Məhkəmə qərarları › İş №2(001)-6154/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6154/2020

26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6154/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı “İddiaçı” İstehsalat Birliyinin (İB) Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “İddiaçı” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçı” İB-nə vurulmuş 3715,2 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3745,2 manat məbləğində pulun məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Banki İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixində, 99769 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbil qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00160 nömrəli abonent kodu verlimişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində xx xxxxxx 2019-cu il tarixdə Smart İtron tipli, G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmis qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla fəbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbili qaz xətli üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabden tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbil qazdan qanunsuz olaraq istiladə elməsi, yəni qaz xəttinə qoşulmaqla qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbil X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən İddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 3715,2 manat təşkil edir. Müqavilə üzrə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlamış, etirazda göstərilmişdir ki, cavabdehə məxsus mənzilə xx xxxxxx 2019-cu il tarixdə sayğac quraşdırılmış, həmin tarixdən 13 gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə sayğaca baxış keçirilərkən güyə cavabdeh tərəfindən qanunsuz qoşulma faktı aşkar edilmişdir. Halbuki, cavabdeh tərəfindən qaz xəttinə sayğacdankənar qoşulma olunmamış, cavabdeh sayğac üzrə təbii qazdan istifadə etmiş, yaranmış borcu da mütəmadi olaraq ödəmişdir. Belə olmasaydı, iddiaçı cəmiyyətin internet səhifəsində abonentin kodu ilə borc yoxlanılarkən orada borcun olması göstərilərdi. İşin əsli ondan ibarətdir ki, iddiaçı cəmiyyətin işçiləri tərəfindən cavabdehə məxsus mənzilə təbii qazın çəkilişi zamanı əlavə tələblər olmuş, cavabdeh həmin tələbləri icra etmədiyindən iddiaçı belə yola əl atmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş aktdan görünür ki, akt xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş, xx xxxxxx 2019-cu il tarixdə iddiaçının nümayəndəsi Vüqar Səmədov tərəfindən təsdiq edilmişdir. Akt tərtib edildiyi tarixdən 4 ay əvvəlki dövrdə 2 dəfə olmaqla 23 oktyabr və xx xxxxxx 2018-ci il olmaqla güyə baş vermiş faktları təsdiq edilməsi üçün tərtib edilmişdir. Halbuki, bu hal yolverilməzdir. Baş vermiş hadisə dərhal aktlaşdırılmalıdır. Aktda qeyd olunmuşdur ki, 23 oktyabr və xx xxxxxx 2018-ci il tarixlərində cavabdeh tərəfindən qanunsuz qoşulma halı müəyyən edilsə də, həmin vaxt cavabdeh qeydiyyatsız olduğundan yalnız ona abonent kodu verildikdən sonra əvvəlki borc yeni abonent koduna yönəldilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5-ci bəndinin tələbinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göstərilənlərə zidd olaraq, iddiaçının nümayəndələri güyə 23 oktyabr və xx xxxxxx 2018-ci il tarixlərdə cavabdeh tərəfindən qanunsuz qoşulma faktını müəyyən etməklərinə baxmayaraq cavabdehin ünvanına xx xxxxxx 2019-cu il tarixdə yeni sayğac quraşdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 3.4 və 3.4.1-ci maddəsinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. İşin halları ilə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixdə “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvan üzrə ******* nömrəli akt tərtib edilmiş, aktda həmin mənzilə 23 oktyabr və xx xxxxxx 2018-ci il tarixlərdə baxış keçirilən zaman təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə faktının müəyyən edilməsi, həmin vaxt cavabdeh qeydiyyatsız olduğundan həmin müddətdə istifadə edilmiş qazın hesabatının abonentin yeni hesabına yönəldilməsi göstərilmişdir. Yəni, belə müəyyən olunur ki, akt xx xxxxxx 2019-cu il tarixdə deyil, daha əvvəl, yəni 23 oktyabr və xx xxxxxx 2018-ci il tarixlərdə aparılmış yoxlama əsasında tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. İddiaçı tərəfindən cavabdehin ünvanı üzrə 23 oktyabr və xx xxxxxx 2018-ci il tarixlərdə qanunsuz qoşulma faktının müəyyən edilməsinə dair heç bir sübut məhkəmyə təqdim edilmədiyindən həmin faktlar üzrə tərtib olunmuş akt hazırki iddianın təmin olunması üçün əsas hesab edilə bilməz. Buna görə də, iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu “İddiaçı” İstehsalat Birliyinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar