Məhkəmə qərarları › İş №2(001)-625/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-625/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-625/2022 24.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbi barədə mülki işə 24 yanvar 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" BOKT MMC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 29 iyul 2019-cu il tarixli, BAKU1- 16390-1999 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 276,07 manat əsas, 0,08 manat faiz borcu olmaqla ümumilikdə 276,15 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə Eldar oğlu iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2019-cu il taixli kredit müqaviləsinə əsasən, cavabdehin iddiaçıya olan borcu restrukturizasiya edilməklə 615,44 manat müəyyən edilmiş, illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə həmin borcun ödənilməsini Cavabdeh1 öz üzərinə öhdəlik kimi götürmüşdür. Həmçinin, borcun təminatı kimi 29 iyul 2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, borc məbləği ödənilmədiyindən iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraicət olunmuşdur. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - 29 iyul 2019-cu il tarixli, BAKU1-16390-1999 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" BOKT MMC-yə müqavilə bağlanan tarixə borcu 615,44 manat müəyyən edilmiş, həmin borcun illik 1 faiz dərəcəsi ilə 5 il müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. - 29 iyul 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 ilə bağladıqları kredit müqaviləsi üzrə Cavabdeh2 zamin kimi müəyyən olunmuşdur. - Maliyyə arayışından görünür ki, 09 dekabr 2021-ci il tarixə cavabdehin iddiaçıya 276,07 manat əsas, 0,08 manat faiz borcu olmaqla ümumilikdə 276,15 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh1 29 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri müqavilədə və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 29 iyul 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. X2 iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini laızmınca icra etmədiyindən iddianın ona münasibətdə təmin edilməsi üçün əsaslar mövcuddur. Həmçinin, iddia digər Cavabdeh2 münasibətdə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 müqaviləyə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzəriinə götürdüyünə görə məhkəmə hesab edir ki, ona münasibətdə də iddia təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, iddia tələbində göstərilən miqdarda əsas və faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, 276,07 manat məbləğində əsas borc və 0,08 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 276,15 manat məbləğində məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin olunduğundan məhkəmə hesab edir ki, "xxxx" BOKT MMC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin iddiası təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, BAKU1-16390-1999 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə 276,07 manat məbləğində əsas borc və 0,08 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 276,15 manat məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar