Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6156/2021 10.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə 10 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 vərəsəsi kimi cavabdehdən 19 dekabr 2017-ci il tarixli, 1064-19.12.2017- 002845 saylı kredit müqaviləsi üzrə 561,78 manat əsas, 0,01 manat faiz borcu olmaqla ümumilikdə 561,79 manat məbləğində pul vəsaitinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə X4 arasında bağlanmış 19 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 24 faiz hesablanmaqla 2800 manat kredit verilmişdir. İ.T.Taptıqov kredit borcunu faizləri ilə birlikdə təqdim olunmuş qrafik əsasında banka qaytarmağı öhdəsinə götürsə də, 19 mart 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, Cavabdeh 22 sentyabr 2020ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Buna görə də, bank tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2 və 1306.1-ci maddələri rəhbər tutularaq Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Sonda L.V.Talıbova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, mərhum atasının banka borcunun olduğunu, lakin həmin borc məbləğini birdəfəlik ödəmək imkanının olmadığını bildirdi. İş materiallarında olan: - 24 may 2017-ci il tarixli, 1064-19.12.2017-002845 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X2 illik 24 faiz hesablanmaqla 36 ay müddətində 2800 manat kredit verilmişdir. - 06 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X1 həmin tarixə 561,78 manat əsas,0,01 manat faiz borcu vardır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 19 mart 2020ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş 22 sentyabr 2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdən görünür ki, 19 mart 2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi kimi arvadı Cavabdeh müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bə bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə borgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, elcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 561,78 manat məbləğində əsas borc, 0,01 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 561,79 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti və 0,4 manat bank xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" ASC-nin iddiası təmin edilsin. Cavabdeh 19 dekabr 2017-ci il tarixli, 1064-19.12.2017-002845 saylı kredit müqaviləsi üzrə 561,78 manat əsas, 0,01 manat faiz borcu olmaqla ümumilikdə 561,79 manat məbləğində pul vəsaiti, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6156/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6156/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver