Məhkəmə qərarları › İş №2(001)-632/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-632/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-632/2021 08.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nüməyəndəsi X2 Cavabdeh Cavabdeh2 iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 15.01.2015-ci il tarixli L-BK-0033582-F nömrəli birgə borcluluq, kredit və BK- 00021492 saylı zaminlik müqavilələri üzrə 1214.17 ABŞ dolları məbləğində əsas kredit borcu, 805,98 ABŞ dolları məbləğində faiz borcu və 74,47 ABŞ dolları məbləğində dəymiş zərərin əvəzi olmaqla, ümumilikdə cəmi 2094,62 (iki min doxsan dörd dollar otuz iki sent) ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMC ilə bağladığı 15.01.2015-ci il tarixli L-BK-0033582-F nömrəli birgə borcluluq, kredit müqaviləsinə əsasən 20 (iyirmi) ay müddətinə, aylıq 2,67 faiz, illik 32 faiz olmaqla 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh3 ilə BK-00021492 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında 10.1.2017-ci il tarixində imzalanmış rəsmi razılşma protokollarına əsasən kreditin faizi 12 faizə endirilərək, kredit və zaminlik müqavilələrinin müddəti 10.11.2020-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsi bağlanandan bu günə qədər borclu tərəfindən banka cəmi 3309,16 ABŞ dolları məbləğində pul ödənilmişdir. Cavabdehlər kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışlar. Qeyd edilənlərə əsasən, cavabdehlərin kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 1214.17 ABŞ dolları məbləğində əsas kredit borcu, 805,98 ABŞ dolları məbləğində faiz borcu təşkil edir. Buna görə də iddiaçı məhkəməyə kredit məbləğinin geri qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi R.M.Əzimov iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -BOKT "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış 15.01.2015-ci il tarixli L-BK-0033582-F nömrəli kredit və birgə borcluluq müqaviləsinə əsasən 20 (iyirmi) ay müddətinə, aylıq 2,67 faiz, illik 32 faiz olmaqla 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. - 15.01.2015-ci il tarixli BK-00021492 saylı zaminlik müqaviləsinə əsasən kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. - 10.1.2017-ci il tarixində tərəflər arasında imzalanmış rəsmi razılşma protokollarına əsasən kreditin faizi 12 faizə endirilərək, kredit və zaminlik müqavilələrinin müddəti 10.11.2020-ci il tarixinədək uzadılmışdır. - Maliyyə arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 təşkilata 1214.17 ABŞ dolları məbləğində əsas kredit borcu, 805,98 ABŞ dolları məbləğində faiz borcu və 74,47 ABŞ dolları məbləğində dəymiş zərərin əvəzi olmaqla, ümumilikdə cəmi 2094,62 (iki min doxsan dörd dollar otuz iki sent) ABŞ dolları məbləğində borcu vardır. - ödəniş cədvəlinə əsasən, cavabdehlər götürdüyü krediti 16.02.2015-ci il tarixindən başlayaraq hər ay ödəniş etməklə 15.09.2016-cı il tarixədək qaytarmalı idi. - İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq (pretenziya) məktublarından görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - Məhkəmə ekspertiza mərkəzinin 25.05.2021-ci il tarixli, 9/2612 nömrəli rəyindən görünür ki, cavabdehlərin təşkilata 1214.17 ABŞ dolları məbləğində əsas kredit borcu, 805,98 ABŞ dolları məbləğində faiz borcu təşkil edir. İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında kredit və birgə borcluluq müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit və birgə borcluluq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 462.1 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi cavabdehə münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, cavabdehlər kredit və birgə borcluluq müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən 1214.17 ABŞ dolları əsas borc və 805, 98 ABŞ dolları cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 74, 47 ABŞ dolları məbləğində edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdehlər də (zaminlər) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh (zamin) Cavabdeh3 iddiaçı-kreditor qarşısında cavabdeh-borclu Cavabdeh1 və Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1214,17 ABŞ dolları məbləğində əsas kredit borcu, 805,98 ABŞ dolları məbləğində faiz borcu və 74,47 ABŞ dolları məbləğində dəymiş zərərin əvəzi olmaqla, ümumilikdə cəmi 2094,62 (iki min doxsan dörd dollar altmış iki sent) ABŞ dolları məbləğində borc (manatın ödəniş gününə olan məzənnəsi ilə) və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC -yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat ekspertiza xərci müştərək qaydada olmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar