Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6169/2021 04.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə mülki işə 04 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 131 manat 34 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün xərclənmiş 150 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi qismində 20 manat və 40 qəpik məbləğində bank xidmət haqqı, ümumilikdə 301 manat 74 qəpik məbləğində pulun Cavabdeh tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KATV-1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə müvafiq lisenziya almışdır. Bu məqsədlə iddiaçı kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavil əəsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkit. Lakin, bir çox vətəndaşlar iddiaıç ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə iddiaçı ilə "xxxx" hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 01 fevral 2015-ci il tarixdə həmin ünvanda yaşayan X1 ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən, mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01 may 2016-cı il tarixədək etmiş və həmin ünvan 10 avqust 2016-cı il tarixdə 33 manat 30 qəpik borc ilə şəbəkədən ayrılmışdır. 12 sentyabr 2017-ci il tarixdə həmin ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə akt tərtib edilmiş, qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, iddiaçıya maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 10 avqust 2016-cı il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 12 sentyabr 2017-ci il tarixədək olan müddət 398 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 131 manat 34 qəpik təşkil edir. Bundan əlavə, iddiaçı "xxxx" hüquq firması ilə bağlanmış müqaviləyə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini, cavabdehin məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə işə qiyabi icraat qaydasında baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - İddiaçı MMC-nin 14.01.2019-cu il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan X1 arasında bağlanmış müqaviləyə əsasən, 01 fevral 2015-ci il tarixdə bu ünvan kabel televiziyasının şəbəkəsinə qoşulub. 01 may 2016-cı il tarixədək isə son ödəməsini edib. 10 avqust 2016-cı il tarixdə 33 manat 30 qəpik borc ilə şəbəkədən ayrılıb. - 12.09.2017-ci tarixli aktın surətindən görünür ki, həmin tarixdə ünvan 2 ünvanında “KATV-1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar edilmişdir. Mülki iş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh qarşı mülki iş üzrə hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 150 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyinə görə məhkəmə yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, qeyd edilən ünvanda kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edildiyinə, aylıq abunə haqqı 9 manat, gündəlik abunə haqqı isə 0,3 manat təşkil etdiyinə görə ümumi məbləğ 131 manat 34 qəpik təşkil edir. Göstərilən məbləğ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından zərər anlayışı ilə əhatə olunur. “Telekommunkiasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3cü maddəsində görə telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Odur ki, zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 131 manat 34 qəpik məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlə hüquqi xidmətin göstərilməsi üçün 150 manat məbləğində pul vəsaiti ödənildiyi öz təsdiqini tapır. İddia təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödədiyi 20 manat və xidmət haqqı kimi ödənilmiş 40 qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 131 manat 34 qəpik, nümayəndənin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 150 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi qismində 20 manat və 40 qəpik məbləğində bank xidmət haqqı, ümumilikdə 301 manat 74 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6169/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-6169/2021
04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver