Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6244/2020 25.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh A.S.Seyidəliyev iddiaçı ABC Telecom MMC ilə bağladığı xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Samsung Led markalı televizor, Xiaomi Mi band 3, İMEİ kodu **********43332 olan Samsung Galaxy A6 markalı telefon, Lenovo markalı İdeapad, İMEİ kodu **********83860 olan Samsung Galaxy A6 markalı telefon almış, öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçıya 2436 manat borcu yaranmışdır. Cavabdeh iddiaçıya aldığı əşyaların dəyərinə görə cəmi 2636 manat ödəniş etmişdir. Cavabdehə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1206 manat olan Samsung Led markalı televizor üçün ümumilikdə 261 manat olmaqla, 201 manat ödənilməmiş hissə 60 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 96 manat olan Xiaomi Mi band 3 üçün ümumilikdə 20 manat olmaqla, 16 manat ödənilməmiş hissə 4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 721 manat olan İMEİ kodu **********43332 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 131 manat olmaqla, 95 manat ödənilməmiş hissə 36 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1813 manat olan Lenovo markalı İdeopad üçün ümumilikdə 1506 manat olmaqla, 1176 manat ödənilməmiş hissə 330 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 687 manat olan İMEİ kodu **********83860 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 518 manat olmaqla, 399 manat ödənilməmiş hissə 119 manat dəbbə pulu hesablanmışdır. Ona görə də xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün əsas borca görə 201 manat dəbbə puluna görə 60 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Xiaomi Mi band 3 üçün əsas borca görə 16 manat dəbbə puluna görə 4 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********43332 olan Samsung Galaxy A6 markalı telefon üçün əsas borca görə 95 manat dəbbə puluna görə 36 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Lenovo markalı İdeopad üçün əsas borca görə 1176 manat dəbbə puluna görə 330 manatvə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83860 olan Samsung Galaxy A6 markalı telefon üçün isə əsas borca görə 399 manat dəbbə puluna görə 119 manat olmaqla cəmi 2436 manat borcun və dövlət rüsumuna görə 30 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MMnin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli k00268147 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1206 manat olan Samsung Led markalı televizoru və 2 illik yeni qızıl zəmanətiilkin ödənişsiz, hər ay 67 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cəvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200 %) və 121 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2018-ci il tarixli k00268147 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 67 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli təhviltəslim aktından müəyyən olunur ki, Cavabdeh oğlu 1 ədəd Samsung Led markalı televizoru və 2 illik yeni qızıl zəmanəti tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00511341 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 96 manat olan Xiaomi Mi band 3 ilkin ödənişsiz hər ay 8 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMCdən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 10 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00511341 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 8 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh1 ədəd Xiaomi Mi band 3 tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00531699 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 721 manat olan İMEİ kodu **********43332 olan Samsung Galaxy A6 markalı telefonu, 1 illik yeni qızıl zəmanəti və telefon quraşdırma xidmətini ilkin ödəniş 1 manat olmaqla, hər ay 60 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 73 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00531699 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 60 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh1 ədəd İMEİ kodu **********43332 olan Samsung Galaxy A6 markalı telefonu, 1 illik yeni qızıl zəmanəti və telefon quraşdırma xidmətini tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00641119 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1813 manat olan Lenovo markalı İdeopad, 2 illik yeni qızıl zəmanəti ilkin ödəniş 13 manat olmaqla, hər ay 100 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 182 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00641119 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 100 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh1 ədəd Lenovo markalı İdeapad və 2 illik yeni qızıl zəmanəti tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00684827 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 687 manat olan İMEİ kodu **********83860 olan Samsung Galaxy A6 markalı telefonu və telefon quraşdırma xidmətini ilkin ödəniş 3 manat olmaqla, hər ay 57 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 69 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00684827 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 57 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh1 ədəd İMEİ kodu **********83860 olan Samsung Galaxy A6 markalı telefonu və telefon quraşdırma xidmətini tam qüsursuz halda təhvil almışdır. ABC Telecom MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca görə 201 manat dəbbə puluna görə 60 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 16 manat dəbbə puluna görə 4 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 95 manat dəbbə puluna görə 36 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1176 manat dəbbə puluna görə 330 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 399 manat dəbbə puluna görə 119 manat olmaqla, ümumilikdə əsas borca görə 1887 manat, dəbbə puluna görə 549 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində xx.xx.2018-ci il tarixli k00268147 saylı müqavilə üzrə 201 manat, xx.xx.2019-cu il tarixli 00511341 saylı müqavilə üzrə 16 manat, xx.xx.2019-cu il tarixli 00531699 saylı müqavilə üzrə 95 manat, xx.xx.2019-cu il tarixli 00641119 saylı müqavilə üzrə 1176 manat və xx.xx.2019-cu il tarixli 00684827 müqavilə üzrə 399 manat əsas bocunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının tərəflər arasında bağlanan müqavilələr üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən xx.xx.2018-ci il tarixli k00268147 saylımüqavilə üzrə 3 manat, xx.xx.2019-cu il tarixli 00511341 saylı müqavilə üzrə 1 manat, xx.xx.2019-cu il tarixli 00531699 saylı müqavilə üzrə 2 manat, xx.xx.2019-cu il tarixli 00641119 saylı müqavilə üzrə 20 manat və xx.xx.2019-cu il tarixli 00684827 müqavilə üzrə 5 manat olmaqla cəmi 31 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli k00268147 saylı müqaviləyə əsasən əsas borca görə 201 manat dəbbə puluna görə 3 manat, xx.xx.2019-cu il tarixli 00511341 müqaviləyə əsasən əsas borca görə 16 manat dəbbə puluna görə 1 manat, xx.xx.2019-cu il tarixli 00531699 saylı müqaviləyə əsasən əsas borca görə 95 manat dəbbə puluna görə 2 manat, xx.xx.2019-cu il tarixli 00641119 saylı müqaviləyə əsasən əsas borca görə 1176 manat dəbbə puluna görə 20 manat, xx.xx.2019-cu il tarixli 00684827 müqaviləyə əsasən əsas borca görə 399 manat dəbbə puluna görə 5 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1948 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6244/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6244/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver