Məhkəmə qərarları › İş №2(001)-6282/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6282/2021

23.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6282/2021 23.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, iddiaçı X6 2008-ci il tarixdə mübahisəli torpaq sahəsini almış bu yaxınlarda həmin torpaq sahəsində hasar çəkmək qərarına gəlmişdir. O, qonşu torpaq sahəsinin sahibi Cavabdeh ilə razılaşmışdır ki, torpaq sahələrinin arasında olan hasarı köməkləşib tikəcəklər. Aralarında olan razılığa əsasən, iddiaçı usta, fəhlə və daşıma xərclərini, cavabdeh isə materialların xərcini ödəməli idi. İddiaçı özü Bakı şəhərində yaşamadığına görə, tikintiyə nəzarət etmək imkanı yox idi. Cavabdeh pul lazım olduqca iddiaçıya məlumat verirdi, iddiaçı da qardaşına pul göndərirdi ki, ustaların pulunu versin. Cavabdehə şəxsən yalnız bir dəfə 200 manat pul verilib. Onda cavabdeh iddiaçıya bildirmişdir ki, daş almağa pul çatmır və iddiaçı ona köməklik etmişdir. İddiaçının qardaşı həmin ərazidə qonşuluqda yaşayır. Cavabdeh kimə nə qədər pulun verilməsini deyirdi, iddiaçının qardaşı da ustalara həmin məbləğləri ödəyirdi. Cavabdehin aralarında olan razılığı pozaraq daha hündür hasar tikdirməsindən X2 Fərhad Əhməd oğlu ona qarşı məhkəmədə iddia qaldırıldıqdan sonra xəbər tutmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, hasar onlar razılışdıqları kimi 2 metr deyil, 4 metr hündürlükdə tikilmişdir. Eyni zamanda Cavabdeh hasarın aşağı hissəsini ustalara izolyasiya elətdirib və nəticədə hasar bütün bu təsirlər nəticəsində əyilmişdir. İddiaçı tərəfindən cavabdehə hasarın tikintisi üçün 1490 manat ödənilmiş və o, həmin məbləği hal-hazırda geri tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddiaçı ilə hasarın tikintisi ilə bağlı razılığa gəlmələri həqiqətdir. Belə razılaşmışdırlar ki, iddiaçı ustaların pulunu, o isə materialların pulunu ödəyəcək. İddiaçı ona şəxsən pul verməyib. Ustaların pulu hissə-hisə ödənilib və hər dəfə o, lazım olan məbləğ barədə iddiaçıya məlumat verirdi, iddiaçı isə qardaşına pul göndərirdi. İddiaçının qardaşı onun illərdir qonşusu olub və hal-hazırda da orada yaşayır. Usta onların qohumu idi, iddiaçının qardaşı gəlib tikintiyə də nəzarət edirdi, ustalara pulu da verirdi. İddiaçı öz ərazisinə tikinti aparmaq üçün onların torpaq sahəsini ayıran daş hasarın ətrafına torpaq və tikinti materialları tökmüş, həmin torpaq kütləsinin ağırlığı daş hasarın bir neçə yerdən çatlamasına səbəb olmuş və eləcə də uçub tamamilə dağılması təhlükəsi yaranmışdır. Bunun hasarın hündürlüyü və ya izolyasiya olunması ilə heç bir əlaqəsi yoxdur. İddiaçı hasarın tikintsinə 1500 manat xərcləyibsə, o da 3000 manatadək xərcləyib. İddiaçının 1500 manatını o halda ödəməyə bilər ki, ona ayrı normal harar tikilsin. Hal-hazırda iddiaçı ilə hər hansı razılığa gəlməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, Cavabdeh onun qonşusudur, münasibətləri həmişə çox yaxşı olub. X1 da uzun illərdir ki, həmin ərazidə torpaq sahəsi var. Bu yaxınlarda qardaşı qərara gəldi ki, hasar tiksin və Cavabdehla belə razılaşdılar ki, materialın pulunu Cavabdeh, ustaların pulunu isə Mürsəl Süleymanov ödəyəcək. Fərhad onlara bildirdi ki, ustaları onlar tapsın, material məsələsini izə o özü həll edəcək. Qardaşı Mürsəl Bakı şəhərində yaşamadığına görə, ustalarla haqqhesabı o edirdi. Usta onların qohumu idi. Ustaların pulu hissə-hissə ödənilirdi. Pul ödənilməli vaxt Fərhad Mürsələ deyirdi, Mürsəl də Fərhada deyil, ona pul göndərirdi ki, ustaların pulunu versin. Yalnız bir dəfə 200 manat məbləğində pulu şəxsən Fərhada verilmişdir. Onda daşın puluna pul çatmırdı. O özü Azərsu-da işləyir və bütün gün işdə olur. Tikintiyə nəzarət etmək imkanı yox idi. Belə olurdu ki, ustalar pullarını da gəlib onun evindən götürürdü. Ona görə də, hasarın razılığa uyğun tikilməməsini və tikinti qaydalarına zidd olaraq izolyasiya olunmasını görməmişdir. Usta deyir ki, Fərhad dedi izolyasiya elə - mən də elədim. Hasar aşağısına tol vurulduğuna görə əyilib. Usta tolun vurulmasına görə əlavə pul almayıb. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(001)-4649/2021 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh X4 qarşı tikinti inşaat materiallarının yığışdırılması və daş hasarın bərpası tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdr. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi Rayonu, Sulutəpə qəsəbəsi ərazisində özünəməxsus fərdi yaşayış evində yaşayır, qonşuluğunda isə cavabdeh X4 məxsus torpaq sahəsi yerləşir, bir-birlərinə məxsus torpaq sahələrini birgə tikdirdikləri 20 mişar daşı hündürlüyündə olan daş hasar ayırır, cavabdeh özünəməxsus torpaq sahəsində tikinti aparmaq üçün onların torpaq sahəsini ayıran daş hasarın ətrafına torpaq və tikinti materialları tökmüş, həmin torpaq kütləsinin ağırlığı ilə daş hasarın bir neçə yerdən çatlamasına səbəb olmuş və eləcə də uçub tamamilə dağılması təhlükəsi yaranmışdır. Daş hasarın fərdi yaşayış evindən 1-1,5 metr aralıda tikilməsi daş hasarın tamamilə uçması nəticəsində onun evinin zədələnməsi və ya dağılması qaçılmaz olacaqdır, ona görə də Bakı şəhəri, Binəqədi Rayonu, Sulutəpə qəsəbəsi ünvanında cavabdeh X4 məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsini bir-birindən ayıran sərhəd daş hasarın ətrafına cavabdeh tərəfindən yığılmış tikinti-inşaat materiallarının cavabdeh tərəfindən yığışdırılmaqla təmizlənməsi və Bakı şəhəri, Binəqədi Rayonu, Sulutəpə qəsəbəsi ünvanında cavabdehə məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsini bir-birindən ayıran daş hasarın əyriliyi və çat vəziyyəti cavabdehin vəsaiti hesabına bərpa edilməklə əvvəlki sağlam vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(001)- 4649/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: "1. İddiaçı Cavabdeh ilə cavabdeh X4 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini bir-birindən ayıran daş hasarın əyilməsi və çat verməsinin səbəbi cavabdeh X4 məxsus torpaq sahəsində aparılan qazınti-tikinti işləri ilə bağlıdırmı?

2. İddiaçı Cavabdeh ilə cavabdeh X4 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini bir-birindən ayıran daş hasar torpaq sahələrinin bir-birinə münasibətdə yerləşməsi və həmin ərazinin relyefi nəzərə alınarsa, texniki qaydalara uyğun tikilmişdirmi?

3. İddiaçı Cavabdeh ilə cavabdeh X4 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini bir-birindən ayıran daş hasarın aşma təhlükəsi mövcuddurmu? Mövcuddursa, həmin təhlükə hansı formada aradan qaldırıla bilər?". Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, prosessual qənaət prinsipi əsas götürülərək iddiaçı X3 Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə 2(001)-6282/2021 saylı mülki iş iddiaçı Cavabdeh X4 qarşı tikinti inşaat materiallarının yığışdırılması və daş hasarın bərpası tələbinə dair iddiası üzrə 2(001)- 4649/2021 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X3 Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə 2(001)-6282/2021 saylı mülki iş iddiaçı Cavabdeh X4 qarşı tikinti inşaat materiallarının yığışdırılması və daş hasarın bərpası tələbinə dair iddiası üzrə 2(001)-4649/2021 saylı mülki işlə bir icraatda birləşdirilməli və həmin işlərə bir icraatda 2(001)-4649/2021 nömrə ilə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı X3 Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə 2(001)-6282/2021 saylı mülki iş iddiaçı Cavabdeh X4 qarşı tikinti inşaat materiallarının yığışdırılması və daş hasarın bərpası tələbinə dair iddiası üzrə 2(001)- 4649/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin və həmin işlərə bir icraatda 2(001)- 4649/2021 nömrə ilə baxılsın.

Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar