Məhkəmə qərarları › İş №2(001)-6073/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6073/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6073/2021 02.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 06.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3955,57 manat əsas borc, 535,74 manat faiz borcu və 144,83 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4636,14 maat borcun və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 06 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 06.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 % dərəcəsi ilə 24 ay müddətinə 6000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 06.08.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 28 avqust 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 28.01.2022-ci il tarixinədək uzadılmışdır. Lakin borclu müqaviləin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyu qaçırır. 09.07.2021-ci il tarixinədək Cavabdeh1 banka 06.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3955,57 manat əsas, 535,74 manat faiz borcu və 144,83 manat cərimə borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh sonuncu dəfə 21 aprel 2021-ci il tarixində 100 manat ödəniş etmişdir. Kredit müqaviləsinin müddəti 28.01.2022-ci il tarixinədək uzadılmışdır. Cavabehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən 03 fevarl 2021-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Kredit verən bank "xxxx" İKB ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 06.08.2019-cu il tarixli, 4-MZ-2-0-787-19 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditor borcalana 24 ay müddətinə , illik 30 % dərəcəsi ilə, aylıq ödəniş 250 manat olmaqla, 6000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyi götürmüşdür. Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 06.08.2019-cu il tarixli, 4-MZ-2-0-787-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Məhərrəmov Cavabdeh2 Ofelya Calal qızı ilə bank arasında bağlanmış 06 avqust 2019-cu il tarixli, 4-MZ-2-0-787-19 saylı krediti müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. 06.08.2019-cu il tarixli 4-MZ-2-0-787-19 saylı krediti müqaviləsinə 08 iyun 2020-ci il tarixdə əlavə saziş bağlanmış və sazişdən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 3826,63 manat müəyyən edilmiş, müqavilə üzrə kreditin müddəti 08.10.2021-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25 % olaraq müəyyən edilir. Saziş Bank və borcalan Cavabdeh1 tərəfindən imzalanmışdır. Saziş əsasında kredit müqaviləsinə 08.06.2020-ci il tarixində 1 saylı əlavə imzalanmış, aylıq ödəniş məbləği 255,11 manat müəyyən edilmiş, ilk ödəniş tarixi 08.07.2020-ci il, sonuncu ödəniş tarixi 08.10.2021-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli Bank və borcalan Cavabdeh1 tərəfindən imzalanmışdır. 06.08.2019-cu il tarixli , 4MZ-2-0-787-19 saylı zaminlik müqaviləsinə 08.06.2020-ci il tarixli əlavə sazişdən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 3826,63 manat müəyyən edilmiş, müqavilə üzrə kreditin müddəti 08.10.2021-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi isə 25 % olaraq müəyyən edilmişdir. Əlavə saziş Bank, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 tərəfindən imzalanmışdır. 06.08.2019-cu il tarixli , 4MZ-2-0-787-19 saylı kredit müqaviləsinə 28.08.2020-ci il tarixli 1 Saylı Əlavə sazişə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən müqavilə üzrə kreditin qalıq borc məbləği optimallaşdırılmaqla 3959,32 manat müəyyən edilmiş, kreditin müddəti 28.01.2022-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25 % müəyyən edilmişdir. Əlavə saziş Bank, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 tərəfindən imzalanmışdır. Kredit müqaviləsinə 28.08.2020-ci il tarixində 1 saylı əlavə imzalanmış, aylıq ödəniş məbləği ilk üç ay 82,49, sonrakı aylarda 328,97 manat müəyyən edilmiş, ilk ödəniş tarixi 28.09.2020-ci il, sonuncu ödəniş tarixi 28.01.2022-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli Bank və borcalan Cavabdeh1 tərəfindən imzalanmışdır. 06.08.2019-cu il tarixli , 4MZ-2-0-787-19 saylı zaminlik müqaviləsinə 28.08.2020-ci il tarixli əlavə sazişdən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 3959,32 manat müəyyən edilmiş, kreditin müddəti 28.01.2022-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25 % müəyyən edilmişdir. Əlavə saziş Bank, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 tərəfindən imzalanmışdır. "xxxx" İKB ASC tərəfindən verilən 06.08.2019-cu il tarixli məxaric orderindən görünür ki, Bank tərəfindən Cavabdeh1 6000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin cavabdehlərə ünvanlanan 08 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclular Cavabdeh1 və zamin Cavabdeh2 06.08.2019-cu il tarixli , 4MZ-2-0-787-19 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilən 09.07.2021-cu il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 06.08.2019-cu il tarixli , 4MZ-2-0-787-19 saylı kredit müqaviləsi üzrə 3955,57 manat əsas, 535,74 manat faiz, 144,83 manat cərimə borcu olmaqla, ümumilikdə 4636,14 manat borcu vardır. 15 iyul 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" İKB ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 06.08.2019-cu il tarixli , 4MZ-2-0-787-19 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin şərlərinə əsasən illik 30 % dərəcəsi ilə , 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün və zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyacağı barədə məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan sonra həm kredit müqaviləsinə, həm zaminlik müqaviləsinə paralel olaraq əlavələr olunmuş və nəticədə kredit müqaviləsi üzrə borc məbləği kapitallaşdırılaraq müqavilə müddəti 28.01.2022-ci il tarixədək uzadılmışdır. Sonuncu maliyyə arayışına əsasən cavabdehin banka 09.07.2021-ci il tarixinə 3955,57 manat əsas, 535,74 manat faiz borcu və 144,83 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Cavabdehin müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına mötəbər sübut kimi yanaşaraq iddianın qismən təmin edilməsi və ya rədd edilməsi üçün hər hansı hal olmadığını müəyyən etmişdir. Belə ki, cavabdehlər məhkəmə iclaslarında iştirak etməyərək tələb olunan borc məbləğini mübahisələndirməmiş, eyni zamanda tələb olunan faiz və cərimə məbləğinin qeyri-mütənasibliyi ilə bağlı məhkəmədə hər hansı şübhə yaranmamışdır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı borcalan ilə arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" İKB ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanan 06.08.2019-cu il tarixli, 4MZ-2-0-787-19 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3955,57 manat, faiz borcu üzrə 535,74 manat, cərimə borcu üzrə 144,83 manat olmaqla, ümumilikdə 4636,14 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. "xxxx" İKB ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanan 06.08.2019-cu il tarixli, 4MZ-2-0-787-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 3955,57 (üç min doqquz yüz əlli beş manat, əlli yeddi qəpik) manat, faiz borcu üzrə 535,74 (beş yüz otuz beş manat, yetmiş dörd qəpik) manat, cərimə borcu üzrə 144,83 (bir yüz qırx dörd manat, səksən üç qəpik) manat olmaqla, ümumilikdə 4636,14 (dörd min altı yüz otuz altı manat, on örd qəpik) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar