Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5996/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-954/2020 saylı qətnaməsi ilə Cavabdeh 02 dekabr 2019-cu il tarixdən başlayaraq 05 avqust 2011-ci il təvəllüdlü X3 və 09 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Hal-hazırda X3 11, X2 5 yaşı var. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən iddiaya etiraz Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Ağayeva (Hüseynova) Elvira Arif qızı ilə xx.xx.2010-cu il tarixli Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanan nikahları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 18 yaşlarına çatana qədər hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment ödənilməsi qət edilmişdir. Cavabdeh 2020-ci il üçün yaşayış minimumunun məbləğini aliment olaraq ödəmək üçün heç bir etiraz etməmişdir. Çünki alimentin məbləğini ödəməyə maddi vəziyəti imkan verirdi. Ona görə də, hal-hazırkı vaxta kimi ödənişlərində heç bir gecikmə halı olmayıb. Hazırda iddia üzrə isə iş yerini deyişmək məcburiyyətində qaldığı üçün alimentin miqdarı artırılacağı təqdirdə ödənişlərdə çətinlik yaranacaq. Çünki yeni iş yerində əmək haqqının miqdarında azalma olub. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, 2020-ci ildə uşaqların saxlanılması üçün cəmi 340 manat aliment tutulnda cavabdeh 800 manat əmək haqqı alırdı. Hal-hazırda cavabdehin nə qədər əmək haqqı alması barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, 2020-ci ildə iddiaçı ilə nikahları pozulduğu zaman 800 manat əmək haqqı alırdı, hal-hazırda isə Aral Plazada mühafizə xidmətinin rəisi vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. Göründüyü kimi, onun maddi vəziyyəti nəinki yaxşılaşmayıb, hətta pisləşib. Buna baxmayaraq o, alimenti həmişə artıqlaması ilə ödəyib. Bundan sonra da imkanı olduğu qədər əlavə ödəmələr etməyə çalışacaq. Lakin bu məhkəmə qətnaməsi ilə öhdəlik səviyyəsində müəyyən edilsə, hər ay həmin öhdəliyi icra edə bilməyəcək. Belə ki, hal-hazırda aldığı əmək haqqı buna yol vermir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-954/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş; X7 ilə Cavabdeh arasında 16 oktyabr 2010-cu il tarixli Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1456 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 05 avqust 2011-ci il təvəllüdlü X3 və 09 sentyabr 2017-ci il təvəllüdlü X2 anaları X4 yanında qalmalarının müəyyən edilməsi; Cavabdeh 02 dekabr 2019-cu il tarixdən başlayaraq 05 avqust 2011-ci il təvəllüdlü X3 və 09 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən Aral Plazada mühafizə xidmətinin rəisi vəzifəsində işləyir, aylıq əmək haqqı 400 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hər uşaq üçün məhkəmə tərəfindən 170 manat məbləğində aliment müəyyən edildiyi dövrdə cavabdehin aldığı əmək haqqı 800 manat təşkil etsə də, hal-hazırda o, təqdim etdiyi arayışa və “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara əsasən, 400 manat məbləğində əmək haqqı alır. Belə olan halda, hazırkı vəziyyətdə alimentin artırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olması iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5996/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5996/2022
11.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver