Məhkəmə qərarları › İş №2(001)-5946/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5946/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5946/2020 28.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 Təşkilatı (BOKT) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxxx 2011-ci il tarixli, 278/11 saylı kredit müqaviləsi üzrə 1428 manat əsas, 878,85 manat faiz borcu olmaqla ümumilikdə 2306,85 manat borcun iddiaçının xeyrinə tutulması, tələbin ipoteka predmeti olan, Cavabdeh məxsus “VAZ-21074” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş gəlir hesabına borcun ödənilməsinin təmin edilməsi, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmiş və borclu Cavabdeh 1428 manat əsas, 878,85 manat faiz borcu xx xxxxxx 2017-ci il tarixli, S- AVK-1558 saylı təhvil-təslim aktına əsasən İddiaçı BOKT QSC-nin idarəetməsinə təhvil verilmişdir. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli 278/11 saylı kredit müqaviləsinə əsasən, bakn tərəfindən cavabdehə 24 ay müddətinə illik 20 faizlə 6100 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bank ilə cavabdeh arasında həmin tarixdə ipoteka müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, cavabdehə məxsus “VAZ-21074” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borc məbləğini cavabdeh bank tərəfindən təqdim edilmiş qrafik üzrə vaxtında və müəyyən olunmuş məbləğdə banka qaytarmağı öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində 1428 manat əsas, 878,85 manat faiz borcu yaranmışdır. Sonda N.R.Əliyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx xxxxxxx 2011-ci il tarixli, 278/11 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh 24 ay müddəyinə illik 20 faiz dərəcəsi ilə 6100 manat kredit verilmişdir. - AB seriyalı, 625052 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “VAZ-21074” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. - xx xxxxxxx 2011-ci il tarixli, 278/11 saylı ipoteka müqaviləsindən görünür ki, yuxarıda göstərilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh məxsus “VAZ-21074” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. - hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh iddiaçıya olan əsas borcu 1428 manat, faiz borcu 878,85 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 1428 manat əsas, 878,85 manat faiz borcu olmaqla ümumilikdə 2306,85 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı X5 X2 Cəmiyyətinə ödənilməli, tutma ipoteka predmeti olan əmlaka yönəldilməli, həmin əmlak açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 Təşkilatı (BOKT) QSC-nin iddiası təmin edilsin. 1428 manat əsas, 878,85 manat faiz borcu olmaqla ümumilikdə 2306,85 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı X5 X2 Cəmiyyətinə ödənilsin, tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus “VAZ-21074” minik markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, ban nömrəsi XTA210740B3112342 olan **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və avtomobilin satışından əldə edilmiş vəsait hesabına 2306,85 manat məbləğində borc ödənilsin. Avtomobilin açıq hərracdan satılması nəticəsində əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh ümumi qaydada tutularaq İddiaçı BOKT QSC-yə ödənilsin. Avtomobilin satışı nəticəsində iddiaçıya olan borcun ödənilməsindən sonra artıq qalan məbləğ Cavabdeh ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı X5 X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar