Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6237/2021 08.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********81061 olan Huawei P30 Lite markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə, 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********21571 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********85232 olan Nokia 106 Dual markalı telefon üçün 464 manat ödənilməmiş hissə, 46 manat cərimə, 08.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********23791 olan Samsung Galaxy A20 markalı telefon üçün 232 manat ödənilməmiş hissə, 23 manat cərimə, 27.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********35606 olan Huawei Nova 5T markalı telefon üçün 946 manat ödənilməmiş hissə, 94 manat cərimə pulu borcu yaranmışdır. Ümumilikdə 1959 manat borc, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə 16.06.2019-cu, 02.10.2019-cu, 08.10.2019-cu, 27.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********81061 olan Huawei P30 Lite markalı telefon, İMEİ Kodu **********21571 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********85232 olan Nokia 106 Dual markalı telefon, İMEİ Kodu **********23791 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********35606 olan Huawei Nova 5T markalı telefon almış və nəticədə 1959 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.06.2019-cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 700 manat (yəni 10 ay x 70 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********81061 olan Huawei P30 Lite markalı telefon üçün ümumilikdə 154 manat olmaqla ondan 140 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 manat cərimə, 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 708 manat (yəni 12 ay x 58 manat + 12 manat ilkin ödəniş) İMEİ Kodu **********21571 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********85232 olan Nokia 106 Dual markalı telefon üçün ümumilikdə 510 manat olmaqla ondan 464 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46 manat cərimə, 08.10.2019-cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 436 manat (yəni 12 ay x 29 manat + 88 manat ilkin ödəniş) İMEİ Kodu **********23791 olan Samsung Galaxy A20 markalı telefon üçün ümumilikdə 255 manat olmaqla ondan 232 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 manat cərimə, 27.01.2020-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1150.8 manat (yəni 12 ay x 86 manat + 118.8 manat ilkin ödəniş) İMEİ Kodu **********35606 olan Huawei Nova 5T markalı telefon üçün ümumilikdə 1040 manat olmaqla ondan 946 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 94 manat cərimə pulu borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1212.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində “müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.06.2019-cu il tarixli, №00725778 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödəniş ödəməməklə İMEİ Kodu **********81061 olan Huawei P30 Lite almış və 10 ay müddətinə ayda 70 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 16.06.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00725778 saylı müqaviləyə əsasən Huawei P30 Lite markalı telefonu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.10.2019-cu il tarixli, №00953310 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh 12 manat ilkin ödəniş ödəməklə İMEİ Kodu **********21571 olan Samsung Galaxy A50 markalı telefon və İMEİ Kodu **********85232 olan Nokia 106 Dual markalı telefon almış və 12 ay müddətinə ayda 58 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 02.10.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00953310 saylı müqaviləyə əsasən İMEİ Kodu **********21571 olan Samsung Galaxy A50 markalı telefon və İMEİ Kodu **********85232 olan Nokia 106 Dual markalı telefonu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.10.2019-cu il tarixli, №00966522 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh 88 manat ilkin ödəniş ödəməklə İMEİ Kodu **********23791 olan Samsung Galaxy A20 almış və 12 ay müddətinə ayda 29 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 08.10.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00966522 saylı müqaviləyə əsasən Samsung Galaxy A20 markalı telefonu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.01.2020-ci il tarixli, №20063117 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh 118.8 manat ilkin ödəniş ödəməklə İMEİ Kodu **********35606 olan Huawei Nova 5T almış və 12 ay müddətinə ayda 86 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 27.01.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00966522 saylı müqaviləyə əsasən Huawei Nova 5T markalı telefonu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 30 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ Kodu **********81061 olan Huawei P30 Lite markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə, 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********21571 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********85232 olan Nokia 106 Dual markalı telefon üçün 464 manat ödənilməmiş hissə, 46 manat cərimə, 08.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********23791 olan Samsung Galaxy A20 markalı telefon üçün 232 manat ödənilməmiş hissə, 23 manat cərimə, 27.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********35606 olan Huawei Nova 5T markalı telefon üçün 946 manat ödənilməmiş hissə, 94 manat cərimə pulu borcu olmaqla, cəmi 1959 manat məbləğində borcu var. Tələbkar tərəfindən borcluya ünvanlanmış 21.01.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; 01.07.2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16.06.2019-cu, 02.10.2019-cu, 08.10.2019-cu, 27.01.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən İddiaçı MMC müqavilələrdə göstərilən əşyaları Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilələrdə göstərilən müddətlərdə və məbləğlərdə aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə dəyərlərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********81061 olan Huawei P30 Lite markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə, 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********21571 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********85232 olan Nokia 106 Dual markalı telefon üçün 464 manat ödənilməmiş hissə, 46 manat cərimə, 08.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********23791 olan Samsung Galaxy A20 markalı telefon üçün 232 manat ödənilməmiş hissə, 23 manat cərimə, 27.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********35606 olan Huawei Nova 5T markalı telefon üçün 946 manat ödənilməmiş hissə, 94 manat cərimə pulu, ümumilikdə 1959 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu, İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16.06.2019-cu il tarixli, №00725778 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə Huawei P30 Lite markalı telefon üçün 140 (yüz qırx) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu, 02.10.2019-cu il tarixli, №00953310 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə Samsung Galaxy A50 markalı telefon və Nokia 106 Dual markalı telefon üçün 464 (dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə pulu, 08.10.2019-cu il tarixli, №00966522 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə Samsung Galaxy A20 markalı telefon üçün 232 (iki yüz otuz iki) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə pulu, 27.01.2020-ci il tarixli, №20063117 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə Huawei Nova 5T markalı telefon üçün 946 (doqquz yüz qırx altı) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə pulu, ümumilikdə 1959 (bir min doqquz yüz əlli doqquz) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6237/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6237/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver