Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6007/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 104.LN.1010.140616.00017 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 17% ödənilmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür.Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin xx.xx.2020-ci il tarixinə banka ödənilməmiş 2970,17 manat əsas, 21,01 manat faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 175,07 manat faiz borcu olmaqla, cəmi 3166,25 manat borcu vardır. Ona görə də Cavabdeh 2970,17 manat əsas, 21,01 manat faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 175,07 manat faiz borcu olmaqla cəmi 3166,25 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli 104.LN.1010.140616.00017 saylı kredit müqaviləsinə əsasənona 36 ay müddətinə qaytarmaq, illik 17% ödənilmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. O, sonuncu dəfə xx.xx.2020-ci il tarixində banka 200 manat ödəniş etmişdir. Hal-hazırda bankın ondan əlavə faiz olaraq tələb etdiyi 175,07 manat faiz borcu ilə razı dedyildir. Qətnamə çəxarılarkən ödədiyi 200 manatın nəzərə alınmasını xahiş edir. Qalan borcu hissə-hissə banka qaytaracaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 104.LN.1010.140616.00017 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana təmirtikinti işləri üçün illik 17% ödəmək şərtilə 10000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1-ci bəndindən müəyyən olunur ki, borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Birinci ödəniş xx.xx.2016-cı il, sonuncu ödəniş isə xx.xx.2019-cu il tarixdən gec olmayaraq həyata keçirilməlidir. İddiaçı ASC-nin xx.xx.2016-cı il tarixli 104.LN.1010.140616.00017 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hər ay 356,53 manat, xx.xx.2019-cu il tarixdə 356,41 manat olmaqla, ümumilikdə əsas borca görə 10000 manat, faiz borcuna görə 2834,96 manat olmaqla cəmi 12834,96 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli 104.LN.1010.140616.00017 saylı kredit müqaviləsi üzrə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə əsas borca görə 2970,17 manat, faizə görə 21,01 manat, gecikdirilmiş vaxt üçün faizə görə 175,07 manat olmaqla, cəmi 3166,25 manat borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli №**********011 saylı xəbərdarlıq məktubundan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli mədaxil üzrə kassa orderindən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-yə 200 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli 104.LN.1010.140616.00017 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində banka əsas borca görə 2970,17 manat, faizə görə 21,01 manat borcu yaranmış, iddiaçı məhkəməyə müraciət etdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə cavabdeh borcundan 200 manat ödəniş etmişdir. Məhkəmə iddiaçının icranın gecikdirilməsi nəticəsində vurulmuş ziyana görə pul tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləninin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti xx.xx.2019-cu il tarixədək müəyyən olunduğundan, iddiaçı borcun vaxtında qaytarılmaması nəticəsində ona ziyan vurulmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin borcundan ödədiyi 200 manat nəzərə alınmaqla ((2970,17+21,01)-200=2791,18) qalıq əsas borca görə 2791,18 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 104.LN.1010.140616.00017 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2791,18 manat, dövlət rüsumuna görə 30,40 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6007/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6007/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver