Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6235/2019 02.08.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.130 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb və iş materiallarını araşdırıb hesab edirəm ki, iddiaçı tərəfindən iddia ərizəsinə tələb edilən məbləğdə dövlət rüsumunun ödənilməsi barədə müvafiq sübut əlavə edilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Göründüyü kimi, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin iddiasının qiyməti 500 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada 30 manat miqdarında dövlət rüsumu ödəməli idi. Lakin iddiaçı tərəfindən cəmi 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilmədiyini nəzərə alıb hesab edirəm ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6235/2019
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6235/2019
02.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver