Məhkəmə qərarları › İş №2(001)-6125/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6125/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6125/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən Acer markalı notebook üçün 259 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********36553 olan Samsung Galaxy A20 markalı telefon üçün 252 manat ödənilməmiş hissə, 25 manat cərimə miqdarında borc yaranmışdır.Ümumilikdə 561 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 591 manat Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə xx xxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, Acer markalı notebook, İMEİ kodu **********36553 olan Samsung Galaxy A20 markalı telefon almış və nəticədə 561 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1050 manat (12 ay x 85 manat + 30 manat ilkin ödəniş) Acer markalı notebook üçün ümumilikdə, 284 manat olmaqla ondan 259 manat ödənilməmiş hissə, 76 manat (0,85 manat x 90 gün) cərimə hesablanmalı olmasına baxmayaraq 25 manat cərimə miqdarında borc yaranmışdır. xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 504 manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********36553 olan Samsung Galaxy A20 markalı telefon üçün ümumilikdə 277 manat olmaqla ondan, 252 manat ödənilməmiş hissə, 75 manat (0,42 manat x 180 gün) cərimə hesablanmalı olmasına baxmayaraq 25 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1043 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq peniya ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, №00615165 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və əlavəyə əsasən Cavabdeh ilkin ödənişlə Acer Aspire 3 markalı notebook almış və 12 ay müddətinə ayda 85 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx xxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00615165 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən Acer Aspire 3 markalı notebooku tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. xx xxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Acer Aspire 3 markalı notebook üçün əsas borcu 259 manat, cərimə borcu 25 manat olmaqla, cəmi 284 manat məbləğində borcu var. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, №00878971 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və əlavəyə əsasən Cavabdeh ilkin ödənişsiz, telefon quraşdırma xidməti ilə birlikdə, İMEİ kodu **********36553 olan Samsung Galaxy A 20 markalı telefon almış və 12 ay müddətinə ayda 42 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00878971 saylı müqaviləyə əsasən İMEİ kodu **********36553 olan Samsung Galaxy A 20 markalı telefonu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. xx xxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun İMEİ kodu **********36553 olan Samsung Galaxy A 20 markalı telefon üçün əsas borcu 252 manat, cərimə borcu 25 manat olmaqla, cəmi 277 manat məbləğində borcu var. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2020-cu il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqavilələri üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilələrin qiymətinin ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında iki müxtəlif tarixdə əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmışdır. xx xxxxx 2019-cu il tarixli, №00615165 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən “xxxx” MMC əşyanı ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli, №00878971 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən “xxxx” MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.Həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onların dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozaraq müqavilələr üzrə borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxx 2019-cu il tarixli, №00615165 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə Acer Aspire 3 markalı notebook üçün 259 manat ödənilməmiş hissə, 25 manat cərimə pulu, xx xxxxxx 2020-ci il tarixli, №00878971 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə telefon quraşdırma xidməti ilə birlikdə, İMEİ kodu **********36553 olan Samsung Galaxy A 20 markalı telefon üçün 252 manat ödənilməmiş hissə, 25 manat cərimə pulu olmaqla hər iki müqavilə üzrə ümumilikdə 561 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu, “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxx 2019-cu il tarixli, №00615165 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə Acer Aspire 3 markalı notebook üçün 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə pulu, xx xxxxxx 2020-ci il tarixli, №00878971 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə telefon quraşdırma xidməti ilə birlikdə, İMEİ kodu **********36553 olan Samsung Galaxy A 20 markalı telefon üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə pulu olmaqla hər iki müqavilə üzrə ümumilikdə 561 (beş yüz altmış bir) manat pul vəsaiti “xxxx” MMC-nin xeyrinə tutulsun Cavabdeh iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulsun Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar