Məhkəmə qərarları › İş №2(001)-6279/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6279/2021

06.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6279/2021 06.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu X1rşı “qanunsuz müdaxilələrin və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılu cavabdeh Binəqədi rayonu X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon İcra Hakimiyətinin 12.05.1998-ci il tarixli 432 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün ayrılmış, RİH-in verdiyi cizgi-plan əsasında yerləşmə yeri təyin olunmuş 600 kv.m torpaq sahəsində inşa etdiyiev tikililəri və həyatyanı sahədən, sahiblik və istifadə hüquqularına cavabdeh Binəqədi rayonu X2 yaratdığı maneələrin, özbaşına müdaxilələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər, yəni 04.08.2021-ci il tarixdə İddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, iddia ərizəsinin qaytarılmasına dair iddiaçının ərizəsini nəzərə alıb, mülki işin sənədlərini araşdırıb hesab edirəm ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu X1rşı “qanunsuz müdaxilələrin və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar