Amur-yataq çarpayı, dolab, termo, tumba, 2 ədən Matras üçün 3243 manat əsas borc, 958 manat cərimə, 30.06.2019-cu il tarixli müqavilə üzrə Redmond ətçəkən, PANASONİC tozsoran, HOFFMANN paltaryuyan, HOFFMANN kondisioner üçün 1370 manat əsas borc, 396 manat cərimə olmaqla, cəmi 6026 manat borcun və 80,26 manat ödənilmiş dövlət rüsümunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 07.11.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 633 manat olan (18 ay x 35 manat + 3 manat ilkin ödəniş) LG televizor, Sonorous Surefix asqı, 19.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4296 manat olan (20 ay x 213 manat + 36 manat ilkin ödəniş) Marvin çarpayı, dolab, termo, tumba, Amur-yataq çarpayı, dolab, termo, tumba, 2 ədən Matras, 30.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2185 manat olan (18 ay x 120 manat + 25 manat ilkin ödəniş) Redmond ətçəkən, PANASONİC tozsoran, HOFFMANN paltaryuyan, HOFFMANN kondisioner almış, nəticədə 6026 manat borcu yaranmışdır. Cavabdeh ümumi borc məbləğindən cəmi 2452 manat ödəniş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Rasim iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul etdiyini bildirərək, iddia tələbini əsas borc hissəsində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 07.11.2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 633 manat olan olan LG televizor, Sonorous Surefix asqı, 19.05.2019cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4296 manat olan Marvin çarpayı, dolab, termo, tumba, Amur-yataq çarpayı, dolab, termo, tumba, 2 ədən Matras, 30.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2185 manat olan Redmond ətçəkən, PANASONİC tozsoran, HOFFMANN paltaryuyan, HOFFMANN kondisioner satılmış, 15.12.2018 il tarixdən 15.05.2020-ci il tarixədək hər ay 35 manat, 31.08.2019-cu il tarixdən 31.01.2021-ci il tarixədək hər ay 213 manat, 31.07.2019-cu il tarixdən 31.12.2020-ci il tarixədək hər ay 120 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onların dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödəniş etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 567, 600, 601.1 maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsinə gəldikdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən birtərəfli şəkildə təyin olunmuş dəbbə pulu iddiaçının tələb etdiyi məbləğdə deyil, 50 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. İddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmişdir. Odur ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Beləliklə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4662 manat ödənilməmiş məbləğ, 50 manat dəbbə pulu olmaqla, cəmi 4712 manat və 80,26 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4662 manat ödənilməmiş məbləğ və 50 manat (əlli) dəbbə pulu olmaqla, cəmi 4712 manat (dörd min yeddi yüz on iki) və 80,26 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-594/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-594/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver