Məhkəmə qərarları › İş №2(001)-6054/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6054/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6054/2021 26.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Kreditor Borclu qarşı “pul məbləğinin tutulması” barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəni məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Borclu 100000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2-ci maddəsində məhkəmə əmri verilə bilən tələblər göstərilmişdir. Həmin Məcəllənin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, kreditorun tələbi notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsaslanır. Halbuki Mülki-Prosessual Məcəllənin 276.2.1-ci maddəsində əvvəllər nəzərdə tutulmuş hal (tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa) artıq məhkəmə əmrinin verilməsi üçün nəzərdə tutulmuş hallar sırasından çıxarılmışdır. Yəni notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən məhkəmə əmrinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Bununla bağlı Mülki-Prosessual Məcəllənin 279.3-cü maddəsində qeyd edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Eyni zamanda nəzərinizə çatdırılır ki, notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariat orqanları tərəfindən icra qeydi verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 279 və 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı “pul məbləğinin tutulması” barədə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur, bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar