Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6043/2025 09.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 etibarnəməsindən sui-istifadə edərək atası Mamedov Mürşüdə vurduğu maddi zərərin ¼ hissəsi 6878 manat və 89 manat məhkəmə dövlət rüsumu olmaqla, ümumi 6967 manat məbləğin X8 vərəsəsi Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X14 23 avqust 2022-ci il tarixində Ukrayna Respublikası Kiyev şəhərində vəfat etmiş və cənazəsi Azərbaycana gətirilərək Gədəbəy rayonunda dəfn olunmuşdur. Mərhum atasının – o, bacısı X15 və Mamedov Samir, Mamedov Ruslan adlı qardaşları ilə birlikdə ümumi 4 vərəsəsi vardır. Vərəsəlik işi tamamlanmış, mülklərə çıxarışlar alınmışdır. Atasının ölümündən sonra maddi məsələləri ön plana gətirmədiyi halda və mənəvi sarsıntı keçirsə də, sonradan məlumat almışdır ki, əmisi X16 gənc qardaşının, yəni atası X3 günlərindəki xəstəliyindən və daha sonradan ölümündən istifadə edərək atasına maddi zərər vurmuşdur. Belə ki, X16 atasının verdiyi etibarnamədən sui-istifadə edərək, atasına məxsus olmuş, hal-hazırda isə onlara məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə 5 ünvanında yerləşən obyekti 24 noyabr 2021-ci il tarixində BARATTSON MMC-yə icarəyə vermiş, ancaq atasına heç bir icarə haqqı ödənməmişdir. Ukraynada banklarla apardığı şifahi danışıqlarda məlumat almışdır ki, müqavilənin bağlandığı 24 noyabr 2021-ci il tarixindən atasının dünyasını dəyişdiyi 23 avqust 2022-ci il tarixinə qədər Zamanov Zaman tərəfindən atasına icarə haqqı göndərilməmişdir. İcarə haqqının BARATTSON MMC tərəfindən ödənilmədiyi, yoxsa Zamanov Zamanın mənimsədiyi məlumatı onlarda olmadığı üçün bacısı X1 Rayon Məhkəməsinə müraciət edərək, X16 və Barattson MMC-yə qarşı məhkəmə tələbi irəli sürmüşdür. Məhkəmənin gedişatında məlum olmuşdur ki, Barattson MMC tərəfindən bütün icarə ödənişləri X11 ödənilmişdir. Bundan sonra, Barattson MMC cavabdehlikdən çıxarılmış və yalnız X8 cavabdehliyində davam etdirilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, məhkəmə yekunlaşmamış, cavabdeh X16 vəfat etmiş və məhkəmə vərəsə təyin olunana qədər dayandırılmışdır. Artıq vərəsəlik işi yekunlaşmış və Cavabdeh vərəsə olaraq məhkəməyə cavabdeh qismində cəlb olunmuşdur. Əlavə olaraq Binəqədi Rayon Məhkəməsi tərəfindən cavabdehin vərəsəlik əmlakının bir qisminə MTT ilə özgəninkiləşdirmə qadağası qoyulmuşdur. Bu yolla X16 9 aylıq icarə məbləğini mənimsəmiş və 3057 manatdan olmaqla, ümümi olaraq atasına 27513 manat maddi zərər vurmuşdur. Atasının qanun üzrə 4 vərəsəsindən biri olaraq ümumi mənimsənmiş məbləğin ¼ hissəsini 6878 manatın atasının vərəsəsi kimi ona çatmalı olduğunu düşünür. Cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X5 verdiyi etibarnamədən mərhum əmisi X16 ilə Barattson MMC tərəfindən sui-istfadə edilərək atasına vurulmuş zərərin ¼ hissəsinin, yəni 6967 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi müvafiq subyektiv hüquqa malik olmayan iddiaçı tərəfindən verildiyinə və onun hüquqları Cavabdeh tərəfindən pozulmadığına görə əsassız və qeyri-obyektiv iddia aşağıda göstərilənlərlə əlaqədar rədd edilməlidir. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı iddia tələbinin məzmunundan da aydın olduğu kimi iddiaçı məhz mərhum atası X5, mərhum əmisi X11 verdiyi etibarnaməyə əsasən Barattson MMC ilə aralarında bağlanmış icarə müqaviləsi (atasına məxsus mənzilin kirayə verilməsindən) üzrə icarə haqqının Barattson MMC tərəfindən mərhum Cavabdeh verilməməsi və ya axırıncı guya ki, atasına ödənilməməsi ilə bağlıdır. İddiaçı ehtimal edir ki, ya Barattson MMC icarə haqqını ödəməyib, ya da ki, əmisi mərhum X16 mərhum atasına icarə haqqını göndərməyib. Hal-hazırda mülki iş maraqlarına toxunan X14 və onun qardaşı X16 öldüklərinə görə tapşırığın məzmununu, mahiyyətini və icrasının hansı səviyyədə olmasını müəyyən etmək mümkün deyil. Hətta fərz etsək ki, icarə haqqı ödənilməmişdi onda əmlakın mülkiyyətçisi tərəfindən qardaşına qarşı iddia qaldırıla bilərdi, iddia tələbi üzrə subyektiv hüquq iddiaçıya yox, onun mərhum atasına məxsus olmuşdur. Atası isə sağlığında ikən İddiaçı həmin əmlakla bağlı heç bir tapşırıq, vəkalət və təmsilçilik səlahiyyəti verməmiş, əksinə o səlahiyyətləri öz qardaşına vermişdir. Təmsilçilik dedikdə, bir şəxsin almış olduğu səlahiyyət dairəsində başqa şəxsin marağına müvafiq olan və onun adından əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi başa düşülür. Etibarnamə şəxsə səlahiyyətli təmsilçilik hüququ verən sənəddir. Adi qaydada bağlanan əqdlərdə tərəflər bilavasitə iştirak edir və onların arasında bağlanan əqddən irəli gələn hüquq və vəzifələr yaranır. Tərəflərin iştirakı ilə bağlanan əqddən təmsilçinin bağladığı əqdin səciyyəvi fərqli xüsusiyyəti ondan ibarətdir ki, əqdi təmsilçi bağlasa da, hüquq və vəzifələr təmsil edilənlə üçüncü şəxs arasında yaranır. Təmsilçi vasitəsi ilə bağlanan müqavilədə tərəflər təmsil edilənlə üçüncü şəxs (məsələn alqı-satqı müqaviləsində alıcı və satıcı, kirayə müqaviləsində kirayəyə verən və kirayəçi, bağışlama müqaviləsində hədiyyə verən və hədiyyə alan və s.) olur. Əqdi bilavasitə bağlamış təmsilçi isə bu münasibətlərdən kənarda qalır. İşin hallarından göründüyü kimi təmsil olunan icarə müqaviləsi imzalandığı tarixdən təxminən 9 ay sonra ölmüşdür. Bu müddət ərzində o, həmin əqdi mübahisələndirməmiş və etibarnaməni də ləğv etməmişdir. Mərhum M.Mamedov etibarnamə verdiyi müddətdən sonra - 21 noyabr 2021-ci il tarixdən ölümünədək, yəni 23 avqust 2022-ci il tarixədək xüsusi mülkiyyətində olan evin icarə haqqının ödənilib-ödənilməməsi ilə bağlı təmsilçiyə irad bildirməməsi və etibarnaməni ləğv etməməsi ona dəlalət edir ki, etibarnamə əsasında həyata keçirilmiş hərəkətlər son nəticədə təmsil olunanın iradəsinə uyğun olmuş və məhz onun iradəsini nümayiş etdirmişdir. Belə olan halda, mərhum X5 heç bir hüququ pozulmamışdırsa, onda İddiaçı hüquqlarının pozulmasından söhbət gedə bilməz və onun başqa şəxslərdən pul tələb etmək üçün heç bir subyektiv hüququ mövcud deyil. Habelə iddia qaldırmış şəxs müvafiq subyektiv hüquqa malik olmadığına və Cavabdeh tərəfindən onun heç bir hüququnun pozulması faktı müəyyən edilmədiyindən hazırki iş üzrə iddia tələbi ona qarşı verilə bilməzdi. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı mərhum atasının sağlığında ikən mülkiyyətində olan mənzilin icarə haqqının ona göndərilməməsini ehtimal etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu barədə guya ki, Kiyev şəhərindəki banklardan məlumat aldığını göstərdiyinə baxmayarq, iddia ərizəsinə buna aid heç bir sənəd əlavə etməmişdir. Halbuki iddia tələbinin sübut edilməsi yükü İddiaçı üzərinə düşür. X21 uzun müddət ağır formada böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkdiyinə görə dializə aparılırdı və bununla əlaqədar heç bir yerdə işləmirdi. Əgər icarə haqqı göndərilməsə idi onda o, vəsaitsiz necə yaşaya bilərdi? X17 ağır xəstəliyi dövründə ona qulluq edən qadına da mərhum Zamanov Zaman tərəfindən aylıq pul vəsaiti ödənilirdi. Hətta, həmin vaxtdan da əvvəl, yəni 2018-ci il tarixdən İddiaçı mərhum atası ilə anası arasında nikah pozulandan sonra Bakı şəhərində yaşayır. 2020-ci ildən isə şəxsiyyət vəsiqəsindən və miqrasiya xidmətinin məktubundan göründüyü kimi şəxsiyyət vəsiqəsi alaraq ünvan 3 ünvanında qeydiyyata alınmışdır. Həmin tarixdən də heç vaxt Ukraynada olmamışdır və atası ilə əlaqəni kəsmişdir. Belə olan halda o, atasından tamamilə məlumatsız olmuşdur. Bundan başqa iddiaçının ərizəsində göstərdiyi guya ki, atasının xəstəliyindən və ölümündən istifadə edərək ona zərər vurulması barədə mülahizəsi də tamamilə əsassızdır. Göstərilən faktlardan da göründüyü kimi iddiaçıya heç bir zərər dəyməmiş, hüquqları pozulmamışdır, hüququnu bərpa etmək üçün heç bir xərc çəkməmişdir. Əksinə, mərhum əmisinin isə Ukraynada vəfat etmiş qardaşı M.Mamedovun nəşini əvvəllər Polşaya oradan Türkiyəyə sonra isə Azərbaycana sonra isə Gədəbəyə aparılmasının xərclərinin qarşılanması ilə əlaqədar İddiaçı qarşı iddia qaldırmaq hüququ olmuşdur. Ancaq o, bu hüququndan istifadə etməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək iddianı rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X16 (X5 əvəzinə) ünvan 4 ünvanda yerləşən 764,15 kv.m-lik hissəsini 5 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək aylı 3057 manat olmaqla "xxxx" MMC-yə icarəyə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 201 saylı mənzil ¼ hissədə İddiaçıın adına qeydiyyata alınmışdır. 588378 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Respublikasının Kiyev şəhərində xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: Mamedlı Nurana, İddiaçı, Mamedov Samir, X9r və onların hər biri mira əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDKnin yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013 tarixdə X6 verilmiş **********70-05101-093028 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 1202.8 kv/m olan mənzildən ibarətdir. xx.xx.2023-cü il tarixli şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: Mamedlı Nurana, İddiaçı, Mamedov Samir, X9r və onların hər biri mira əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDKnin yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə X6 verilmiş **********28-05301-093046 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 1978-ci məhəllə, ev 25E, mənzil 8 (Yeni qaydalarla: AZ 1106, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 180 kv/m olan mənzilin X6 məxsus ½ hissəsindən ibarətdir. Bakı şəhəri 38 saylı xüsusi notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2025-ci il tarixdə vəfat etmiş X8 yeganə qanuni vərəsəsi Cavabdeh olmuşdur. Kredit köçürmələri və ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 3242 manat, xx.xx.2022-ci il tarixdə 2629,02 manat, xx.xx.2022-ci il tarixdə 2629,02 manat, xx.xx.2022-ci il tarixdə 2629,02 manat məbləğində pul vəsaiti X8 hesabına köçürülmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 1233/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X13 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kımı rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehin hüquqazidd əməli nəticəsində ona dəymiş zərər mötəbır sübutlarla əsaslanıdırla bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-6043/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6043/2025
09.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver