Məhkəmə qərarları › İş №2(001)-5994/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5994/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5994/2021 22.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.06.2019-cu il tarixli müqaviləyə əsasən “Hoffman” markalı kondisioner üçün 300 manat məbləğində əsas, 94 manat məbləğində dəbbə, 13.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********42839 olan “X6 7” markalı telefon, “Hoffman” markalı soyuducu üçün 592 manat məbləğində əsas, 177 manat məbləğində dəbbə, 21.10.2019-cu il tarixli müqaviləyə əsasən “LG Led” markalı televizor üçün 961 manat məbləğində əsas, 288 manat məbləğində dəbbə, 21.10.2019-cu il tarixli müqaviləyə əsasən “Soft-yumşaq - 3 yerli mebel əşyası, Amur-yataq-çarpayı, Amur-yataq termo, Doshek Uretan” üçün 911 manat məbləğində əsas, 222 manat məbləğində dəbbə, 29.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39909 olan “Samsung Galaxy A10” markalı telefon üçün 125 manat məbləğində əsas, 37 manat məbləğində dəbbə, 28.11.2019-cu il tarixli müqaviləyə əsasən “Electrolux” markalı paltaryuyan üçün 444 manat məbləğində əsas, 133 manat məbləğində dəbbə, 19.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********49964 olan “Samsung Galaxy A10” markalı telefon üçün 269 manat məbləğində əsas, 81 manat məbləğində dəbbə, ümumilikdə 4.634 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlı iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia üzrə tələb edilən əsas borc məbləğini qəbul etdiyini, tələb edilən cərimə borcu ilə razılaşmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia üzrə tələb edilən əsas borcun ondan tutulmasını, cərimə borcunun isə silinməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin bu barədə ərizəsini nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.06.2019-cu il, 13.08.2019-cu il, 21.10.2019-cu il, 21.10.2019-cu il, 29.10.2019-cu il, 28.11.2019-cu il və 19.02.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən cavabdeh iddiaçıdan “Hoffman” markalı kondisioner, “X6 7” markalı telefon, “Hoffman” markalı soyuducu, “LG led” markalı televizor, Soft-yumşaq - 3 yerli mebel əşyası, Amur-yataq-çarpayı, Amuryataq termo, Doshek Uretan, “Samsung Galaxy A10” markalı telefon, “Electrolux” markalı paltaryuyan, “Samsung Galaxy A10” markalı telefon almış, həmin əşyaların dəyərini müqavilələrinin şərtlərinə uyğun olaraq ödəməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində penya ödəməyi (müqavilələrə əlavə edilmiş ödəniş cədvəllərinin 2-ci bəndi) barədə öhdəlik götürmüşdür. Müqavilələrin predmeti olan həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ötən dövr ərzində müqavilələr üzrə cəmi 2.355 manat məbləğində ödəniş etmişdir. Nəticədə onun həmin müqavilələr üzrə borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borc barədə məlumat verilmiş və həmin borcun qısa bir zamanda ödənilməsi tələb edilmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, cavabdeh bundan sonra da üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə məhkəmədə iddia qaldırmış və hazırda cavabdehin 13.06.2019-cu il tarixli müqaviləyə əsasən 300 manat məbləğində əsas, 94 manat məbləğində dəbbə, 13.08.2019-cu il tarixli müqaviləyə əsasən 592 manat məbləğində əsas, 177 manat məbləğində dəbbə, 21.10.2019-cu il tarixli müqaviləyə əsasən 961 manat məbləğində əsas, 288 manat məbləğində dəbbə, 21.10.2019-cu il tarixli müqaviləyə əsasən 911 manat məbləğində əsas, 222 manat məbləğində dəbbə, 29.10.2019-cu il tarixli müqaviləyə əsasən 125 manat məbləğində əsas, 37 manat məbləğində dəbbə, 28.11.2019-cu il tarixli müqaviləyə əsasən 444 manat məbləğində əsas, 133 manat məbləğində dəbbə, 19.02.2020-ci il tarixli müqaviləyə əsasən 269 manat məbləğində əsas, 81 manat məbləğində dəbbə borcunun yarandığını iddia edir və bu məbləğlərin, habelə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edilir. Cavabdeh iddia tələbini əsas borcun tutulması hissəsində qəbul edir, cərimə borcunun silinməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13.06.2019-cu il tarixli, 13.08.2019-cu il tarixli, iki dədə 21.10.2019-cu il tarixli, 29.10.2019-cu il tarixli, 28.11.2019-cu il tarixli və 19.02.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı həmin müqavilələrinin predmeti olan və yuxarıda göstərilən əşyaları onların dəyərini müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyalarının qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilələrinin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, müqavilələr üzrə tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi “əsas borcun tutulması” hissəsində əsaslıdır və tam təmin edilməli, 13.06.2019-cu il tarixli müqaviləyə əsasən 300 manat məbləğində əsas, 13.08.2019-cu il tarixli müqaviləyə əsasən 592 manat məbləğində əsas, 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən 961 manat məbləğində əsas, 21.10.2019-cu il tarixli müqaviləyə əsasən 911 manat məbləğində əsas, 29.10.2019-cu il tarixli müqaviləyə əsasən 125 manat məbləğində əsas, 28.11.2019-cu il tarixli müqaviləyə əsasən 444 manat məbləğində əsas, 19.02.2020-ci il tarixli müqaviləyə əsasən 269 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda göründüyü kimi, tərəflər arasında bağlanmış həmin müqavilələr üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğlərinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən öhdəliyin icrasının gecikdirilməsi nəticəsində bu müqavilələr üzrə yaranmış dəbbə borcunun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə, cavabdeh tərəfindən aparılan ödənişləri və hazırda mövcud olan əsas borc məbləğini nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən tənasübsüz surətdə yüksək məbləğdə dəbbə borcu hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “dəbbə borcunun tutulması” hissəsində qismən təmin edilməli, hər bir müqavilə üzrə hesablanmış dəbbə məbləği azaldılmalı və 13.06.2019-cu il tarixli müqavilə üzrə 30 manat, 13.08.2019-cu il tarixli müqavilə üzrə 50 manat, 21.10.2019-cu il tarixli müqavilə üzrə 90 manat, 21.10.2019-cu il tarixli müqavilə üzrə 90 manat, 29.10.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 28.11.2019-cu il tarixli müqavilə üzrə 40 manat, 19.02.2020-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməli, məhz bu məbləğdə dəbbə borcu müqavilələrə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qızından 13.06.2019-cu il tarixli müqavilə üzrə 300 manat məbləğində əsas, 30 manat məbləğində dəbbə, cəmi 330 manat məbləğində pul, 13.08.2019-cu il tarixli müqavilə üzrə 592 manat məbləğində əsas, 50 manat məbləğində dəbbə, cəmi 642 manat məbləğində pul , 21.10.2019-cu il tarixli müqavilə üzrə 961 manat məbləğində əsas, 90 manat məbləğində dəbbə, cəmi 1.051 manat məbləğində pul, 21.10.2019-cu il tarixli müqavilə üzrə 911 manat məbləğində əsas, 90 manat məbləğində dəbbə, cəmi 1.001 manat məbləğində pul, 29.10.2019-cu il tarixli müqavilə üzrə 125 manat məbləğində əsas, 10 manat məbləğində dəbbə, cəmi 135 manat məbləğində pul, 28.11.2019-cu il tarixli müqavilə üzrə 444 manat məbləğində əsas, 40 manat məbləğində dəbbə, cəmi 484 manat məbləğində pul, 19.02.2020-ci il tarixli müqavilə üzrə 269 manat məbləğində əsas, 20 manat məbləğində dəbbə, cəmi 289 manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13.06.2019-cu il tarixli müqavilə üzrə 300 (üç yüz) manat məbləğində əsas, 30 (otuz) manat məbləğində dəbbə, cəmi 330 (üç yüz otuz) manat məbləğində pul, 13.08.2019-cu il tarixli müqavilə üzrə 592 (beş yüz doxsan iki) manat məbləğində əsas, 50 (əlli) manat məbləğində dəbbə, cəmi 642 (altı yüz qırx iki) manat məbləğində pul, 21.10.2019-cu il tarixli müqavilə üzrə 961 (doqquz yüz altmış bir) manat məbləğində əsas, 90 (doxsan) manat məbləğində dəbbə, cəmi 1.051 (bir min əlli bir) manat məbləğində pul, 21.10.2019-cu il tarixli müqavilə üzrə 911 (doqquz yüz on bir) manat məbləğində əsas, 90 (doxsan) manat məbləğində dəbbə, cəmi 1.001 (bir min bir) manat məbləğində pul, 29.10.2019-cu il tarixli müqavilə üzrə 125 (bir yüz iyirmi beş) manat məbləğində əsas, 10 (on) manat məbləğində dəbbə, cəmi 135 (bir yüz otuz beş) manat məbləğində pul, 28.11.2019-cu il tarixli müqavilə üzrə 444 (dörd yüz qırx dörd) manat məbləğində əsas, 40 (qırx) manat məbləğində dəbbə, cəmi 484 (dörd yüz səksən dörd) manat məbləğində pul, 19.02.2020-ci il tarixli müqavilə üzrə 269 (iki yüz altmış doqquz) manat məbləğində əsas, 20 (iyirmi) manat məbləğində dəbbə, cəmi 289 (iki yüz səksən doqquz) manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar