Məhkəmə qərarları › İş №2(001)-6362/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6362/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6362/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi İlk iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı "xxxx" ASC-nin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilk iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı hüquqların əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı "xxxx" ASC ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “ABB Premyer” Müştəri Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 30.03.2015-ci il tarixli, 4-30-03-2015-YS-AAF- AE nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 180 ay müddətinə, illik 10% dərəcəsi ilə hesablanmaqla, 34860 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASCyə qarşı hüquqların əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin əsasını Cavabdeh1 30.03.2015-ci il tarixli 4-30-03-2015-YS-AAAF-AE nömrəli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə illik 10 faiz dərəcəsi ilə 180 ay müddətinə verilmiş 34860 manat kredit vəsaiti təşkil edir. Həmin kredit vəsaiti "xxxx" MMC ilə X6 arasında bağlanmış 29.03.2015-ci il tarixli ABB YM-0265 nömrəli Mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina A, ümumi sahəsi 51.65 kv.m. ibarət 1 otaqlı 10 nömrəli mənzilin alınması üçün verilmişdir. 30.03.2015-ci il tarixli 4-30- 03-2015-YS-AAAF-AE nömrəli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.1-ci bəndinə görə, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu müqavilənin 4.3-cü maddəsində göstərilən qaydada ipoteka predmeti və 30.03.2015-ci il tarixli 4-30-03-2015-YS-AAAF-AE nömrəli Zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. 30.03.2015-ci il tarixli 4-30-03-2015-YS-AAAF-AE nömrəli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.3-cü bəndinə görə, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən "xxxx" MMC ilə X6 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF Park" yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina A, ümumi sahəsi 51.65 kv.m. ibarət 1 otaqlı 10 nömrəli mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra ipoteka kimi rəsmiləşdirməlidir. 30.03.2015-ci il tarixli 4-30-03-2015-YS-AAAF-AE nömrəli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 12.7-cı bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borcalan 29.03.2015-ci il tarixli ABB YM-0265 nömrəli Mənzilin alqı-satqısı haqqında müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park’ yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina A, ümumi sahəsi 51.65 kv.m. ibarət 1 otaqlı 10 nömrəli mənzili boşaltmalıdır Həmin müqavilənin 13.8-ci bəndinə əsasən, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 29.03.2015-ci il tarixli ABB YM- 0265 nömrəli müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina A, ümumi sahəsi 51.65 kv.m. ibarət 1 otaqlı 10 nömrəli mənzili boşaldılmasını tələb edir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Şərh olunan müddəalardan göründüyü kimi kredit öhdəliyi vaxtında və lazımi qaydada icra olunmadıqda kredit vəsaitinin təminatı olan daşınmaz əmlak əldə olunur. Hazırki daşınmaz əmlak tam olaraq borclu/cavabdeh A.Abbasova istifadəsində və sərəncamındadır. Cavabdeh A.Abbasova kredit öhdəliklərini icra etməməsi tələbin daşınmaz əmlaka yönəltmək üçün əsas yaranır. Həmin müqavilənin 15.8-ci bəndinə görə, Borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh1 və "xxxx" MMC arasında 29.03.2015-ci il tarixli ABB YM- 0265 nömrəli müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina A, ümumi sahəsi 51.65 kv.m. ibarət 1 otaqlı 10 nömrəli mənzil üzərində olan hüquqlar Borc verənə keçir. Beləliklə, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin cəmi 31592.59 manat məbləğindən ibarət iddia tələbinin Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 17 sayh küçəsində inşa edilmiş bina A, ümumi sahəsi 51.65 kv.m. ibarət 1 otaqlı 10 nömrəli mənzilə dair bütün hüquqları "xxxx" ASC-yə ötürülməsi ilə əvəzləşdirilməsi daha ədalətli olardı. Çünki 30.03.2015-ci il tarixli 4- 30-03-2015-YS-AAAF-AE nömrəli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin təyinatı adından göründüyü kimi daxili ipoteka krediti olaraq mənzilin alınmasına yönəlmiş vəsaitdir. Ayrılmış kredit vəsaitinin geri qaytarılması mümkün olmadıqda həmin kredit vəsaitinə alınmış daşınmaz əmlak hesabına realizə olunması daha məqsədə müvafiqdir. Bu səbəbdən də, sözügedən 10 nömrəli mənzilə dair bütün hüquqların ilkin iddiaçı/cavabdeh "xxxx" ASC-nə ötürülməsi daha düzgündür. Qeyd olunanlara əsasən qarşılıqlı iddia üzrə iddiaçı 30.03.2015-ci il tarixli 4-30-03-2015-YS- AAAF-AE nömrəli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş 31164.12 manat məbləğində borcun müqabilində 29.03.2015-ci il tarixli ABB YM-0265 nömrəli müqavilə üzrə təminat predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina A, ümumi sahəsi 51.65 kv.m. ibarət 1 otaqlı 10 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina A, ümumi sahəsi 51.65 kv.m. ibarət 1 otaqlı 10 nömrəli mənzilə dair bütün hüquqların “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ötürüldükdən sonra "Azərbaycan Beynəlxalq Bankı” ASC və "xxxx" MMC arasında bağlanmış 30.03.2015-ci il tarixli 4-30-03-2015-YS- AAAF-AE nömrəli Zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda məhkəməyə bildirdi ki, iş məhkəmədə olan müddətdə Cavabdeh1 tərəfindən müəyyən ödənişlər edilmiş və hal-hazırda cavabdehlərin iddiaçıya 30838,46 manat əsas borc, 369,40 manat faiz borcu olmaqla, cəmi borcu 31207,86 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X7 28.10.2021-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən (hakim Fuad Abdiyev) 2(001)-6072/2021 saylı mülki iş üzrə 06.08.2021-ci il tarixli qərardadla, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X4 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, iddiaçı X3 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin (hakim Aytən Əliyeva) 2-2(113)-5199/2021 nömrəli 12.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə aidiyyətlə bağlı fikir ayrılığının həll edilməsi məqsədilə həmin mülki işin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Hazırda məhkəmə aidiyyəti ilə bağlı 2-2(102)-593/2021 nömrəli iş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Bəhram Qəribovun icraatındadır. Sözügedən məhkəmə aidiyyəti məsələsinə yekun hüquqi qiymət verilməmişdir. Hazırkı mülki iş predmetinə, əsaslarına görə eynilik təşkil edir. Hazırda Ali Məhkəmədə oxşar iddia predmetinin məhkəmə aidiyyəti mübahisələndirildiyi halda mülki işin icraatının davam etdirilməsi gələcəkdə aidiyyət qaydalarının pozulması ilə nəticələnə bilər. Belə olan halda, Ali Məhkəmə mübahisələndirilən məsələyə hüquqi qiymət verməmiş məhkəmə icraatının davam etdirilməsi ədalətli olmazdı. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi hazırkı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 vəsatətə münasibətdə göstərmişdir ki, eyni xarakterli mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi artıq dəfələrlə öz mövqeyini nümayiş etdirmiş və bildirmişdir ki, mübahisənin iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi mənzilin alınması məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, o, qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılaraq rədd edilməsini məhkəmədən xahiş edir. Belə ki, "xxxx" MMC-nin mənzilə dair bütün hüquqların iddiaçı "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 və "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan 30.03.2015-ci il tarixli, 4-30-03-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış, müqaviləyə əsasən, sonuncuya 180 ay müddətinə 34860 manat kredit verilmiş və müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. İş materiallarında olan 30.03.2015-ci il tarixli, 4-30-03-2015-YS-AAAF-AE saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 30.03.2015-ci il tarixli, 4-30-03-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, "xxxx" MMC "xxxx" ASC qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. İş materiallarında olan 21.09.2021-ci il tarixli, 9/6408 saylı ekspert rəyində göstərilmişdir ki, 21.09.2021-ci il tarixə tarixə Cavabdeh1 "xxxx" ASC-yə 31264,58 manat əsas borc və 825,04 manat faiz borcu mövcuddur. İş materiallarında olan maliyyə arayışından görünür ki, 18.10.2021-ci il tarixə Cavabdeh1 "xxxx" ASC-yə 30838,46 manat əsas borc, 369,40 manat faiz borcu olmaqla, cəmi borcu 31207,86 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan 30.03.2015-ci il tarixli, 4-30-03-2015-YS-AAAF-AE saylı Zaminlik müqaviləsinin 4.2-ci bəndindən görünür ki, borclunun zamrnliklə təmin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi barədə kreditordan bildiriş aldığı zamandan 3 gün müddətində zaminin borclunun öhdəliyini icra etməli olması; müqaviləninm 4.2.1-ci bəndində nəzərdə tutulan müddətdə zaminin borclunun öhdəliyini icra etmədikdə hər gecıkdirıimiş gün üçün kredit müqaviləsində nəzərdə tutulan məbləğdə faizlər hesablanmaqla, cərimə faizləri və dəbbə pulunu ödəməli olması; zaminin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməli olması və zaminə qarşı iddia irəli sürüldükdə isə borclunun işdə iştiraka cəlb etməyə borclu olması; zaminin zaminlik müqaviləsinin 6.2.2-ci bəndinin şərtlərini qəbul etməsi zaminin vəzifələrinə aid edilmişdir. Zaminlik müqaviləsinin 6.2.2-ci bəndinə əsasən, kreditor, zaminliklə təmin edilmiş öhdəliyi ifadə edən pul məbləğini borclunun və/və ya zaminin "xxxx" ASC-də mövcud olan hesablarından, pensiya kartlarından akseptsiz qaydada silmək hüququna malikdir. Müqavilənin məzmunundan göründüyü kimi, "xxxx" MMC zaminlik müqaviləsinə əsasən öhdəliyin icrasına görə məsuliyyəti öz üzərinə götürüb və hal-hazırda iddiaçının tələbin mənzilə yönəldilməsi hüququnun olub-olmaması cavabdehi üzərinə düşən öhdəliklərin icra edilməsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 30.03.2015-ci il tarixli, 4-30-03-2015- YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 30838,46 manat əsas borc və 369,40 manat faiz borcu olmaqla, cəmi 31207,86 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 30.03.2015-ci il tarixli, 4-30-03-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 30838,46 manat əsas borc və 369,40 manat faiz borcu olmaqla, cəmi 31207,86 (otuz bir min iki yüz yeddi manat səksən altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının 100 (yüz) manat dəyəri cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar