Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6058/2022 14.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından olan 22 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində tutulmuş alimentin miqdarı artırılaraq, hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahlarından 22 iyun 2010-cu ildə X9 anadan olmuşdur. 27 iyun 2018-ci il tarixində Binəqədi Rayon Məhkəməsinin 2(001)-5382/2018 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, övladları onun yanında saxlanılmış və saxlanılması üçün hər ay üçün 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. 08 iyul 2019-cu il tarixində Binəqədi Rayon Məhkəməsinin 2(001)-5142/2019 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 200 manat təyin olmuşdur. 08 iyul 2019-cu il tarixli Binəqədi Rayon Məhkəməsinin 2(001)-5142/2019 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş və alimentin miqdarı azaldılaraq 160 manat olmuşdur. O, övladları ilə cavabdehdən ayrı yaşayır. Alimentin artırılması onu yenidən məhkəməyə müraciət etmək qərarına gətirmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı tərəfindən “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə göstərə bilər ki, 08 avqust 2009-cu il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Onların birgə nikahdan bir övladları- 22 iyun 2010-cu il təvəllüdlü oğlum X9 anadan olmuşdur. P.Cavabdeh 2018-ci il tarixdə ona qarşı «nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair» məhkəmədə iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5382/2018 saylı 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması və 16 may 2018-ci il tarixdən başlayaraq 22 iyun 2018-ci il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 154(yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Bundan sonra P.Cavabdeh 2019-cu il tairxdə ona qarşı «aliment miqdarının artırılması tələbinə dair» məhkəmədə iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə aliment miqdarı artırılaraq 160 (yüz altımış) manat olmuşdur. Qeyd etmək istəyir ki, İddiaçı aliment miqdarının artırılması tələbi ilə razı deyildir. Belə ki, o, 04 aprel 2019-cu il tarixdə X7 ilə ailə qurmuşdur. Həmin nikahdan onun 15 fevral 2020ci il təvəllüdlü X8 adlı oğlu anadan olmuşdur. Həmçinin 2019-cu ilin sonundan bu günədək əmək haqqında az miqdarda dəyişiklik olmuşdur. Belə ki, o, 325 manat əmək haqqı alır. Aldığı əmək haqqından da 160 manat aliment tutulur. Öhdəsində həmçinin xəstə atası da var. İşdə olduğu üçün və işdən icazə ala bilməməsi səbəbindən məhkəmə prosesində iştirak edə bilməyəcək. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.Əlavə olaraq bildirdi ki, o, maddi cəhətdən övladının saxlanılmasında çətinlik çəkir. Belə ki, 160 manat alimentin tutulması barədə qətnamə 2019-cu ildə qəbul edilmiş və həmin qətnamə qəbul edildiyi vaxtdan keçən müddət ərzində saxlanması üçün aliment tutulan uşaq böyümüş və onun saxlanılması üçün lazım olan minimum xərclər xeyli artmışdır. Hətta, həmin vaxtdan sonra qiymətlər və istehlak xərcləri də artmış və "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və məhkəməyə ünvanladığı ərizəsində işdə olduğu üçün və işdən icazə ala bilməməsi səbəbindən məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 284641 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 iyun 2010-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5382/2018 saylı 27 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh arasında Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində 08 avqust 2009-cu il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1014 № ilə qeydə alınmış nikahın pozulması, 22 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası X1 yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 may 2018-ci il tarixdən başlayaraq, hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 307265 №-li Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin 12 ayının 01 günündə 467 № ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(001)-5142/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 22 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5382/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 22 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(103)-14055/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(001)-5142/2019 saylı qətnaməsi ləğv edilərək, iddianın qismən təmin edilməsi və Cavabdeh 22 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə 01 avqust 2022-ci il tarixli arayışdan görünür ki, keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli 17/57-218 №-li Arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh xx.xx.2017-ci il tarixdən halhazıra kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Təchizat İdarəsinin büdcə sahəsində fəhlə işində işləyir. İşlədiyi dövrdə onun aylıq əmək haqqısı 325 manat təşkil edir. İş materiallarında olan AZ-İİ seriyalı 328069 №-li Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İbrahimova (Məmmədova )Vüsalə Yafəs qızı arasında nikah 04 aprel 2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1076 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 441337 №-li Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 15 fevral 2020-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı 160 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, 22 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160(yüz altmış) manat miqdarında alimentin tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(103)-14055/2019 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2022-ci il üçün uşaqların saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 manat miqdarında aliment tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd etməyi lazım bilir ki,cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağının saxlanması vəzifəsindən azad etmir. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(103)-14055/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 22 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan 160 manat miqdarda alimentin məbləği artırılmalı, 22 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 manat miqdarda aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(103)-14055/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 22 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. 22 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 193 (yüz doxsan üç) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6058/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6058/2022
14.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver