Məhkəmə qərarları › İş №2(001)-6352/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6352/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6352/2023 23.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, paltaryuyan Electrolux, soyuducu LG, X1 üçün 986,66 manat ödənilməmiş hissə, 98,34 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən Hoffman sıac, paltaryuyan Hoffman, soyuducu Hoffman üçün 983,88 manat ödənilməmiş hissə, 98,12 manat cərimə olmaqla, ümumilikdə 2167 manat borc, 41,67 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən paltaryuyan Electrolux, soyuducu LG, X1, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Hoffman sıac, paltaryuyan Hoffman, soyuducu Hoffman almış və nəticədə 2167 manat borc yaranmışdır. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, Paltaryuyan Electrolux, Soyuducu Lg, X1, Hoffmann Sıac, Paltaryuyan Hoffmann, Soyuducu Hoffmann almış və nəticədə 2167 (iki min yüz altmış yeddi) borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqısatqı qiyməti 2600.64 (iki min altı yüz manat altmış dörd qəpik) manat (yəni 15 ay x 162.54 manat + 162.54 manat ilkin ödəniş) əsasən Paltaryuyan Electrolux, Soyuducu Lg, X1 üçün ümumilikdə, 1085 (bir min səksən beş) manat olmaqla ondan, 986.66 (doqquz yüz səksən altı manat altmış altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 98.34 (doxsan səkkiz manat otuz dörd qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 1868.88 (bir min səkkiz yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manat (yəni 23 ay x 77.87 manat + 77.87 manat ilkin ödəniş) olan Hoffmann Sıac, Paltaryuyan Hoffmann, Soyuducu Hoffmann üçün ümumilikdə, 1082 (bir min səksən iki) manat olmaqla ondan, 983.88 (doqquz yüz səksən üç manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 98.12 (doxsan səkkiz manat on iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2023-cü il, xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə sən ödəniş tarixi xx.xx.2023-cü ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 2498.98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən iddiaçının tələbinə dair cavabdehə bildiriş göndərilmiş, lakin bildiriş cavabdehə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə təqdim edilmiş sübutların əsaslılığını və iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 6 yanvar 2020-ci il tarixli, №20017741 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh 162,54 manat ilkin ödənişlə əsasən paltaryuyan Electrolux, soyuducu LG, X1 almış və 15 ay müddətinə ayda 162,54 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 6 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20017741 saylı müqaviləyə əsasən paltaryuyan Electrolux, soyuducu LG, X1 qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış №20017741 saylı xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixli, №1 saylı əlavə sazişə əsasən, müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilir, “Müştəri” yeni cədvələ uyğun ödəniş etməli, ilkin ödəniş tarixi xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il olmaqla, aylıq ödəniş 162,54 manat müəyyən edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2020-ci il tarixli, №20340955 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh 77,87 manat ilkin ödənişlə Hoffman sıac, paltaryuyan Hoffman, soyuducu Hoffman almış və 23 ay müddətinə ayda 77,87 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 10 iyun 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20340955 saylı müqaviləyə əsasən Hoffman sıac, paltaryuyan Hoffman, soyuducu Hoffman qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2020-ci il tarixli, №20340955 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli, №1 saylı əlavə sazişə əsasən, müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilir, “Müştəri” yeni cədvələ uyğun ödəniş etməli, ilkin ödəniş tarixi xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il, aylıq ödəniş 77,87 manat müəyyən edilmişdir. 21 sentyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 6 yanvar 2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə əsas borcu 986,66 manat, cərimə borcu 98.34 manat olmaqla, ümumilikdə 1085 manat, 10 iyun 2020ci il tarixli, №20340955 saylı müqaviləyə xx.xx.2020-ci il taixli 01 saylı əlavə üzrə əsas borcu 983,88 manat, cərimə borcu 98.12 manat olmaqla, ümumilikdə 1082 manat, hər iki müqavilə üzrə ümumilikdə 2167 manat borcu vardır. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 41,67 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 6 yanvar 2020-ci il tarixli, №20017741 saylı və 10 iyun 2020-ci il tarixli, №20340955 saylı nisyə alğı satqı müqavilələri bağlanmış, müqavilə üzrə əşyalar Cavabdeh nisyə satılmış, cavabdeh isə həmin əşyaları qəbul etmiş və müqavilə dəyərini razılaşdırıldığı kimi ödəmək barədə, eyni zamanda bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 41,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 6 yanvar 2020-ci il tarixli, №20017741 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 986,66 manat, cərimə borcuna görə 98,34 manat, 10 iyun 2020-ci il tarixli, №20340955 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 983,88 manat, cərimə borcuna görə 98,12 manat, olmaqla, ümumilikdə 2167 manat məbləğində pul vəsaiti və 41,67 manat məbləğində dövlət rüsumu Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6 yanvar 2020-ci il tarixli, №20017741 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 986,66 manat, cərimə borcuna görə 98,34 manat, 10 iyun 2020-ci il tarixli, №20340955 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 983,88 manat, cərimə borcuna görə 98,12 manat, olmaqla, ümumilikdə 2167 (iki min yüz altmış yeddi) manat məbləğində pul vəsaiti və 41,67 (qırx bir manat, altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar