Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5959/2021 17.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçı Azəriqaz İB-nin Cavabdeh qarşı maddi ziyan tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərtib etdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı Azəriqaz İB Cavabdeh qarşı maddi ziyan tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərtib etdiyi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. Həmin Məcəllənin 284-4.2.-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3.-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İstinad olunan posessual normaların tələbinə əsasən tələb etmə hüququ barədə mübahisə olduğu halda məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsində tələb etdiyi cavabdehin qaz xəttinə qanunsuz qoşulması nəticəsində vurulan maddi ziyan tələbi ilə bağlı tələb etmə hüququ barədə tərəflər arasında mübahisə ola biləcəyindən iddia ərizəsi qəbul edilməsindən imtina edilməklə iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 284-1, 284-4.1., 284- 4.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı Azəriqaz İB-nin Cavabdeh qarşı maddi ziyan tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərtib etdiyi iddia ərizəsi qəbul edilməsindən imtina edilsin. İddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan şikayət verilə bilməz. Hakim Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5959/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5959/2021
17.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver