Məhkəmə qərarları › İş №2(001)-595/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-595/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-595/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4rşı “yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi” X4rşı “yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi” X9 1300(min üç yüz) manat əmlakına dəyən zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 15 oktyabr 2022-ci il tarixdə saat 22:05 radələrində ona məxsus “LADA VESTA” markalı **-BV-*** qeydiyyat nişanlı minik avtomobili ilə Xırdalan-Saray avtomobil yolunda 70-80 km/saat surətlə Xırdalan istiqamətində hərəkətdə olarkən qəfildən görmüşdür ki, yolun hərəkət hissəsi qazılmış, yarğan əmələ gəlmişdir. O, idarə etdiyi avtomobildə dərhal tormozlama əməliyyatı aparsa da, həmin qazıntı aparılmış yerdə qazıntı işlərini həyata keçirən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin əməkdaşları tərəfindən yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək ciddi zədələnmişdir. Avtomobilinin qabaq farası sınmış, buferi əzilərək yararsız hala düşmüş və təkəri cırılmışdır. Radiatoru da əzilərək deşilmişdir. Ümumilikdə onun avtomobilinə 1300 (min üç yüz) manat maddi zərər dəymişdir. Həmin vaxt hadisə yerinə gəlmiş DİN-in Abşeron RPİ-nin DYPŞ-nin polis leytenantı X5 qanunsuz və əsassız olaraq onu təqsirkar çıxartmış, 15 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində İXP ******* nömrəli inzibati protokol tərtib edilməklə, 40 manat cərimə qərarı çıxarmışdır. Sonradan onun şikayət ərizəsi əsasında Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə işə yenidən baxılmış, DİN-in Abşeron RPİ-nin DYPŞ-nin polis leytenantı X3 barəsində tərtib etdiyi 15 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində İXP ******* nömrəli inzibati protokol və qərar ləğv edilməklə, inzibati iş üzrə icraata xitam verilmişdir. Bununla da qeyd edilən yol-nəqliyyat hadisəsində təqsirinin olmaması sübut olunmaqla “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin işə laqeyd və vicdansız münasibəti, səhlənkarlığı ucbatından ona 1300 manat maddi zərərin də dəyməsi müəyyənləşdirilmişdir. Ona vurulmuş ziyanın ümumi miqdarı 1300 manat təşkil edir. Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X10 nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Avtomobil yolları haqqında” Qanununun (№778,1999-cu il) 52-ci maddəsinə əsasən, “Avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi və ya onun səbəblərindən birinin yolun texniki-istismar vəziyyəti ilə bağlılığı ehtimalı olduqda, hadisə müvafiq yol təsərrüfatı orqanlarının rəsmi nümayəndəsinin iştirakı ilə araşdırılmalıdır. Odur ki, yuxarıdakıları nəzərə alaraq, iddianın əsassız olmasının sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X10 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron DYP-nin polis leytenantı X5 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı Akif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə barədə tənbeh növü tətbiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-278/2023 saylı 04 may 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Akif oğlunun şikayəti təmin edilərək, Abşeron DYP-nin polis leytenantı X5 tərəfindən tərtib olunmuş TP5332409 saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə iş materiallarında olan diskə baxış keçirərək müəyyən etmişdir ki, inzibati xəta hadisəsi baş verən yolda aidiyyatı qurum tərəfindən yol nişanı qoyulmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Abşeron Rayon Məhkəməsinin Binəqədi Rayon Məhkəməsinə ünvanladığı 01 noyabr 2023-cü il tarixli 22/0590/23-02 № -li məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 3(012)-278/2023 saylı 04 may 2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdən qanuni qüvvəsini almışdır. Azərbaycan Avtomobil Yolları X2 Sərxan Arif oğluna ünvanlanmış 07 dekabr 2022-ci il tarixli ********* №-li məktubundan görünür ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (№778,1999-cu il) 52-ci maddəsinə əsasən, “Avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi və ya onun səbəblərindən birinin yolun texnikiistismar vəziyyəti ilə bağlılığı ehtimalı olduqda, hadisə müvafiq yol təsərrüfatı orqanlarının rəsmi nümayəndəsinin iştirakı ilə araşdırılmalıdır. Yol-nəqliyyat hadisəsi Abşeron rayonu X13 İdarəsi tərəfindən qeydiyyata alınaraq, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi) barəsində inzibati protokol tərtib edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, baş vermiş yol-nəqliyyat hadisəsi yolun texniki-istismarı vəziyyəti ilə bağlı olmadığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsuliyyət daşımır. Eyni zamanda sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar avtomobilinə dəymiş zərərin ödənilməsi iddiası ilə bağlı aidiyyəti məhkəmə müraciət etmək hüququ olduğu bildirilmişdir. "xxxx" ASC -nin avtoeksperti X7 tərəfindən tərtib edilmiş 26 oktyabr 2023-cü il tarixli Ziyan aktından görünür ki, “LADA VESTA” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1375 manat təşkil edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “LADA VESTA” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 26 sentyabr 2023-cü il tarixli 28807 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/9663 saylı, 09 fevral 2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ziyan aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı LADA VESTA” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri aşağıdakı kimi müəyyən edilmişdir. 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1375 manat( dəyişilməli hissələrin qiyməti-1205 manat, təmir-bərpa işlərinin qiyməti-170 manat). 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1236 manat( dəyişilməli hissələrin qiyməti-1066 manat, təmir-bərpa işlərinin qiyməti-170 manat). Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 15 oktyabr 2022ci il tarixdə iddiaçı mülkiyyətində olan “LADA VESTA” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xırdalan istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində cavabdeh tərəfindən yolun hərəkət hissəsi qazılmış olsa da, bu barədə xbərdarlıq yol nişanı qoyulmadığından, iddiaçı yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilinə ziyan dəymişdir. Hal-hazırda iddiaçı avtomobilin təmirinə xərcləmiş olduğu 1300 ( min üç yüz) manat məbləğində maddi ziyanı tələb edir. Cavabdeh isə yol-nəqliyyat hadisəsinin səbəbi və ya onun səbəblərindən birinin yolun texniki-istismar vəziyyəti ilə bağlılığı ehtimalı olduqda, hadisənin müvafiq yol təsərrüfatı orqanlarının rəsmi nümayəndəsinin iştirakı ilə araşdırılmalı olması əsası ilə iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının istifadəsində avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin təqsiri ucbatından, yəni cavabdeh tərəfindən müvafiq yol nişanın qoyulmaması səbəbindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəyməsi sübuta yetirildiyindən, iddia tələbi qismən təmin edilməli və cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin 9/9663 saylı, 09 fevral 2024-cü il tarixli rəyi nəzərə alınmaqla, 1236 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin etirazı ilə bağlı isə məhkəmə qeyd edir ki, hadisə baş verən vaxt yol təsərrüfat nümayəndələrinin araşdırma aparmaması iddiaçının səhvi deyil və buna görə də iddiaçı məsuliyyət daşımır. Belə ki, iş materiallarından göründüyü kimi baş vermiş yol nəqliyyat hadisə ilə əlaqədar iddiaçı təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilsə də, iddiaçı həmin qərarı mübahisələndirmiş və cavabdehin təqsirli olduğu müəyyən edilmişdir. Ona görə də cavabdehin etirazında qeyd etdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu tələb edilmədiyindən, özünə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 50 (əlli) manat ekspertiza xərcinin 48 manatı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6 və 2 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6 1236 (min iki yüz otuz altı) manat məbləğində maddi ziyan tutularaq, İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin 48 (qırx səkkiz) manatı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6 və 2 (iki) manatı isə İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ**********0000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar