Məhkəmə qərarları › İş №2(001)-617/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-617/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-617/2022 29.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatına qarşı Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı ilə bağladığı xx.xx.2013-cü il tarixli 01270 nömrəli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli 01270 saylı ipoteka müqaviləsinə iddia müddətinin keçməsi səbəbindən Aqrarkredit QSC-yə qarşı öhdəlik münasibətlərinə xitam verilməsinə, Dodge Durango markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ipoteka yüklülüyündən azad olunmasının Aqrarkredit QSC-yə həvalə edilməsinə dair qarşlıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatına qarşı Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı ilə bağladığı xx.xx.2013-cü il tarixli 01270 nömrəli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli 01270 saylı ipoteka müqaviləsinə iddia müddətinin keçməsi səbəbindən Aqrarkredit QSC-yə qarşı öhdəlik münasibətlərinə xitam verilməsinə, Dodge Durango markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ipoteka yüklülüyündən azad olunmasının Aqrarkredit QSC-yə həvalə edilməsinə dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X4 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 İyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivlərinin tələb hüququ Aqrarkredit QSC-yə keçmişdir. Aqrarkredit QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum X6 Edilməsi Agentliyi MMC vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar Aqrarkredit QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1463 saylı, 24 noyabr 2017-cı il tarixli təhvil-təslim aktına əsasən Aqrarkredit QSC -yə verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə № 01270 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 41294 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdeh ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-HL-*** dövlət qeydiyyat nömrəli Dodge Durango minik markalı avtomobil xx.xx.2013-cü il tarixdə № 01270 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli AA seriyalı 103472 №-li ipoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bank nəqliyyat vasitəsinin alınması üçün borcalana 41294 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 24703,17 ABŞ dolları, faiz borcu üzrə 6292,68 ABŞ dolları olmaqla cəmi 30995,85 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək tam yerinə yetirilməmişdir. X6 edilməsi Agentliyi MMC xx.xx.2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-600/2019 saylı qətnaməsi ilə iddiaçı AqrarKredit Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan X6 edilməsi Agentliyinin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-600/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, şikayət Bakı Apellyasiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(Q01)-600/2019 saylı qətnaməsi ləğv edilmiş və əsas olaraq iddiaçının hazırki iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüquqa malik olmaması göstərilmişdir. İddiaçı AqrarKredit Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan X6 edilməsi Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 12689/2019 saylı qətnaməsindən xx.xx.2020-ci il tarixdə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1841/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12689/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərinin alınması üçün dəfələrlə xx.xx.2021-ci il tarixli, 2425 saylı, xx.xx.2021-ci il tarixli, 2995 saylı məktublarla müraciət edilmiş, lakin sənədlərin əsli iddiaçıya göndərilməmişdir. Belə ki, ölkədə yeni növ koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə karantin elan edilməsi və nəticədə Ali Məhkəmənin müvafiq qərarlarına əsasən məhkəmələrin qismən fəaliyyət göstərməsi səbəbi ilə sənədlərin əsillərinin məhkəmədən alınması prosesində çətinlik yaranmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsilləri 2021ci ilin sentyabr ayında cəmiyyət tərəfindən Binəqədi Rayon Məhkəməsindən əlbəəl götürülmüşdür. Daha sonra kredit müqaviləsi üzrə sonuncu ödəniş borcalan tərəfindən xx.xx.2018-ci il tarixdə aparılmışdır. Bu səbəbdən AqrarKredit QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Hesab edirik ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq ilikin iddia üzrə vaxtında məhkəməyə müraciət edilməsi, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər. Cavabdeh qarşılıqlı iddia ərizəsində öhdəlik münasibətlərinə xitam verilməsini məhkəmədən xahiş edir. Bu tələb Azərbaycan Respublikası MM-nin 551.1-ci və 556.2-ci maddələrinin tələblərinə ziddir. Cavabdeh öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadığına dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində Mərkəzi Bankın nəzdində Mərkəzləşdirilmiş Reyestr Xidmətinin məktubuna istinad etsə də, həmin məktubun məzmunu cavabdehin iddia tələbini təgzib edir. Həmin məktubda cavabdehin kredit öhdəliyindən azad olunmaması aydın qeyd edilmişdir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə, ilk iddia ərizəsinin təmin edilərək Cavabdeh əsas borc üzrə 24703,17 ABŞ dolları, faiz borcu üzrə 6292,68 ABŞ dolları olmaqla cəmi 30995,85 ABŞ dolları kredit borcunun, ödənilmiş 248,08 manat dövlət rüsumunun Aqrarkredit QSC-nin xeyrinə tutulmasına, tutmanın Cavabdeh mülkiyyətində olan 90- HL-775 dövlət qeydiyyat nömrəli Dodge Durango minik markalı (buraxılış ili 2013, ban-1C4RDJDG5DC658457, rəngi - qara) avtomobilinə yönəldilərək avtomobilin açıq hərracda satılmasına, satışdan əldə edilən vəsaitin Aqrarkredit QSC-nin hesabına ödənilməsinə, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub Aqrarkredit QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı ilə xx.xx.2013-cü il tarixli, 01270 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh illik 17 % tətbiq edilməklə, 36 ay müddətinə 41294,00 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Dodge Durango markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2013-cü il tarixdə 01270 saylı ipoteka müqaviləsi ilə yüklü etmişdir. Azərbaycan Beynəlxalq Bank ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il, 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bank ASC ilə Aqrarkredit QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Beynəlxalq Bank ASC-nin problemli aktivlərinin tələb hüququ Aqrarkredit QSC-yə keçmişdir. Aqrarkredit QSC ilə X6 Edilməsi Agentliyi MMC arasında xx.xx.2016-cı il tarixli bağlanmış xidmət müqaviləsinə əsasən Aqrarkredit QSC-yə keçmiş, Azərbaycan Beynəlxalq Bank ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini X6 Edilməsi Agentliyi MMC-ə həyata keçirir. İddiaçı Aqrarkredit QSC-nin və Aqrarkredit QSCnin törəmə müəssisəsi olan X6 Edilməsi Agentliyi MMC-nin Cavabdeh qarşı 24708,82 ABŞ dolları məbləğində əsas, 6629,46 ABŞ dollar məbləğində faiz və 30 manat məbləğində dövlət rüsumun Dodge Durango markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsinə dair iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1841/20 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçı Aqrarkredit QSC-nin və Aqrarkredit QSC-nin törəmə müəssisəsi olan X6 Edilməsi Agentliyi MMC-nin iddia tələbi təmin edilməmişdir. İddiaçı Aqrarkredit QSC-nin Cavabdeh qarşı iddia veilməsi üçün nəzədə tutulmuş iddia müddəti ötürülmüş və ötürülmüş iddia müddəti məhkəmə təəfindən üzülü sayıla bilməz. Belə ki, Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1841/20 saylı, xx.xx.2020-ci il tarixli qərarından sonara yəni, 2021-ci il tarixin may ayında Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində Mərkəzləşdirilmiş Reyestir Xidmətinə, Aqrarkredit QSC-ə və X6 Edilməsi Agentliyi MMC-yə yazılı məktubla xəbərdarlıq edərək Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01270 nömrəli kredit müqaviləsi üzrə 24708,82 ABŞ dolları məbləğində əsas, 6629,46 ABŞ dollar məbləğində faizin ödənilməsi və həmin məbləğin Dodge Durango markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi qeyri mümkün olduğundan, 05 gün müddətində ümidsiz borc kimi qeydə alınaraq, silinməsi, kredit borcun Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində Mərkəzləşdirilmiş Reyestir Xidmətində silinərək qeydiyyatdan çıxarılmasını və əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı barədə bildirilmişdir. Hətta yazılı xəbərdarlıq məktubuna Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində Mərkəzləşdirilmiş Reyestir Xidməti tərəfindən yazılı cavabda verilmişdir. Cavabdeh bu yazılı xəbərdarlıq məktubundan sonra Aqrarkredit QSC xx.xx.2021-ci il tarixli, 2425 saylı məktubla, xx.xx.2021-ci il tarixli 2995 saylı məktubla Binəqədi Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsinə əlavə olunmuş sənədlərin əsillərinin alınması üçün müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində Mərkəzləşdirilmiş Reyestir Xidmətinə xəbərdarlıq etməsəydi Aqrarkredit QSC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəkdi. Dodge Durango markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh istifadəsində deyildir. Belə ki, 2015-ci il tarixdə bankın əməkdaşları avtomobili Cavabdeh məcburən almışlar. Cavabdeh avtomobilə dair məcbur olub bankın əməkdaşına etibarnamə vermişdir. 2018-ci ildə Cavabdeh adından aparılan 1000 ABŞ dollarını da adına etibarnamə verilən şəxs ödəmişdir. Daha sonra Cavabdeh avtomobilə dair verdiyi etibarnamələri ləğv etmişdir. Hazırda da ipoteka predmeti olan avtomobil Cavabdeh istifadəsində deyil. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilərək Cavabdeh müddətin keçməsi tətbiqi ilə Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı ilə xx.xx.2013-cü il tarixli, 01270 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixdə 01270 saylı ipoteka müqaviləsinin iddia müddətinin keçməsi ilə əlaqədar qarşılıqlı iddia üzrə cavabdeh Aqrarkredit QSC-yə qarşı öhdəlik münasibətlərinə xitam verilməsinə və Dodge Durango markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ipoteka ilə yüklülükdən azad olunmasının cavabdeh Aqrarkredit QSC-yə həvalə edilməsinə, ilk iddia ərizəsinin müddətin ötməsi səbəbindən rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana avtomobil alınması məqsədilə 36 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək qaytarmaq, illik 17% ödəmək şərti ilə 41294 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, T.T. Sədrəddinova xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək borcverənə 41294 ABŞ dolları əsas borc, 11706,77 ABŞ dolları faiz borcu olmaqla cəmi 53000,77 ABŞ dolları ödəniş etməlidir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2013-cü il tarixli məxaric orderindən müəyyən olunur ki, bank borcalan Cavabdeh ayrılmış kreditə görə 41294 ABŞ dollarını ödəmişdir. AC N 019967 saylı xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2013-cü il buraxılışlı Dodge Durango markalı ** HL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. İpoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC ilə ipoteka verən Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1270 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka verən xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Dodge Durango minik markalı avtomobilini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.2-ci bəndindən müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 51617 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Dodge Durango minik markalı **-HL-*** qeydiyyat nişanlı avtomobilin Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. X6 Edilməsi Agentliyi MMC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli 1591 saylı və xx.xx.2021-ci il tarixli 3790 saylı ərizələrindən müəyyən olunur ki, MMC ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmiş və bildiriş qeydə alınmışdır. X6 Edilməsi Agentliyi MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli 3701 saylı bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehə tələbin Aqrarkredit QSC-yə güzəşt edildiyi və kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanan Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Aqrarkredit QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilədən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq Aqrarkredit QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da Aqrarkredit QSC-yə güzəşt edir. AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatının xx.xx.2021-ci il tarixli 3-11/2458 arayışından müəyyən olunur ki, ABB ASC tərəfindən Aqrarkredit QSC-yə ötürülən xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsinə əsasən, borcalan Cavabdeh əsas borca görə 25703,17 ABŞ dolları, faiz borcuna görə 6292,68 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1268 – 9/1305 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hisəsində göstərilənlərə əsasən Cavabdeh xx.xx.2013-cü il tarixli 01270 saylı kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə əsas borca görə 24708,82 ABŞ dolları, faiz borcuna görə 7002,84 ABŞ dolları borcu vardır. Rəydən daha sonra müəyyən olunur ki, cavabdehin kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən sonra da ümumilikdə 1300,00 ABŞ dolları məbləğində olmaqla (xx.xx.2016-cı il tarixdə 300,00 ABŞ dolları, sonuncu dəfə isə xx.xx.2018-ci il tarixdə 1000,00 ABŞ dolları) ödəniş etdiyi və həmin ödənişlərin bank tərəfindən cavabdehin əsas borcundan silinməsi müəyyən edilmişdir. Belə olduğu halda, Cavabdeh hazırki tarixə olan əsas borcu 23408,82 ABŞ dolları (24708,82-1300,00) məbləğində, faiz borcu isə 7002,84 ABŞ dolları məbləğində müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, Dodge Durango minik markalı 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 37000 manat, likvid qiyməti 36000 manat müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3995 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hisəsində göstərilənlərə əsasən Cavabdeh xx.xx.2013-cü il tarixli 01270 saylı kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə əsas borca görə 22872,57 ABŞ dolları, faiz borcuna görə 6505,11 ABŞ dolları borcu vardır. Rəydən daha sonra müəyyən olunur ki, cavabdehin kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən sonra da ümumilikdə 1300,00 ABŞ dolları məbləğində olmaqla (xx.xx.2016-cı il tarixdə 300 ABŞ dolları, sonuncu dəfə isə xx.xx.2018-ci il tarixdə 1000 ABŞ dolları) ödəniş etdiyi və həmin ödənişlərin bank tərəfindən cavabdehin əsas borcundan silinməsi müəyyən edilmişdir. Belə olduğu halda, Cavabdeh hazırki tarixə iddiaçı Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 21572,57 ABŞ dolları (22872,57-1300,00) məbləğində, faiz borcu isə 6505,11 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-7309\2018 saylı qərardadından müəyyən olunur ki, iddiaçı X6 Edilməsi Agentliyi MMC-nin Cavabdeh qarşı ipoteka müqaviləsi ilə bağlı mübahisələr tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-600\2019 saylı qətnaməsinə əsasən, iddiaçı Aqrarkredit QSC-nin törəmə müəssisəsi olan X6 Edilməsi Agentliyi MMC-nin Cavabdeh qarşı borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsinə əsasən borc tələbinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-12689\2019 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-600\2019 saylı qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1841\2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 12689\2019 saylı qətnaməsi dəyişdirlmədən saxlanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində X3 verdiyi reyestrdə 7E/27515 nömrəsi ilə qeyd olunmuş etibarnaməyə xitam verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli ərizədən müəyyən olunur ki, o, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində X1 verdiyi reyestrdə 7E/21788 nömrəsi ilə qeyd olunmuş etibarnaməyə xitam verilməsini xahiş etmişdir. Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış **-HL-*** qeydiyyat nömrəli Dodge Durango minik markalı nəqliyyat vasitəsindən istifadə hüququnun etibar edilməsi haqqında mülkiyyətçi Cavabdeh tərəfindən X1 verilmiş etibarnaməyə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış daşınmaz əmlak hüquqları istisna olmaqla digər bütün əmlak hüquqlarının etibar edilməsi haqqında mülkiyyətçi Cavabdeh tərəfindən X1 verilmiş etibarnaməyə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. X6 Edilməsi Agentliyi MMC-nin xx.xx.2018-ci il tarixli qəbzindən müəyyən olunur ki, X2 tərəfindən Cavabdeh kredit borcuna görə 1000 ABŞ dolları ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli 26-08527-2021 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh müraciətinə baxılaraq iddia müddətinin ötürülməsi səbəbindən kredit təşkilatının borcun tutulmasına dair tələbinin təmin edilməməsi borcalanın kredit təşkilatı qarşısında mövcud olan kredit öhdəliklərindən azad etmədiyi Cavabdeh bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1.əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, borcverən Azərbaycan Beynəlxalq Bankı ASC borcalan Cavabdeh xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsinə əsasən, avtomobil alınması məqsədilə 36 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək qaytarmaq, illik 17% ödəmək şərti ilə 41294 ABŞ dolları kredit vermiş, ipoteka verən Cavabdeh xx.xx.2013-cü il tarixli 1270 saylı ipoteka müqaviləsinə əsasən, xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Dodge Durango minik markalı **-HL-*** qeydiyyat nişanlı avtomobilini ipoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanan Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Aqrarkredit QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsi üzrə borc verən Azərbaycan Beynəlxalq Bankı ASC borcalan Cavabdeh qarşı özünün tələb hüququnu Aqrarkredit QSC-yə güzəşt etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, kredit vəsaitindən istifadə müddəti xx.xx.2016-cı il tarixdə bitən xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə aparılmış, Aqrarkredit QSCnin tapşırığı əsasında bu müqavilə üzrə borcalana qarşı iddia tələbi ilə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, həmin müraciətlə bağlı yekun məhkəmə aktı xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, iddiaçı hazırkı tələbi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1.-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2.-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə cavabdehin nümayəndəsinin Cavabdeh ipoteka premetinin banka təhvil verməsinə, avtomobilə dair etibarnamə verməyə məcbur edilməsinə, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə aparılmış sonuncu ödənişin Cavabdeh tərəfindən ödənilməməsinə dair etirazında istinad etdiyi hallara münasibət bildirib qeyd edir ki, Cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsi ilə bağlı öz iradəsinə zidd əqlər bağlamasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, cavabdeh verdiyi etibarnamələri ləğv etdiyindən, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçiliyi üçün verildiyindən etirazda istinad edilən bu hallar borcalanın öhdəliyinin icrasından azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə cavabdehin ilk iddia tələbinə iddia müddətinin təbiq edilməsi barədə ərizəsinə, iddiaçının müddətin bərpa edilməsinə dair vəsatətinə münasibət bildirib qeyd edir ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə aparıldığından, həmin müqavilə üzrə borcalanın öhdəliklərinin icrası ilə bağlı ilk dəfə xx.xx.2018-ci il tarixdə məhkəməyə təqdim edilən iddia ilə bağlı yekun məhkəmə aktı xx.xx.2020-ci il tarixdə qəbul edildiyindən, ilk iddiaçı təkrarən xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edildiyindən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsildiyindən, fasilədən sonra iddia müddətinin hesablanması yenidən başlandığından, fasiləyə qədər keçmiş vaxt isə yeni müddətə daxil edilmədiyindən ilk iddiaçı Aqrarkredit QSC BOKT xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsi üzrə borcalndan öhdəliklərinin icrasını tələb etmək üçün iddia müddətini ötürməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 21527,57 ABŞ dolları, faiz borcuna görə 6292,68 ABŞ dolları borcunun olması öz təsdiqini tapdığından ilk iddia ərizəsi Cavabdeh Aqrarkredit QSC BOKT xeyrinə əsas borca görə 21527,57 ABŞ dollarının, faiz borcuna görə 6292,68 ABŞ dollarının tutulmasına, tutmanın ipoteka premetinə yönəldilməsinə dair hissədə əsaslıdır, ona görə də ilk iddia ərizəsi bu hissədə təmin edilir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu rəy ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə (36000 manat) əsasən təyin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə ilk iddiaçının ipoteka predmetinin satışı nəticəsində əldə olunan vəsaitin artıq qalan hisəsinin cavabdehə qaytarılmasına, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, bu tələblər İcra haqqında Azərbaycan Respublikası Qanununun tələbləri ilə müəyyən edilmiş qaydada həyata keçirilməli olduğundan ilk iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı ilk iddiaçının xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsi üzrə borcalandan öhdəliklərinin icrasını tələb etmək üçün iddia müddətini ötürməməsi müəyyən olunduğundan Cavabdeh AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatına qarşı Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı ilə bağladığı xx.xx.2013-cü il tarixli, 01270 nömrəli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli 01270 saylı ipoteka müqaviləsinə iddia müddətinin keçməsi səbəbindən Aqrarkredit QSC-yə qarşı öhdəlik münasibətlərinə xitam verilməsinə, Dodge Durango markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ipoteka yüklülüyündən azad olunmasının Aqrarkredit QSC-yə həvalə edilməsinə dair qarşlıqlı iddia tələbləri əsassızdır, ona görə də təmin edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsi üzrə əsas borca görə 21572,57 ABŞ dolları, faiz borcuna görə 6292,68 ABŞ dolları olmaqla cəmi 27865,25 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 248,08 manat Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 manat dövlət nəfinə tutulsun. Cavabdehnun mülkiyyətində olan Dodge Durango minik markalı **-HL-*** qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 36000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatına qarşı Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı ilə bağladığı xx.xx.2013-cü il tarixli, 01270 nömrəli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli 01270 saylı ipoteka müqaviləsinə iddia müddətinin keçməsi səbəbindən Aqrarkredit QSC-yə qarşı öhdəlik münasibətlərinə xitam verilməsinə, Dodge Durango markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ipoteka yüklülüyündən azad olunmasının Aqrarkredit QSC-yə həvalə edilməsinə dair qarşlıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar