Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6222/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07878 olan Samsung Galaxy A70 markalı telefon üçün 372 manat ödənilməmiş hissə, 37 manat cərimə, 10 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12966 olan Samsung Galaxy A80 markalı telefon üçün 528 manat ödənilməmiş hissə, 52 manat cərimə, 17 mart 2020-ci il tarixli müqaviləsinə əsasən Gorenje doğrayıcı üçün 90 manat ödənilməmiş hissə, 9 manat cərimə, 17 mart 2020-ci il tarixli müqaviləsinə əsasən Hoffmann mini soba üçün 80 manat ödənilməmiş hissə, 8 manat cərimə miqdarında borc olmaqla, ümumilikdə 1176 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə 16 sentyabr 2019-cu il, 10 yanvar 2020-ci il, 17 mart 2020-ci il və 17 mart 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07878 Samsung Galaxy A70 markalı telefon, İMEİ Kodu **********12966 olan Samsung Galaxy A80 markalı telefon, Gorenje doğrayıcı, Hoffmann mini soba almış və nəticədə 1176 manat nborc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16 sentyabr 2019-cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1062 manat (12 ay x 71 manat + 210 manat ilkin ödəniş) İMEİ kodu **********07878 olan Samsung Galaxy A70 markalı telefon alğı-satqı qiyməti 1271,8 manat (12 ay x 56,40 manat +595 manat ilkin ödəniş) İMEİ kodu **********12966 olan Samsung Galaxy A80 markalı telefon üçün ümumilikdə 580 manat olmaqla, 528 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52 manat cərimə, 17 mart 2020-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 90 manat (12 ay x 7,5 manat +0 manat ilkin ödəniş) Gorenje doğrayıcı üçün ümumilikdə 99 manat olmaqla, ondan 90 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 manat cərimə, 17 mart 2020-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 164,8 manat (2 ay x 40 mnaat + 84,80 manat ilkin ödəniş) Hoffmann mini soba üçün ümumilikdə 88 manat olmaqla, ondan 80 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1518,60 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda o bildirmişdir ki, cavavdeh müxtəlif vaxtlarda ayrı-ayrı müqavilələr üzrə 2 ədəd telefon almış və 2-ci müqavilənin bağlanması 1-ci müqavilə üzrə telefonun zədələnməsi və ya qaytarılmasından irəli gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli, №009181113 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1062 manat olan İMEİ kodu **********07878 olan Samsung Galaxy A70 markalı telefon iki il qızıl zəmanətlə və telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 71 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 14 oktyabr 2019-cu il, sonuncu ödəniş tarixi 14 sentyabr 2020-ci il müəyyən edilmişdir. 16 sentyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №009181113 saylı müqaviləyə əsasən İMEİ kodu **********07878 olan Samsung Galaxy A70 markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2020-ci il tarixli, №20027276 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1271,8 manat olan İMEİ kodu **********12966 olan Samsung Galaxy A80 markalı telefon telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 56,4 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 10 fevral 2020-ci il, sonuncu ödəniş tarixi 10 yanvar 2021-ci il müəyyən edilmişdir. 10 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20027276 saylı müqaviləyə əsasən İMEİ kodu **********12966 olan Samsung Galaxy A80 markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 mart 2020-ci il tarixli, №20182844 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 90 manat olan Gorenje markalı doğrayıcı Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 7,5 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 15 aprel 2020-ci il, sonuncu ödəniş tarixi 15 mart 2021-ci il müəyyən edilmişdir. 17 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20182844 saylı müqaviləyə əsasən Gorenje markalı doğrayıcını qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 mart 2020-ci il tarixli, №20182526 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 164,8 manat olan Hoffmann markalı mini soba Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 2 ay ərzində aylıq 80 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 15 aprel 2020-ci il, sonuncu ödəniş tarixi 15 may 2020-ci il müəyyən edilmişdir. 17 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20182526 saylı müqaviləyə əsasən Hoffmann markalı mini sobanı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 11 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 18 iyun 2021-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16.09.2019cu il tarixli müqavilə üzrə 372 manat əsas, 37 manat cərimə, 10.01.2020-ci il tarixli müqavilə üzrə 528 manat əsas, 52 manat cərimə, 17.03.2020-ci il tarixli müqavilə üzrə 90 manat əsas, 9 manat cərimə, 17.03.2020-ci il tarixli müqavilə üzrə 80 manat əsas, 8 manat cərimə borcu vardır. Cavabdehin ümumilikdə müqavilələr üzrə 1176 manat borcu vardır. 21 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 4 müxtəlif tarixdə əşyanın nisyə alğı-satqısına dair müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və məbləğlərdə ödəniş etməyi, bu şərtləri pozduda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməlidir, yəni 16 sentyabr 2019-cu il tarixli, №009181113 saylı müqavilə üzrə 372 manat, 10 yanvar 2020-ci il tarixli, №20027276 saylı müqavilə üzrə 528 manat, 17 mart 2020-ci il tarixli, №20182844 saylı müqavilə üzrə 90 manat və 17 mart 2020-ci il tarixli, №20182526 saylı müqavilə üzrə 80 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, 16 sentyabr 2019-cu il tarixli, №009181113 saylı, 10 yanvar 2020-ci il tarixli, №20027276 saylı, 17 mart 2020-ci il tarixli, №20182844 saylı, 17 mart 2020-ci il tarixli, №20182526 saylı müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən qeyd edilən 4 müqavilə üzrə hesablanmış ümumilikdə 106 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən cərimə məbləği endirilməli və 16 sentyabr 2019-cu il tarixli, №009181113 saylı müqavilə üzrə 10 manat, 10 yanvar 2020-ci il tarixli, №20027276 saylı müqavilə üzrə 20 manat, 17 mart 2020-ci il tarixli, №20182844 saylı müqavilə üzrə 5 manat, 17 mart 2020-ci il tarixli, №20182526 saylı müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməli, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16 sentyabr 2019-cu il tarixli, №009181113 saylı müqavilə üzrə əsas borca görə 372 manat, cərimə borcuna görə 10 manat, 10 yanvar 2020-ci il tarixli, №20027276 saylı müqavilə üzrə əsas borca görə 528 manat, cərimə borcuna görə 20 manat, 17 mart 2020-ci il tarixli, №20182844 saylı müqavilə üzrə əsas borca görə 90 manat, cərimə borcuna görə 5 manat, 17 mart 2020-ci il tarixli, №20182526 saylı müqavilə üzrə əsas borca görə 80 manat, cərimə borcuna görə 5 manat olmaqla, 4 müqavilə üzrə ümumilikdə 1110 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. 16 sentyabr 2019-cu il tarixli, №009181113 saylı müqavilə üzrə əsas borca görə 372 (üç yüz yetmiş iki) manat, cərimə borcuna görə 10 (on) manat, 10 yanvar 2020-ci il tarixli, №20027276 saylı müqavilə üzrə əsas borca görə 528 (beş yüz iyirmi səkkiz) manat, cərimə borcuna görə 20 (iyirmi) manat, 17 mart 2020-ci il tarixli, №20182844 saylı müqavilə üzrə əsas borca görə 90 (doxsan) manat, cərimə borcuna görə 5 (beş) manat, 17 mart 2020-ci il tarixli, №20182526 saylı müqavilə üzrə əsas borca görə 80 (səksən) manat, cərimə borcuna görə 5 (beş) manat olmaqla, 4 müqavilə üzrə ümumilikdə 1110 (bir min yüz on) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6222/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6222/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver