Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6217/2021 06.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.10.2018-ci il tarixli müqaviləyə əsasən Planet markalı çarpayı, Planet markalı tumba, Doshek Uretan üçün 352 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu, 27.05.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 270 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu, 06.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86145 olan Samsung Galaxy A10 markalı telefon, Hoco markalı Micro Card, Trust Primo markalı Powerbank üçün 330 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu, 19.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********65008 olan Hoffmann X Ultra markalı telefon üçün 288 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72004 olan X1 8 markalı telefon üçün 590 manat ödənilməmiş hissə, 178 manat dəbbə pulu, 30.11.2019-cu il tarixli müqaviləyə əsasən Xiaomi markalı Mi band 4, Mİ markalı Powerbank üçün 156 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu, 30.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19383 olan HOFFMAN X Go markalı telefon üçün 20 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, 14.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********77314 olan Samsung Galaxy A10 markalı telefon, X2 qoruyucu üzlük, Canyon markalı Powerbank üçün 360 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu, ümumilikdə 3.075 manat pulun, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş qəbzə əsasən 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən 24.09.2020-ci il tarixdə ödənilmişdir. Halbuki, hazırki iddia 28.07.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bu da öz növbəsində həmin qəbzin qeyd edilən iddiaya hər hansı aidiyyətinin olmadığı qənaətinə gəlməyə imkan verir. Hər bir halda, iddiaçı təxminən 10 aydan sonra belə bir iddia ilə məhkəməyə müraciət edəcəyini bilə bilməzdi. Başqa sözlə, iddia ərizəsinə əlavə edilmiş qəbz hazırki iddia ilə bağlı ödənilmiş dövlət rüsumu deyil. Hüquqi nəticə etibarı ilə iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməmişdir və bu səbəbdən iddia ərizəsi dövlət rüsumu ödənilmədən verilmiş kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.3-cü maddəsinə əsasən dövlətrüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" şirkətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı"xxxx" şirkətinə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6217/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6217/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver