Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6151/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ilə müraciət edərək hazırki mülki iş üzrə eyni tərəflər arasında yəni, İddiaçı ASC-nin Cavabdeh qarşı eyni predmet üzrə Bakı Binəqədi Rayon Məhkəməsinin 2(001)-1909/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi mövcud olduğundan mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0. hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Bakı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1909/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh 9700,64 manat əsas borc, 2037,95 manat faiz borcu, 10 manat cərimə olmaqla cəmi 11748,59 manat borcun və ödənilmiş dövlət rüsumunun 26,4 manat hissəsinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, tutmanın bankın qarşısında girovla yüklü edilmiş Cavabdeh mülkiyyətindəki depozitar Milli Depozit Mərkəzi QSC-də saxlanılan girov predmeti olan 190585 ədəd sənədsiz adi səhmə yönəldilməsi, səhmlərin açıq hərracdan satılması yolu ilə realizə edilməsi və satışdan əldə olunan vəsaitin cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, borc tam ödənildikdən sonra vəsaitin artıq qalan hissəsinin səhmlərin mülkiyyətçisi Cavabdeh qaytarılması, səhmlərin hərracdan satışından əldə edilən vəsait qətnamənin icrasına yetərli olmadıqda çatışmayan hissədə qətnamənin ümumi qaydada icra edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini alan qətnaməsi olduğundan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi bağlı 2(001)-6151/2020 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6151/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6151/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver