Məhkəmə qərarları › İş №2(001)-6354/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6354/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6354/2023 02.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Apple Watch 7 qol saatı üçün 1311,98 manat ödənilməmiş hissə və 131,02 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ASUS Vivobook S15 komputer üçün ödənilməmiş 857 manat və 85 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Apple Watch SE qol saatı üçün 662,14 manat ödənilməmiş hissə və 66,86 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A32” (İMEİ Kodu **********04949) markalı telefon üçün 387,2 manat ödənilməmiş hissə və 38,8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A02” (İMEİ Kodu **********19611) markalı telefon üçün 163,5 manat ödənilməmiş hissə və 16,5 manat cərimə olmaqla, cəmi 3720 manat borcun və 57,20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Apple Watch 7 qol saatı, ASUS Vivobook S15 komputer, Apple Watch SE qol saatı, Samsung Galaxy A32 (İMEİ Kodu **********04949) markalı telefon, Samsung Galaxy A02 (İMEİ Kodu **********19611) markalı telefon almış və nəticədə 3720 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1495,98 manat olan Apple Watch 7 qol saatını ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 83,11 manat ödəmək şərti ilə almış, nəticədə 1311,98 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 131,02 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1930 manat olan ASUS Vivobook S15 komputeri ilkin 364 manat, 18 ay müddətinə, hər ay 87 manat ödəmək şərti ilə almış, nəticədə 857 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 85 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1324,8 manat olan Apple Watch SE qol saatıni ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 73,6 manat ödəmək şərti ilə almış, nəticədə 662,14 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 66,86 manat miqdarında cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 716,4 manat olan Samsung Galaxy A32 (İMEİ Kodu **********04949) markalı telefonu ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 39,8 manat ödəmək şərti ilə almış, nəticədə 387,2 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 38,8 manat miqdarında cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 402 manat olan Samsung Galaxy A02 (İMEİ Kodu **********19611) markalı telefonu ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 33,5 manat ödəmək şərti ilə almış, nəticədə 163,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16,5 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2248,86 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2023cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 23182527 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 73,60 manat ödəmək şərti ilə, dəyəri 1324 manat olan Apple Watch SE qol saatı satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı Apple Watch SE qol saatı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 24032922 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 33,50 manat ödəmək şərti ilə, dəyəri 402 manat olan “Samsung Galaxy A02” (İMEİ Kodu **********19611) markalı telefon satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy A02” (İMEİ Kodu **********19611) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 24040458 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 39,80 manat ödəmək şərti ilə, dəyəri 716,40 manat olan “Samsung Galaxy A32” (İMEİ Kodu **********04949) markalı telefon satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy A32” (İMEİ Kodu **********04949) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 026179 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin 364 manat, 18 ay müddətinə hər ay 87 manat ödəmək şərti ilə, dəyəri 1930 manat olan ASUS Vivobook S15 komputer satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən ASUS Vivobook S15 komputer Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 03281396 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə hər ay 83,11 manat ödəmək şərti ilə, dəyəri 1496,02 manat olan Apple Watch 7 qol saatı satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Apple Watch 7 qol saatı Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 662,14 manat ödənilməmiş hissə və 66,86 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 163,5 manat ödənilməmiş hissə və 16,5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 387,2 manat ödənilməmiş hissə və 38,8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 857 manat və 85 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1311,98 manat ödənilməmiş hissə və 131,02 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 662,14 manat məbləğində əsas borc hissə və 66,86 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 163,5 manat məbləğində əsas borc və 16,5 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 387,2 manat məbləğində əsas borc və 38,8 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 857 manat məbləğində əsas borc və 85 manat məbləğində cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1311,98 manat məbləğində əsas borc və 131,02 manat məbləğində cərimə, olmaqla, cəmi 3720 manat borc alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 57,20 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 662,14 (altı yüz altmış iki manat 14 qəpik) manat məbləğində əsas borc və 66,86 (altmış altı manat 86 qəpik) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 163,5 (bir yüz altmış üç manat 50 qəpik) manat məbləğində əsas borc və 16,5 (on altı manat 50 qəpik) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 387,2 (üç yüz səksən yeddi manat 20 qəpik) manat məbləğində əsas borc və 38,8 (otuz səkkiz manat 80 qəpik) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 857 (səkkiz yüz əlli yeddi manat) manat məbləğində əsas borc və 85 (səksən beş) manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1311,98 (bir min üç yüz on bir manat 98 qəpik) manat məbləğində əsas borc və 131,02 (bir yüz otuz bir manat 02 qəpik) manat məbləğində cərimə və 57,20 (əlli yeddi manat 20 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3777,20 (üç min yeddi yüz yetmiş yeddi manat 20 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar