Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6045/2020 16.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı kredit borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxxxxx 2014-cü il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə 723,12 manat məbləğində pul vəsaitinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə X4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 18 ay müddətinə aylıq 2,25 faiz hesablanmaqla 2200 manat kredit verilmişmişdir. G.Hacıyev kerdit borcunu faizləri ilə birlikdə təqdim olunmuş qrafik əsasında banka qaytarmağı öhdəsinə götürsə də, xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 26 saylı notariat ofisinin xx xxxxxx 2020-ci il tarixli, X-299 saylı məktubundan məlum olur ki, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna görə də, bank tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2 və 1306.1-ci maddələri rəhbər tutularaq Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Sonda A.Z.Əhmədova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, məlum borc məhrum ərinin borcu olmuş, əri vəfat etdikdən sonra ona yönəlmişdir. O, hazırda işləmir, oğlu hərbi xidmətdədir. Buna görə də, borcun ödənilməsi üçün maddi imkanı yoxdur. İş materiallarında olan: - xx xxxxxx 2014-cü il tarixli, 030A********** nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X2 aylıq 2,25 faiz hesablanmaqla 18 ay müddətində 2200 manat kredit verilmişdir. - maliyyə arayışından görünür ki, X1 xx xxx 2020-ci il tarixə 723,12 manat əsas borcu vardır. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 062 saylı şəhadətnamədən görünür ki, xx xxxxxx 1965-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmiş X1 arvadı (vərəsəsi) Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə vərəsəliyi qəbul etmək barədə ərizə ilə notariat ofisinə müraciət etmişdir və ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. xx xxx 2019-cu il tarixdə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər vərəsələri mirasın qəbulundan imtina etmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bə bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə borgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, elcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 723,12 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə 723,12 manat pul vəsaiti, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6045/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6045/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver