Məhkəmə qərarları › İş №2(001)-5990/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5990/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5990/2020 10.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh X2 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən “LİMA” markalı yataq dəsti, “Bellisa-Gusto” markalı yumşaq dəsti, “SİLVİA” markalı künc divan, “Genova” markalı masa, “Flora” markalı jurnal masası, “Doshek Uretan” üçün 1.853 manat ödənilməmiş hissə, 514 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.367 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.397 manat pul cavabdehdən alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx xxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən “LİMA” markalı yataq dəsti, “Bellisa-Gusto” markalı yumşaq dəsti, “SİLVİA” markalı künc divan, “Genova” markalı masa, “Flora” markalı jurnal masası və “Doshek Uretan” almış, nəticədə 2.367 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş nəticədə müqaviləyə əsasən, alqı-satqı qiyməti 8.232 manat (24 ay x 343 manat +0 manat ilkin ödəniş) olan qeyd olunan məhsullar üçün cavabdehdən 2.367 manat olmaqla 1.853 manat ödənilməmiş hissə və 514 manat dəbbə pulu tələb edilir. Cavabdehin son ödəniş tarixi xx xxxxxx 2019-cu il tarixli olmaqla, cəmi ödədiyi məbləğ 6.379 manat təşkil edir. Ödəniş cədvəlinin 3.3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3.4-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul qəbul etməyərək izahatında bildirdi ki, o, iddiaçı şirkətin yaxşı müştərisi olduğu üçün qardaşının qızı üçün iddia ərizəsində göstərilən mebel əşyalarını kreditlə götürmüşdür. Hazırda həmin mebellər qadaşının evindədir. Onun bu kreditə hər hansı bir aidiyyəti yoxdur, mebellər kimdədirsə o da borcu ödəməlidir. Onun maddi imkanı aşağı olduğundan o, hazırki borcu ödəyə biməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, 93900 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 8.232 manat olan “LİMA” markalı yataq dəsti, “Bellisa-Gusto” markalı yumşaq dəsti, “SİLVİA” markalı künc divan, “Genova” markalı masa, “Flora” markalı jurnal masası, “Doshek Uretan” adlı məhsullar X2 istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 23 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. xx xxxxx 2017-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X4 93900 saylı müqaviləyə əsasən “LİMA” markalı yataq dəsti, “Bellisa-Gusto” markalı yumşaq dəsti, “SİLVİA” markalı künc divan, “Genova” markalı masa, “Flora” markalı jurnal masası, “Doshek Uretan” adlı məhsulları tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. xx xxxx 2019-cu il tarixli məktubdan görünür ki, X4 “xxxxxxxxxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X3 xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə əsas borc 1.853 manat, cərimə borcu 514 manat olmaqla, cəmi 2.367 manat məbləğində borc hesablanmışdır. xx xxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, 93900 saylı müqavilə ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxxxxxxxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə xx xxxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə X3 1.853 manat məbləğində borc və 514 manat məbləğində dəbbə pulu hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, xx xxxxx 2017-ci il tarixli, 93900 saylı müqavilə üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxx 2017-ci il tarixli, 93900 saylı müqavilə üzrə əsas borc 1.853 manat, cərimə borcu 30 manat olmaqla, cəmi 1.883 manat məbləğində borc cavabdeh X1 iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 24 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxx 2017-ci il tarixli, 93900 saylı müqavilə üzrə əsas borc 1.853 (bir min səkkiz yüz əlli üç) manat, cərimə borcu 30 (otuz) manat olmaqla, cəmi 1.883 (bir min səkkiz yüz səksən üç) manat məbləğində borc cavabdeh X1 iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun 24 (iyirmi dörd) manatı cavabdeh X1 tutularaq iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar