Məhkəmə qərarları › İş №2(001)-5997/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5997/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5997/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxx» MMC ilə bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********10070 olan Samsung Galaxy A20s markalı telefon, İMEİ kodu **********75570 olan Samsunq Galaxy A20s markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 559 manat (06 ay x 93 manat + 1 manat ilkin ödəniş), İMEİ kodu **********10070 olan Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə 511 manat olmaqla ondan 465 manat ödənilməmiş hissə, 139 manat cərimə (150 gün x 0.93 manat) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 46 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 manat (09 ay x 50 manat + 54 manat ilkin ödəniş) İMEİ kod **********75570 olan Samsunq Galaxy A20s markalı telefon üçün ümumilikdə, 495 manat olmaqla ondan, 450 manat ödənimləmiş hissə, 135 manat cərimə (270 gün x 0.5 manat) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 45 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 148 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx xxxxxxx 2020-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh «xxxx» MMC-dən , İMEİ kod **********10070 olan Samsung Galaxy A20s markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06 ay ərzində ayda 93 manat ödəmək şərti ilə aldığı malın dəyərini xx.xx.2020ci il tarixədək «xxxx» MMC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh aldığı mal və xidmətləri təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış və İMEİ kod **********75570 olan Samsunq Galaxy A20s markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09 ay ərzində ayda 50 manat ödəmək şərti ilə malın dəyərini xx.xx.2020-ci il tarixədək «xxxx» MMC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh aldığı mal və xidmətləri təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, halhazırda cavabdehin «xxxx» MMC-yə üç müqavilə üzrə cəmi 1006 manat ödənilməmiş borcu mövcuddur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 915 manat əsas borca ödənilməmiş məbləğ və 91 manat cərimə olmaqla, cəmi 1006 manat borc tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 915 manat ödənilməmiş hissə və 91 manat cərimə olmaqla, cəmi 1006 (bir min altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar