Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6067/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “X6 11 Pro” (İMEİ Kodu **********14041) markalı telefon, “Mİ Redmi Airdots 2” qulaqlıq üçün 938,06 manat ödənilməmiş hissə və 93,94 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün ödənilməmiş 666,16 manat və 66,84 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X3 X7 üçün 343,06 manat ödənilməmiş hissə və 34,94 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Amazfit GTR 3 qol saatı, Goranje Tozsoran üçün 106,39 manat ödənilməmiş hissə və 10,61 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung mikrodalğalı soba üçün 35 manat ödənilməmiş hissə və 03 manat cərimə olmaqla, cəmi 2298 manat borcun və 42,98 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, X6 11 Pro (İMEİ Kodu **********14041) markalı telefon, Mİ Redmi Airdots 2 qulaqlıq, Samsung LED TV, X3 X7, Amazfit GTR 3 qol saatı, Goranje Tozsoran, Samsung mikrodalğalı soba almış və nəticədə 2298 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1074,06 manat olan “X6 11 Pro” (İMEİ Kodu **********14041) markalı telefon, Mİ Redmi Airdots 2 qulaqlığı ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 59,67 manat ödəmək şərti ilə almış, nəticədə 938,06 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 93,94 manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1540,64 manat olan Samsung LED TV-ni ilkin ödəniş 200 manat, 18 ay müddətinə, hər ay 74,48 manat ödəmək şərti ilə almış, nəticədə 666,16 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 66,84 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 411,96 manat olan X3 X4 ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 34,33 manat ödəmək şərti ilə almış, nəticədə 343,06 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 34,94 manat miqdarında cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 643,08 manat olan Amazfit GTR 3 qol saatı, Goranje Tozsoranı ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 53,59 manat ödəmək şərti ilə almış, nəticədə 106,39 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 10,61 manat miqdarında cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 270 manat olan Samsung mikrodalğalı sobanı ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 22,5 manat ödəmək şərti ilə almış, nəticədə 38 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 03 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1616,07 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2023cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ******* nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 200 manat olmaqla, 18 ay müddətinə hər ay 74,48 manat ödəmək şərti ilə, dəyəri 1540,6 manat olan Samsung LED TV satmışdır. X5 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Samsung LED TV Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ******* nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 22,5 manat ödəmək şərti ilə, dəyəri 270 manat olan Samsung mikrodalğalı soba satmışdır. X5 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Samsung mikrodalğalı soba Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ******* nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 53,59 manat ödəmək şərti ilə, dəyəri 643,07 manat olan Amazfit GTR 3 qol saatı, Goranje Tozsoran satmışdır. X5 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Amazfit GTR 3 qol saatı, Goranje Tozsoran Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ******* nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə hər ay 59,67 manat ödəmək şərti ilə, dəyəri 1074,06 manat olan “X6 11 Pro” (İMEİ Kodu **********14041) markalı telefon, Mİ Redmi Airdots 2 qulaqlıq satmışdır. X5 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən X6 11 Pro (İMEİ Kodu **********14041) markalı telefon, Mİ Redmi Airdots 2 qulaqlıq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ******* nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 34,33 manat ödəmək şərti ilə, dəyəri 411,96 manat olan X3 X7 satmışdır. X5 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı X3 X7 Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 938,06 manat ödənilməmiş hissə və 93,94 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 666,16 manat və 66,84 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 343,06 manat ödənilməmiş hissə və 34,94 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 106,39 manat ödənilməmiş hissə və 10,61 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 35 manat ödənilməmiş hissə və 03 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş 666,16 manat məbləğində əsas borc və 66,84 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 35 manat məbləğində əsas borc və 03 manat məbləğində cərimə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 106,39 manat məbləğində əsas borc və 10,61 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 938,06 manat məbləğində əsas borc və 93,94 manat məbləğində cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 343,06 manat məbləğində əsas borc hissə və 34,94 manat məbləğində cərimə, olmaqla, cəmi 2298 manat borc alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 42,98 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş 666,16 (altı yüz altmış altı manat 16 qəpik) manat məbləğində əsas borc və 66,84 (altmış altı manat 84 qəpik) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 35 (otuz beş) manat məbləğində əsas borc və 03 (üç) manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 938,06 (doqquz yüz otuz səkkiz manat 06 qəpik) manat məbləğində əsas borc və 93,94 (doxsan üç manat 94 qəpik) manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 343,06 (üç yüz qırx üç manat 06 qəpik) manat məbləğində əsas borc və 34,94 (otuz dörd manat 94 qəpik) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 106,39 (bir yüz altı manat 39 qəpik) manat məbləğində əsas borc və 10,61 (on manat 61 qəpik) manat məbləğində cərimə və 42,98 (qırx iki manat 98 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2340,98 (iki min üç yüz qırx manat 98 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6067/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6067/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver