Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-623/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Elxan Şərbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 4878,44 ABŞ dolları əsas, 517,93 ABŞ dolları faiz borcu və 723,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 6119,05 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən kreditor sonuncuya 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh kredit borcunu faizləri ilə birlikdə vaxtlı-vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə kreditor arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borclu kreditor qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyindən borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir, cərimə məbləği çoxdur. Məhkəmə iclasında Cavabdeh4 verdiyi izahatında bildirmişdir ki, kredit razılaşmalarından xəbəri yoxdur. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2008-ci il tarixdə İddiaçı QSC Cavabdeh1 arasında 50000 ABŞ dolları məbləğində 120 ay müddətinə faiz müəyyən edilmədən kredit xətti müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixdə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh2 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2008-ci ildə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh3 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2010-cu ildə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh4 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla 12000 ABŞ dolları məbləğində pul Cavabdeh1 kredit verilmişdir. xx.xx.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 001R**********SA sazişə əsasən xx.xx.2015-ci il tarixdə bağlanmış kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planına dəyişiklik edilməsi barədə Cavabdeh1 ilə razılaşma əldə olunmuşdur. Həmin ödəniş planına görə kreditin qalıq məbləği xx.xx.2016cı il tarixdən aylıq 1,75% dərəcə ilə faizlər hesablanır. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının iki mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 135,96 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. xx.xx.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 001R**********SB sazişə əsasən xx.xx.2015-ci il tarixdə bağlanmış kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planına dəyişiklik edilməsi barədə Cavabdeh1 ilə razılaşma əldə olunmuşdur. Həmin ödəniş planına görə kreditin qalıq məbləği və hesablanmış fazilər xx.xx.2017-ci il tarixli ödəniş planına əsasən banka ödənilməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının iki mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 2113,03 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. Bundan sonra, yenidən xx.xx.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 001R**********SC sazişə əsasən xx.xx.2015-ci il tarixdə bağlanmış kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planına dəyişiklik edilməsi barədə Cavabdeh1 ilə razılaşma əldə olunmuşdur. Həmin ödəniş planına görə kreditin qalıq məbləği və hesablanmış fazilər xx.xx.2017-ci il tarixli ödəniş planına əsasən banka ödənilməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının iki mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 2833,75 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. xx.xx.2019-cu il tarixinə olan maliyyə araşına əsasən 4878,44 ABŞ dolları əsas, 517,93 ABŞ dolları faiz borcu və 723,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 6119,05 ABŞ dolları göstərilmişdir. xx.xx.2019-cu il tarixli cavabdehlərin hər birinə xəbərdarlıq məktubundan görünür ki, borclulara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, onlardan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31709 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2015-ci kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 8299,05 ABŞ dolları əsas borc, 3663,86 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2008ci ildə 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində faiz dərəcəsi göstərilməyən kredit xətti müqaviləsi bağlanmışdır, bundan sonra xx xxxx 2008-ci ildə Cavabdeh3 ilə, xx xxxxxx 2010-cu ildə Hacıyev arvan Əbilxan oğlu ilə, x xxxxxxxx 2013-cü ildə isə Cavabdeh2 ilə borclunun Kredit Xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün zaminlik müqavilələri bağlanılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixdə xx.xx.2015-ci ildə 12000 ABŞ dolları məbləğində 24 ay müddətinə aylıq 2.1667 faizlə kredit razılaşması bağlanılmışdır. Həmin kredit razılaşmasına bir neçə dəfə əlavələr edildikdən sonra sonuncu dəfə xx xxxxxx 2017-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında iddiaçı ilə Cavabdeh1 arasında Saziş bağlanılmışdır, müqavilənin müddəti xx xxxx 2018-ci il tarixədək uzadılmışdır. Hal-hazırda iddiaçı cavabdehlərdən kredit razılaşması üzrə 4878,44 ABŞ dolları əsas, 517,93 ABŞ dolları faiz borcu və 723,13 ABŞ dolları cərimə borcu tələb edir. Kredit razılaşması üzrə borcun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqati nəticəsinə əsasən Cavabdeh1 xx.xx.2015ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla banka olan borcu xx.xx.2018-ci il tarixə əsas borc üzrə 8299.05 ABŞ dolları, faiz borcu üzrə 3663.86 ABŞ dolları məbləğində müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdən sonrakı 6940.71 ABŞ dolları ödənişlər nəzərə alınmamışdır. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun cəmi ilə ekspertiza tədqiqatı nəticələrini müqayisə etdikdə, borcalanın kredit razılaşması üzrə tələb ediləndən 374.17 ABŞ dolları daha az borcu olduğu müəyyən edilir. Belə ki, iddiaçı əsas və faiz borcu üzrə cəmi 5396.37 (4878.44+517.93) ABŞ dolları tələb edir, ekspertiza tədqiqatı nəticəsinə əsasən isə əsas və faiz borcunun cəmi 5022.2 (8299.05+36xx.xx-6940.71=5022.2) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, 374.17 ABŞ dolları iddiaçının tələb etdiyi əsas borcdan çıxılmalı və yekun olaraq Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla banka olan borcu əsas borc üzrə 4504.27 (4878.44-374.17=4504.27) ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları müəyyən edilməlidir. Cərimə borcu ilə bağlı məhkəmə məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, cərimə məbləği endirilməli və 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.27 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2 ABŞ dolları banka borcu vardır. Kredit borcunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə də qismən əsaslıdır. Belə ki, öhdəliyin təmin edilməsi üsulu kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4n arasında 3 zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zaminlər borclunun xx xxxx 2008-ci il tarixli 01L000001177 saylı Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşıyacaqlarına və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin işin hallarından da görünür ki, kredit xətti müqaviləsindən sonra 1 kredit razılaşması bağlanmış və həmin kredit razılaşmalarına və ödəniş planına dəyişiklik edilməsi haqqında 3 saziş bağlanmışdır. Həmin sazişlərlə kreditin müddəti uzadılmışdır. Lakin sazişlər (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlanarkən zaminlərin razılığı alınmamışdır. Bu isə zaminliyə xitam verilməsi üçün əsasdır. Belə ki, Mülki Məcəllənin: -470.1-ci müqaviləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Odur ki, işin hallarından da göründüyü kimi zaminlik müqavilələri kredit xətti müqaviləsinin təminatı qismində çıxış etmişdir, kredit xətti müqaviləsində isə mühüm şərt olan faiz dərəcəsi göstərilməmişdir, kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarının dəyişdirilməsi ilə bağlı sazişlər isə kredit müqaviləsinin müddətini uzadaraq zaminlərin məsuliyyətinin artmasına gətirib çıxartmışdır, lakin həmin sazişlər bağlanarkən zaminlərin razılığı alınmalı olduğu halda onların razılığı alınmamışdır, belə olduğu zaman məhkəmə o qənaətə gəlir ki, zaminliyə xitam verilməlidir. Məhkəmə hesab edir ki, hər üç zaminin öhdəliyinə xitam verilməlidir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Yuxarıda sadalanan normalara əsasən məhkəmə hesab edir ki, əsas borclu öhdəliyini lazımınca icra etmədiyindən kreditor qarşısında o məsuliyyət daşımalı, zaminliyə isə xitam verilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməli və ondan iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.27 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2 ABŞ dolları tutulmalı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə isə iddia rədd olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, pul öhdəliyi xarici valyuta ilə müəyyən edildiyindən yenidən hesablama ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq aparılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasənpul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Mülki-Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.27 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı QSC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi Cavabdeh1 iddiaçının xeyrinətutulmalıdır, 5 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti iddia qismən təmin edildiyinə görə tərəflər arasında bölünməli, ekspertiza tədqiqatının dəyərinin 25 manat hissəsi iddiaçıdan, 125 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.27 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2(beş min yüz iyirmi iki ABŞ dolları iyirmi sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq İddiaçıQSCyə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsi üzrədövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manat məbləğində hissəsi Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilsin, qalan hissəsi İddiaçı QSC-yə aid edilsin. Ekspertiza xərcinin 25 (iyirmi beş) manat hissəsi İddiaçı QSC-dən, 125 (bir yüz iyirmi beş) manat hissəsi Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-623/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-623/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver