Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6101/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı xx.xx.2019cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Philips markalı şirəçəkən, İMEİ kodu **********94973 olan Samsung J2 markalı telefon, İMEİ kodu **********30012 olan Samsung Galaxy S10e markalı telefon, Foriella-Dnepr markalı yataq dəsti, matras, Marvin markalı çalışma masası, pufik almış, öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçıya 2645 manat borcu yaranmışdır. Cavabdeh iddiaçıya aldığı əşyaların dəyərinə görə cəmi 1644 manat ödəniş etmişdir. Cavabdehə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 649 manat olan Philips markalı şirəçəkən, İMEİ kodu **********94973 olan Samsung J2 markalı telefon üçün ümumilikdə 328 manat olmaqla, 253 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1602 manat olan İMEİ kodu **********30012 olan Samsung Galaxy S10e markalı telefon üçün ümumilikdə 1471 manat olmaqla, 1151 manat ödənilməmiş hissə, 320 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1584 manat olan Foriella-Dnepr markalı yataq dəsti, matras, Marvin markalı çalışma masası, pufik üçün ümumilikdə 846 manat olmaqla, 787 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu hesablanmışdır. Ona görə də xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Philips markalı şirəçəkən, İMEİ kodu **********94973 olan Samsung J2 markalı telefon üçün əsas borca görə 253 manat, dəbbə puluna görə 75 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********30012 olan Samsung Galaxy S10e markalı telefon üçün əsas borca görə 1151 manat, dəbbə puluna görə 320 manat və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Foriella-Dnepr markalı yataq dəsti, matras, Marvin markalı çalışma masası, pufik üçün isə əsas borca görə 787 manat, dəbbə puluna görə 59 manat olmaqla cəmi 2645 manat borcun və dövlət rüsumuna görə 30 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MMnin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00546582 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 649 manat olan Philips markalı şirəçəkəni, İMEİ kodu **********94973 olan Samsung J2 markalı telefonu1 manat ilkin ödəniş etməklə, hər ay 36 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cəvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200 %) və 65 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00546582 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 36 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh oğlu 1 ədəd Philips markalı şirəçəkəni və 1 ədəd İMEİ kodu **********94973 olan Samsung J2 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00657072 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1602 manat olan İMEİ kodu **********30012 olan Samsung Galaxy S10e markalı telefonu ilkin ödənişsiz hər ay 267 manat olmaqla 6 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 161 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00657072 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində hər ay 267 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh1 ədəd İMEİ kodu **********30012 olan Samsung Galaxy S10e markalı telefonu tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00711324 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1584 manat olan Foriella- Dnepr markalı yataq dəstini, matrası, Marvin markalı çalışma masasını ilkin ödənişsiz hər ay 66 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 159 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00711324 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində hər ay 267 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh1 ədəd Foriella-Dnepr markalı yataq dəstini, matrası, Marvin markalı çalışma masasını tam qüsursuz halda təhvil almışdır. ABC Telecom MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 253 manat, dəbbə puluna görə 75 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1151 manat, dəbbə puluna görə 320 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 787 manat, dəbbə puluna görə 59 manat olmaqla, ümumilikdə əsas borca görə 2191 manat, dəbbə puluna görə 454 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində xx.xx.2019-cu il tarixlimüqavilə üzrə 253 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1151 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 787 manat əsas bocunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının tərəflər arasında bağlanan müqavilələr üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən xx.xx.2019-cu il tarixlimüqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 30 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat olmaqla cəmi 60 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00546582 saylı müqaviləyə əsasən əsas borca görə 253 manat, dəbbə puluna görə 10 manat, xx.xx.2019-cu il tarixli 00657072 müqaviləyə əsasən əsas borca görə 1151 manat, dəbbə puluna görə 30 manat, xx.xx.2019-cu il tarixli 00711324 saylı müqaviləyə əsasən əsas borca görə 787 manat, dəbbə puluna görə 20 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2281 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6101/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6101/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver